Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

گونئی آزربایجان‌دان؛ اویارتی، ایشاره (ایخطار- هوشدار)

بو یازی، نظر، گونئی آزربایجانین ایچرسیندندیر.
بو یئر-یورد سیخینتی ـبوغونتو آلتیندا چابالاییر و بیر اوشاغا آد قویما دا باشا بلا اولابیلیر قالسین هله بؤیوک سیاسی ایشلر. اؤزونو آزربایجان تورکو بیلن بیرکیمسه، بورادان قاچیب(قاچابیلیب)بو گون جانینا صاحیب دورابیلن سورگونده‌کی وطنداشیمیز، بیلمه‌لیدیرکی، جمهوری ایسلامی ایران آدلی بو حکومت قورخودان ائله آییقدیرکی، بیر یانلیشلیق‌دان(سهودن) مین‌بیر فایدا گؤتوره‌بیلیر، او بیلیرکی، چاغداش حکومت یوخ اسکی دؤورلره لاییق‌لی‌دیر و بیر دؤنه ییخیلماسی ابدی اؤلوم‌دور، ائله اونا گؤره‌ده عاغلیمیزی باشیمیزا توپلاییب آییق-ساییق اولمالیییق و بئله بیر حاکیمیت الینه ماهانا وئرمه‌مه‌لییک.
bildiriباشقا یؤندن” گونئی آزربایجان تورکو “اولوسو هله‌ده اوست-اوسته اولوسچولوق(میللتچیلیک) باخیشینا دؤنمه‌ییب‌دیر(یا دؤنن‌مه‌ییب‌دیر) و اؤزونو بیر “اوممت”(دین خادیمی کیمی)گؤرور-دوشونور و بو ساحه‌ده داها آرتیق قادینلار دایانیب قالیبلار، بونو فارس ایستیمارچیلیغی دئولتی چوخ آچیق-آیدین بیلیر و اوزرینده ایش آپاریر. ائشیکده هر نه یارانیب، نه آد ایله اولور اولسون آنجاق دایاناجاغی، دیرنه‌جه‌یی و آرخاسی” گونئی آزربایجانین” (بوگونکو ایران آدلی اؤلکه‌نین) سینیرلاری ایچرسینده اولان اولوسا ـمیللته‌دیر و بو میللتین اولوشوم، گلیشیمی‌نی، نه درجه‌ده آییقلیغینی وباشقا قونولاری نظرده توتمالیدیرلار یوخسا بیر پیس ائتکی‌لی(تاثیرلی) بوش آدا چئوریلر و هر نه‌یه خور باخیملی باخیشا اولوسوموزدا یئر-زمینه یارادا بیلر.
اؤرنک اولاراق: دونیا آزربایجانلیلار کونگره‌سی(داک)، میللی شورا، گونئی آزربایجان کونگره‌سی، گونئی آزربایجان کونسئیی، گونئنی آزربایجان جبهه‌سی و … بو بؤیوک-بؤیوک‌ ادلارا لاییق ایش بو گونده هانی؟
بو تشکیلاتی ـسازمانی آدلار ایچریدن یوخ ائشیکدن قولاقلارا گلیر چاتیر و یئرینی توتماسا-قالماسا، آدینا دیر اولماسا، سورون ایچریده‌کی‌لرین دئییل، ائشیکده‌کی‌لریندیر.
۱۵-مارت- ۲۰۱۴-ده یاییلان “گونئی آزربایجان کئچیجی پارلیمانی یاراندی”آدی ایله وئریلن خبر، بو دوروم‌دا سایدیغیمیز آدلار تک هئچه -پوچا-بوشا چیکمایاجاق‌می؟ بئله اولورسا، کی بیزیم بیلدیگیمیزجه اولور و اولماقدادیر، صاباح نه آدینان ایشله‌یه‌بیله‌جه‌ییک؟ بوردا چوخ‌دا آچیقلاما، سؤکوب-قوشماغا یئر یوخدور. بو بیر ایخطار ـ هوشدار ـباشا سالما -ایشاره –خبردارلیق‌دیر‌کی، میللی ایشلری یونگول-یئرسیز-یئترسیز توتماسینلار.
بیزدن دئمک‌کی،”میلتین، داها دوغروسو میللی فعاللارین اؤزللیکله دیشاری‌دا اولانلارین سون بیرلشمه نوقطه‌سینی کی، بو آد آلتیندا بیرلشیب اؤزونون گرچک گوجونو اورتایا قویا بیلر کور ائدنلر تاریخ‌ده قارا لکه کیمی قئید اولوناجاقلار. چوخ یاخشی اولاردی کی، بو قوروپ بیر بیلدیری (اطلاعیه) وئرمکله سؤزده یوخ، عمل‌ده تاریخ‌ده بو قارا لکه اولماقدان اؤزلرینی قورتارسینلار، عکس حالدا آزربایجان میلتینین رئاکسییاسی ایله قارشیلاشیب، هئچ زامان بو خییانت اونوتولمایاجاق.
بیر سیرا گونئی آزربایجانین میللی حرکت فعاللاری
۲۰۱۴مارت ۳۱
Güney Azərbaycandan؛Uyartı, İşarə(İxtar-hoşdar)
Bu yazı ,nəzər, Güney Azərbaycanın içərisindəndir.
Bu yer-yurd sıxıntı ـboğuntu altında çabalayır və bir uşağa adqoyma da başa bəla olabilir qalsın hələ böyük siyasi işlər. Özünü Azərbaycan türkü bilən birkimsə, buradan qaçıb(qaçabilib)bu gün canına sahab durabilən sürgündəki  vətəndaşımız, bilməlidirki,Cumhuri islami iran adlı bu hukumət qorxudan elə ayıqdırki, bir yanlışlıqdan(səhvdən) minbir fayda götürəbilir, O bilirki, çağdaş hukumət yox əski dövrlərə layiqlidir və bir dönə yıxılması əbədi ölümdür, elə ona görədə ağlımızı başımıza toplayıb ayıq-sayıq olmalıyıq və belə bir hakimiyyət əlinə mahana verməməliyik.
Başqa yöndən” Güney Azərbaycan Türkü “ulusu hələdə üst-üstə ulusçuluq(millətçilik) baxışına dönməyibdir(ya dönənməyibdir) və özünü bir “ümmət”(din xadimi kimi)görür-düşünür və bu sahədə daha artıq qadınlar dayanıb qalıblar, bunu Fars İstimarçılığı devləti çox açıq-aydın bilir və üzərində iş aparır. Eşikdə hər nə yaranıb, nə ad ilə olur ulsun ancaq dayanacağı, dirənəcəyi, arxası” Güney Azərbaycanın” (bugünkü İran adlı ölkənin) sınırları içərisində olan ulusa ـmillətədir və bu millətin oluşum, gəlişimini, nə dərəcədə ayıqlığını və  başqa qonuları nəzərdə tutmalıdırlar yoxsa bir pis etkili(təsirli) boş ada çevrilər və hər nəyə xor baxımlı baxışa ulusumuzda yer-zəminə yarada bilər.
Örnək olaraq: Dünya Azərbaycanlılar kongrəsi(dak), Milli şura, Güneny Azərbaycan kongrəsi, Güney Azərbaycan konseyi(konsəyi), Güney Azərbaycan Cəbhəsi və … Bu böyük-böyük   adlara layiq iş bu gündə hanı?
Bu təşkilati ـsazmani adlar içəridən yox eşikdən qulaqlara gəlir çatır və yerini tutmasa-qalmasa, adına dəyər olmasa, sorun içəridəkilərin deyil, eşikdəkilərindir. 15-mart- 2014-də yayılan “Güney Azərbaycan keçici parlımanı yarandı”adı ilə verilən xəbər, bu durumda saydığımız adlar tək heçə -puça-boşa çıkmayacaqmı? Belə olursa, ki bizim bildiyimizcə olur və olmaqdadır, sabah nə adınan işləyəbiləcəyik? Burda çox da açiqlama, söküb-qoşmağa yer yoxdur. Bu bir ixtar ـhoşdar ـbaşa salma -işarə -xəbərdarlıqdır ki,milli işləri yüngül-yersiz-yetərsiz tutmasınlar.
Bizdən demək ki,”millətin, daha doğrusu milli fəalların özəlliklə dişarıda olanların son birləşmə noqtəsini ki bu Ad altında birləşib özünün gərçək gücünü ortaya qoya bilər Kor edənlər tarixdə Qara ləkə kimi qeyd olunacaqlar. Çox yaxşı olardı ki, bu guruh bir bildiri (ittilaiyyə)verməklə sözdə yox, əməldə tarixdə bu qara ləkə olmaqdan özlərini qurtarsınlar,əks halda Azərbaycan millətinin reaksiyasi ilə qarşılaşıb, heç zaman bu xiyanət unutulmayacaq.
bir sıra Güney Azərbaycanın Milli Hərəkət fəallari 
۲۰۱۴ mar 31
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn