بیانیه جمعی از فعالین شهر ملیک کندی(ملکان) در خصوص ادعاهای اخیر مسعود بارزانی+ تصویر بیانیه*****
- توضیحات
- منتشر شده در چهارشنبه, 25 تیر 1393 16:02
آذوح: جمعی از فعالین مدنی شهر ملیک کندی(ملکان) با نوشتن بیانیه ای،سحنان اخیر مسعود بارزانی در خصوص ادعا های واهی نسبت به اراضی تاریخی آذربایجان و رویای گنجاندن این اراضی در نقشه کردستان خیالی،محکوم کرده و به وی هشدار دادند.متن بیانیه در زیر آمده است:
Ulu Tanrının adı ilə
Cənab “Məsud Barizani” İraq muxtar kürdistan bölgəsinin lideri
səlam ələyküm
biz Güney Azərbaycanın türk milləti uzun və şanlı bir tarixin sahibi olaraq,yer üzündə ilk millətlərdən olmuşduq ki mədəni hakimmiyətləri qurmağa başladıq.bundan öncə ki parslar,partlar və digər sulalələr bu ölkəyə gəlsinlər,Səhənd və Savalana fəxr edən bir vətəndə yaşamağı başlamışdıq.yaşamımızın başabaşında digər millətlərin mədəni mubarizələrinə sayğı göstərmiş idik,baxmayaraq ki hal hazırda öz doğma yurdumuzda əsarətdə yaşayırıq.
Biz Güney Azərbaycanın türk milləti azadlığımızı əldə etmək üçün,yılmadan və yorulmadan ayaqdayıq və mubarizəmizə davam veririk və bu yolda tam insanların inanclarına sayğı göstəririk.parlaq bir ulduz kimi qaranlıqları yarıb və günəş kimi zülmətlərə işiq saçmaqdayıq.zülmün önündə dayanıb və zalimlərlə mucadilə aparmaqdayıq və bu mucadilədə yeri gəldikdə şəhadət kəlməsinədə ləbbəyk deyəcıyik.bu mucadiləmizdə heç bir millətə zülm etməyəcəyik və və həç bir millətində zülmü altına getməyəcəyik.həməşə xeyr-şər , azadlıq-əsarət arasında doğrunu seçməyə varacayıq.və buna inanmışıq ki azadlığın bahası qandır və yeri gəldikdə o bəhanı ödəyəcəyik.qanın tökülməsi acıdır ama azadlığı və istiqlalı düşündüyümüzdə,bu acılıq çoxda şirin ola bilir.
Cənab Barizani, maləsəf son zamanlarda sizin tərəfdən yayımlanan bir bəhs yaradıcı videonu izlədik ki bu danışığınızda kürdüstanın istiqlalından söz açaraq, Azərbaycanın bəzi tarixi torpaqların,xəyali kürdüstan xəritəsində yerləşdirmişdiz.
biz Güney Azərbaycanın türk milləti buradan sizə uyarırıq ki torpaqlarımız qonusunda kimsə ilə taarufumuz yoxdur və bundan sonrakı danışıqlarınızda Güney Azərbaycan haqda daha diqqətli olmanızı istəyirik niyə ki yalnız və yalnız torpaqlarımıza diqqət elədiyiniz zamandır ki türk və kürd millətləri bölgədə barışda yaşaya biləcəklər yoxsa bütünlüklə sizləri torpaqlarımızdan dışlamaq məcburiyətində olacayıq və bu yolda heç bir çabadan və çalışmaqdan əsirgəməyəcəyik.
Sayğılarımızla:
1)35 milyon Güney Azərbaycanın türk milləti
2)Məlikkəndi(Məlikan) şəhrinin hürriyət və azadlıq yolunda çalışan gəncləri

