Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی‌نین میللی آزادلیق و قورتولوش حرکاتیمیزین ایچینده بیرلیگیمیزه قارشی گئدن تخریبات‌لارلا باغلی بیاناتی

 
Güney Azərbaycan Sosial Demokrat Partisinin milli azadlıq və qurtuluş hərəkatımızın içində birliyimizə qarşı gedən təxribatlarla bağlı bəyanatı
Qısa bir açıqlama
Bu yazı tamamilə gərçəkləri yansıdaraq neçə ildən bəri şahid olub və gördüyümüz Əhməd bəy Obalı və GünAz TV-nin bir çox dəyərli insanlarımız və siyasi parti və qurumlarımıza atdığı töhmət və iftiralar, etdiyi təhqir,  tohinlər və dediyi yalanlar, eyni zamanda apardığı bütün təxribatlarını əks etdirərək heç bir şəxsi qərəz və yaxud özəl və fərdi məsələlərlə heç bir ilgisi yoxdur. Biz durumun bura gəlməsini heç istəməzdik, ancaq bu xoşa gəlməz olaylara illər boyu dözüb və onları üzülərək içimizə saldıq və milli azadlıq və qurtuluş hərəkatımızda durum dahada gərginləşməsin deyə, onun və Azərbaycanın mənfəətlərini üstün tutub və birliyimizə ziyan gəlməməsi üçün onların bitirilməsini gözlədik.  Ancaq təəssüflər olsun ki, onun tam əksinə milli hərəkatımızda get-gedə təxribatların və gərginliyin dahada artmasının şahidi olduq.
Bizim bu günə qədər bu haqda susmamızın əsas səbəbi, başda cinayətkar iran islam rejimi olmaq üzrə fars faşizminin iç məslələrimizə qarışıb ondan suistifadəsinin qarşısını almaq olmuşdur. ancaq biz susduqca, Əhməd bəy Obalı və GünAz TV dahada sistimatik şəkildə milli hərəkatımızda bir birliyin yaranmasına qarşı  öz təxribatçılıq siyasətini davam etdirmişdir.
Yazıqlar olsun ki, Əhməd bəy Obalı və GünAz TV-nin əxlaqsızcasına apardığı bu təxribatçılıq işləri onun neçə illik çəkdiyi zəhmətlərin və bir çox xidmətlərinin üzərinə kölgə salıb və onları bütövlükdə soal altına aparır. Biz yəqinliklə deyə bilərik ki, bu yazı yayınlandıqdan sonra, Güney Azərbaycan Sosial Demokrat Partisinə qarşı böyük hücumlar olub böhtan, iftiralar vurularaq təxribatlar aparılacaq. Amma bizim üzümüz ağ, anlımız açıqdır və  heç nədən qorxumuz yoxdur. Biz böyük Türk millətimizdən başqa kimsəyə hesab verəsi deyilik, ancaq öz təxribatçılıqları və mənəm-mənəmlikləri ilə birliyimizə qarşı çıxıb ona mane olanlar, millətimizə hesab vermək məçburiyyətində olacaqlar. Bunu da xatırlatmalıyıq ki, bizə qarşı bu günə qədər Əhməd bəy Obalı və GünAz TV tərəfindən elə bir təxribatçılıq olmamışdır, lakin qarşılaşdığımız bu acınacaqlı durum bizi bu yazını yazmağa məcbur etdi. Hər halda birisi bu sorumluluğu üzərinə götürüb, bütün bu gərçəkləri ortaya qoymalıydı və bu sorumluluq bizə nəsib oldu.
Bunuda qeyd etmək istərdik ki, bütün bu olanlarla bağlı GAMAC qurumunun dəyərli idarə heyəti ilə yanaşı, onun üzvüləridə yazılan bu gərçək və həssas məsələlərə laqeyd qalmamalı tam məsuliyyət hissi ilə onlara yanaşıb, öz münasibət və görüşlərini çəkinmədən açıqcasaına bildirməlidirlər.
Hər kəsə dərin sayqılarla
Güney Azərbaycan Sosial Demokrat Partisi
Güney Azərbaycan Sosial Demokrat Partisinin milli azadlıq və qurtuluş hərəkatımızın içində birliyimizə qarşı gedən təxribatlarla bağlı bəyanatı
Kimlər demokrasi və şəffaflıq adı altında gərçək niyyətlərini bu gözəl sözlərin arxasında gizlədərək onları qullanıb, öz otoritələrini milli azadlıq hərəkatımıza aşılamaq istəyir?!
Bütün dəyərli milli fəallarımız, aydınlarımız və siyasi parti və qurumlarımıza müraciət
Güney Azərbaycan bu gün olduqca ağır və faciəli bir ictimai, iqtisadi, siyasi və kürtürel durumla qarşı-qarşıya gəlmişdir. Fars-İran dövlətinin 90 illik müstəmləkəçilik siyasətinə məruz qalan Güney Azərbaycan, bütün sahələrdə geriliyərək fars faşizmınin vəhşicəsinə uyquladığı bu siyasət nəticəsində heç bir insan və heç bir millətin şəninə yaraşmayan bir miskin və qeyri-insan yaşamağa məcbur edilmişdir. Azərbaycanın zəngin yeraltı-yerüstü sərvətləri vəhşicəsinə talanıb, qarət edilərək fars bölgələrinə aparılır. Azərbaycanın gözəl təbiət, əlverişli hava şərayiti, bol su və bəhrəli torpaqlarına rəğmən irqçı fars-İran dövlətinin Türk millətimizə qarşı apardığı müstəmləkəçi siyasəti nəticəsində cənnət olan vətənimiz xarabazarlığa çevrilməkdədir. Əhalinin kütləvi şəkildə özəlliklədə gənclərimizin bir tikə çörək və iş üçün cənnət olan yurdumuzu buraxıb fars bölgərərinə köçmək məcburiyyətində qaldıqları üçün  Kəndlərimiz boşalır, şəhərlərimiz bərbad duruma düşərək viranəliyə çevrilməkdədir.  Qan, qorxu, dəhşət, cəhalət, yalan, riya və fəsad üzərində qurulan İran İslam hakimiyyəti, Xumeyni kimi bir cani və cinayətkar ruhani tərəfindən qurularaq, Amerika başda olmaq üzrə Qərb dövlətləri tərəfindən şah rejiminin yerinə alternativ olaraq hakimiyyətə gətirilmişdir. Qəddar Pəhləvi rejiminin xələf canişini olan İran İslam rejimi, təpədən dırnağa qədər bir irqçı rejim olaraq, gəldiyi ilk günlərdən etibarən qeyri fars millətlərə qarşı özəlliklə də Azərbaycan da Türk millətimizə qarşı düşmənçilik siyasətini davam etdirərək, apardığı öz qeyri insani siyasətləri ilə Şah rejiminin üzünü ağartmışdır. Bütün bu siyasətlərin nəticəsində böyük fəlakətlər və böhranlarla qarşılaşan Güney Azərbaycan, bu gün Urmu gölünün bilərəkdən və planlı şəkildə fars-İran islam dövləti tərəfindən qurudulmasıyla başına gətirilən inanılmaz ağır faciələrlə,  addım-addım uçuruma gedib yox olma təhlükəsi ilə  üzləşərək ölüm-qalım mücadiləsi verməkdədir.  
Bunlardan əlavə olaraq Ortadoğuda neçə ildən bəri baş verən qanlı olaylar, gedən iç savaşlar və dəhşətli intihar saldırıları dünyanın ən zəngin neft  və qaz yataqlarının sahib olduğu bu bölgəni cəhənnəmə çevirmişdir. Özəlliklə  son zamanlarda İŞİD kimi vəhşi və qaniçən bir terorçu örgütün ortaya çıxmasıyla bölgənin faciəli durumu dahada böyük bir səviyyəyə çatmış və geniş bir ərazini qapsamışdır. "Böyük Ortadoğu Projəsi"nin ayrılmaz tərkib hissəsi olan bu terorçu örgüt və ona tay ona tay bir çox örgütlətin göbələk kimi çıxması və onların Güney Azərbaycan   sərhədlərinə yaxınlaşması bizə xətər zənglərinin çalınması deməkdir. Özəlliklə də "Böyük Ortadoğu Projəsi" əsasında "Böyük Kürdüstan"ın yaradılması və hazırda Amerika başda olmaq üzrə bütün Qərb dövlətləri tərəfindən kürdlərin ağır və modern silahlarla silahlanmaları eyni Kərkük, Təlafər, Tuzxurmatı və başqa yerlərdə olduğu kimi ölüm, soyqırım, məcburi köçlər, dəhşət və hər türlü cinayətlərin qapımızın arxasında bizi gözləyib və hər an çalınması deməkdir.
Bütün bu gərçəkləri nəzərə aldıqda Güney Azərbaycanın böyük və çox stratejik önəmə malik olan qərb bölgələrinin də böyük Kürdüstan xəritəsinə daxil edilməsi bu acınacaqlı duruma qarşılıq hər kəsdən və özəlliklə də bütün milli fəallar, aydınlar, siyasi parti və qurumlarıdan böyük  sorumluluq, sədaqət fədakarlıq və bu vəziyyətin qarşısında real bir siyasətin uyqulanmasını tələb etməkdədir.
Biz əminik ki, ürəyində zərrəcə vətən eşqi və millət sevgisi olan hər kəs, qaşılaşdığı bu qorxunc tablo və dəhşətli mənzərə ilə bağlı neçə ildən bəri ortada olan və çox hallarda qısqanclıqdan doğan, bəzən də süii şəkildə yaradılan bütün şəxsi və siyasi ixilafları, fərqli düşüncə və görüş ayrılıqılaryla bağlı çıxan məsələləri, həmişəlik keçmişə buraxmalıdır. Biz Azərbaycan və milli hərəkatımızın çıxarlarını öz şəxsi və firqəvi mənfəətlərimizdən üstün tutaraq birlikdə hərəkət edib və qarşılaşdığımız bu fəlakətlərlə bağlı ortaq çıxış yollarını axtarmaq məcburiyyətindəyiq.
Biz milli azadlıq və qurtuluş hərəkatımızda bütün gərginlik və təxribaçılıqdan uzaq durub olduqca həyati və vacib olan birlik, bərabərliyimiz və birlikdə hərəkət etməyimiz üçün daha nələrin başımıza gəlməsini gözləyirik. Başımıza gətirilən böyük faciələr və özəlliklə neçə ildən bəri bölgəmizdə  gedən qanlı olaylar və kürd terorçu örgütləri tərəfindən torpaqlarımıza olan iddialar, bu gün bizi hər zamandan dahada artıq ciddi işbirliyi və birliyə çağırır. Bu məsələ hər tək-təkimizin üzərinə düşən ən böyük tarixi bir vəzifə olduğu halda, hər kəsin ürəyində olan bir arzu və istəkdir. Bu vacib məsələni hər bir ad və hər hansı bir bəhanə ilə əngəlləyib ona mane olanlar, Türk millətimizin qarşısında cavab verməli olacaqlar.
Bu gün istiqlalçılıq və istiqlal məfkurəsi milli azadlıq və qurtuluş hərəkatımızda geniş səviyyədə yayılıb üstünlük təşkil edərək, istər içəridə, istərsədə xaricdə istiqlalçı qüvvələr hərəkatın motoru sayılıb və onun əsas qüvvəsi kimi aparıcı rolu oynamaqdadır. Lakin faşist İran islam rejiminin milli hərəkatımıza qarşı uyquladığı ağır basqılar və dəhşətli əmniyyəti tədbirlər nəticəsində , içəridə bir birliyin yaradılması haqda düşünmək belə əbəs sayılır və onlar bu vacib və önəmli məsələnin yaradılmasını haqlı olaraq xaricdə fəaliyyət göstərən fəallar və təşkilatlarımızdan səbirsizliklə gözləməkdədirlər. Ancaq xaricdəki milli azadlıq və qurtuluş hərəkatımızın qarşılaşdığı bu günki acınacaqlı durum, Güney Azərbaycanı təmsil edə biləcək bir birliyin yaradılmasına böyük əngəl olmuş və təəssüflər olsun ki, bu günə qədər bu zəruri məsələ öz düzgün həllini tapa bilməmişdir.
Güney Azərbaycanın sügündəki parlamentinin yaradılması,milli hərəkatımızın bu önəmli və acil məsələsinə bir cavab və birlimizin yaranmasına alternativ  olaraq neçə ildən bəri bir önəri kimi ortaya qoyulmuş, lakin onun yaradılmasıyla bağlı ciddi bir addım atılmamışdır. Bu məsələ ilə bağlı 15 mart 2014-cü ildə Kopenhaqen də Güney Azərbaycanın əksər siyasi  parti və qurumlarını, eləcə də milli fəal və şəxsiyyətlərini təmsil edən şəxslərin iştiraki və "Təsisçi Heyət" adı altında bir toplantı keçirərək "Güney Azərbaycanın Sürgündəki Keçici Parlamentini"  Bu toplantı haqqında olan bir çox tənqidlərə və çatışmamazlıqlara rəğmən birliymizə doğru atılan ciddi bir addım olduğu üçün  içəridə və xaricdəki vətən sevər milli fəal və aydınlarımızın sevincinə səbəb olaraq müsbət qarşılanmışdır. Ancaq bəzi milli fəallar və təşkilatlar tərəfindən ona olan bir çox tənqidlərlə yanaşı, bəzi təxribatçılar tərəfindən ona qarşı  böhtan və təhqirlər dolu təxribatçılıq və təxribat xarakterli yazılarla da olmuşdur.
Gərçək budur ki, xaricdə bir parlamentin yaradılması olduqca çətin və çox həssas bir məsələdir, çünki o, adi bir şəyayitdə və adi bir parlamentin yaradılmasıyla tamami ilə fərqli bir məsələdir. Biz onun yaradılmasıyla bağlı heç şübhəmiz olmadan deyə bilərik ki, hətta bu gün ən demokraik usulları belə uyqulayıb və demokrasini rəhbər tutaraq bütün prənsiplərə qeyd-şərtsiz əməl edib və onun yaradılmasına şərayit yaradaraq həyata keçirilməsini sağlasaq da, hər kəsin istədiyi və arzu etdiyi ideal bir parlament ola bilmiyəcək. Çünki dünyanın dort bir yanına səpələnmiş bütün azərbaycanlıların gərçək təmsilçilərini, qeyd etdiyimiz həmən demokratik usullarla bir yerə gətirmək əsla mümkün olmuyacaqdır.  Tutalım ki, hər kəsin istədiyi, həm də ən demokratik şəkildə bir parlament yaradılmışdır, yəqinliklə deyə bilərik ki, bir çoxları tərəfindən yenə böyük təxribatlarla qarşı-qarşıya gəlməsi qaçırılmazdır. Ancaq bütün bu gərçəklərə baxmayaraq, hər kəs məsuliyyət hissi ilə çalışmalıdır ki, imkan daxilində və hər şəy nəzərə alınaraq bu məsələ düzgün şəkildə öz həllini tapa bilsin.
Güney Azərbaycan Sosial Demokrat Partisi parlamentin yaradılması və onun gedişatıyla bağlı öz səmimi tənqidi görüşlıri ilə yanaşı, ilk siyasi qurum olaraq bəlli çevrələrdən və məqsəd yönlü şəkildə ona aparılan təxribatlara qarşı öz kəskin mövqeyini bildirib və heç fərq qoymadan 17 nəfərdən ibarət olan təsisçi heyət üzvlərinin parti mənsubiyyətləri, siyasi düşüncə və görüşlərindən asılı olmayaraq onları müdafiə edib və Güney Azərbaycanın siyasi həyatında böyük rol oynuyacaq belə bir önəmli addım və təşəbbüsü alqışlayaraq dəstəkləmişdir.
Ancaq nə yazıq ki, parlamentin yaradılması üçün seçilib və onun hazırlıq işlərini öz üzərlərinə götürən işçi qrupunun 9 nəfərindən Əhməd bəy Obalı və Mahmudəli bəy Çöhrəqanlı və təsisçi heyətindən olan Sadıq bəy İsabəyli və Nağı bəy Mahmudi yersiz bəhanələr ona qarşı çıxmışlar. Onlar heç bir əxlaq və məntiqə uymayan səbəblərlə atdıqları öz imzalarını heçə sayıb, Kopenhaqen toplantısından sonra hələ parlamentin nizamnaməsi yayınlanmadan çox öncə, üzərlərinə götürdükləri  vəzifədən boyun qaçıraraq onu ayaqları altına atmışlar. Onlar bandit və çətə dediyi bu 7 dəyərli işçi qrupunun üzvlərini, özlərinə hətta rəqib də yox, bəlkə düşmən kimi göstərərək onlarla bütün əlaqələrini kəsib, paltalk da keçirilən danışıqlara qatılmayıb və heç bir çağırışa məhəl qoymamışlar. Neçə ay nizamnamənin yayınlanmasından sonra, güya onu heç görməmiş kimi davranıb və ondan  xəbərsiz olduqlarını deyərək onu tənqid atəşinə tutmuşlar. heç utanıb və çəkinmədən tamamilə yalan dolu sözlər, töhmətlər və heç bir əxlaqa sığmayan sözlərlə qarşı tərəfi günahlandırıb təhqir edirlər. Bu xoşa gəlməz və düşman sayağı davranışlar, elə bir zaman baş tutmuşdur ki, həm Əhməd bəy Obalı, həm də Mahmudəli bəy Çöhrəqanlı GünAz TV-nin canlı yayınında  bir çox müxalif olduqları və sevmədikləri şəxslərlərlə məcburiyyət qarşısında bir araya gəldiklərini söyləyib və Əhməd bəy Obalı dönə-dönə birlik, bərabərlik və milli hərəkatımızın çıxarları üçün hətta tüpürdüyünü yaladığını deyib. Beləliklə də onlar, hər nədən və bu olub keçənlərdən tamamilə xəbərsiz olan televizion tamaşaçılarına, tam saxtakarlıqla apardıqları işlərində haqlı olduqlarına çalışmışlar.
Başqaların çirkinliyini göstərmək istəyən hər kəs, ilk öncə özünə güzgüdə baxıb və öz çirkinliyini görməlidir ki, söylədikləri hər kəsə inandırıcı olsun. Başqa ifadə ilə desək, Əhməd bəy Obalı və dostları GünAz TV-ə arxalanaraq, dəyərli "İşçi Qrupu" üzvlərinə çətə və bandit kimi çirkin ifadələr işlədib ağır ittihamlar vuraraq, onları faşist İran İslam rejiminin siyasətinin yönəldiməsində əsasi rolu olan "Şuraye Negəhban" kimi bir cinayətkar və qəddar qurumla bir yerə qoyub və hətta onlardan dahada bətər olduğunu dəfələrlə söyləmişlər. Güney Azərbaycanın bir çox milli fəallarını, milli şəxsiyyətlərini və bütün siyasi təşkilatlarına qarşı təxribatçılıqla məşğul olan Əhməd bəy Obalı, hər nədən öncə gördüyü öz iyrənc əməlləri və işlərinə baxıb sonra başqalarına qarşı belə qeyri-əxlaqi ittihamları vurmalıdır.
Belə təxribatçılıqla məşğul olan Əhməd bəy Obalı öncə öz sədaqət və səmimiyyətini sübut etməlidir ki, başqalarıda ona inansınlar. Ancaq bütün bu   qeyri-əxlaqi davranışlar, Əhməd bəy Obalının sədaqət və səmimiyyətdən nə qədər uzaq və onlara necə biganə olduğunu çox açıq və aydıncasına göstərməkdədir. Bu gərçəyi Əhməd bəy Obalı GAMAC qurumunun Almaniyanın Köln şəhərində keçirdiyi qurultayında çox açıq şəkildə belə ifadə etmişdir: " Siz məni yaxşı tanıyırsız, mən adamları gətirib və xarablaram."
Əhməd bəy Obalı, Kopenhaqen toplantısında olduğu günlərdə toplantı iştirakçılarıyla birlikdə yemək masasında olarkən, hər kəsin qaşısında o günə qədər öz iyrənc davranışlarına və etdiyi səhv əməllərinə etiraf etmiş və belə demişdir: "Mən tüpürdüğümü yalıyıram, ancaq bundan sonra, bütün gücümlə bu məsələnin müdafiəsi üçün səy göstərəcəyəm."
Bütün bu gərçəklərin yəni ona olan etimadsızlığın nəticəsidir ki, Əhməd bəy Obalı parlamentin yaradılmasıyla bağlı hay-küylə başlatdı imza kampanyasından bir aydan çox keçməsinə rəğmən, ona 150 kişi imza atmışdır ki, onlarında bir çoxunun taxma adlarla qoyulmuş imzalardır və aldığımız bilgilərə görə bəzi insanlara müraciət olunmadan tam saxtakarlıqla adları listədə yazılmışdır. Ancaq bu imza kampaniyasıyla bağlı GünAz TV dən aparılan bütün təbliğatlar və bəzi saxtakarlıqlara baxmayaraq onun və ətrafında olanlar yəqin ki, neçə min imzanın atılmasını gözləsələrdə, belə bir utanc verici nəticə ilə qarşılaşmılar. Buda Əhməd bəy Obalı və Mahmudəli bəy Çührəqnlıya həç gözləmədikləri böyük bir məğlubiyyət olaraq tənqidçiləri və muxaliflərinə qarşı arxalandıqları və bir basqı amili kimi qullandıqları GünAz TV-ə rəğmən milli azadlıq və qurtuluş hərəkatımızda heç bir nüfuz və etibarlaının olmamasına kəskin bir sübutdur.
Onsuzda bu imzalar, Əhməd bəy Obalı və GünAz TV başda olmaq üzrə GAMAC və onun başçılığında olan DAK və GAMOH-a birlikdə verilən imzalardır. 
Biz heç bir insanın xətasız və səhvisiz olmasına inanmırıq, lakin hər kəsin istər öz özəl həyatında, istərsədə siyasi fəaliyyəti sürəsində bəlli bir səhv və xətaların yol verməsinin qaçırılmaz olmasına inanırıq və buda çox təbii və normal bir haldır. Bu o deməkdir ki, milli hərəkatımızda bəlli şəxslər tərəfindən bir çox xətalara yol verilmişdir. Ancaq önəmli olan məsələ, onların yol verilməməsi və təkrar edilməməsi üçün, hər kəsin etdiyi səhv və xətalardan lazım olan dərslərin alınmasıdır.
Əhməd bəy Obalı tərəfindən neçə ildən bəri belə bir çirkin hərəkətlərin baş tutmasının ana səbəbi, onun özbaşınalığı və bütün əxlaqi və mənəvi dəyərlərin çox kobudcasına ayaqları altına almasıyla yanaşı, onun bir totaliter düşüncəyə malik olub və öz otoritəsini bütün milli azadlıq hərəkatına təhmil etməsi və onu hər zaman öz kontrolu altında saxlaması olmuşdur. Əhməd bəy Obalının yaramaz məntiqində mən varam hərəkət var, demokrasi var, mən olmayan yerdə nə hərəkət, nədə demokrasi heç biri yoxdur. Buda şərq millətlərinin içində çox yayqın olan və bir çox iddialı insanın yoluxduğu mənəm-mənəmlik xəstəliyindən qaynaqlanan və eyni zamanda onun başqa dəyərli insanlarımız və milli şəxsiyyətlərimizə olan anlamsız qısqanclığından irəli gəlmişdir.
Əhməd bəy Obalı, "İşçi Qrupu"nun bütün müraciətləri və çağırışlarına məhəl qoymadan onunla ilişkisini tamamilə kəsib tək başına qalaraq, bu qrupdan kimsəni qandırıb öz yanına almağa nail olmadığından sonra, heç sevmədiyi və onun kimi bütün müraciətlərə məhəl qoymayan Mahmudəli bəy Çöhrəqanlıya yaxınlaşmağı məsləhət görmüşdür. Qeyd etməliyik ki, neçə il öncə Əhməd bəy Obalı, Çöhrəqanlıya qarşı apardığı təxribatlara rəğmən onu öz yanına çəkib qullanmağı bacarmışdır. Necə ki, 2006-cı ildə birinci GAMAC yaxud "Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi"nin yaradılmasında onu qandırıb və qullanmışdır. Xatırlatmalıyıq ki, May qiyamından sonra xaricdə  bir cəbhənin yaradılması gündəmə gəlib və onun yaranması ərəfəsində Əhməd bəy Obalı, bir neçə görüş üçün Almaniyaya gəlmişdir. Hər zamandan dahada çox birliyə ehtiyac olan bir vaxtda o, yaradılmaqda olan bu cəbhəyə Mahmudəli bəy Çöhrəqanlı və Saleh bəy Ildırımın da qatılmalarının sağlamasının  sözünü verməsinə baxmayaraq, verdiyi sözlərin tam əksinə və  onlarla birlikdə tələm-tələsik sonralar "Milli Şura" adı alan bu birliyə qarşı öz başçılığında birinci GAMAC-ı yaratmışdır. Buda Əhməd bəy Obalının milli azadlıq və gurtuluş hərəkatımızda ciddi şəkildə güclü bir birliyə qarşı olmasını göstərməkdədir. Birinci GAMAC, ancaq kağaz üzərində qalıb və bir cəbhə kimi fəaliyyət göstərmədən dağıldı. Xatırlatması yerində olar ki, "Milli Şura" da 2 ilə yaxın fəaliyyət göstərdikdən sonra 5-6 nəfərin həmən mənəm-mənəmlik xəstəliyinə yoluxan şəxslər tərəfindən dağıdıldı və onlar bu qurumu öz əllərinə alaraq idarə heyətini ləğv edib və çox keçmədən bu neçə nəfər də bir yerdə qalabilməyib və hazırda 3-4 nəfərdən ibarət olan bir qurum kimi ancaq kağaz üzərində qalmadadır.
Biz bu dəfə Əhməd bəy Obalı və Mahmudəli bəy Çöhrəqanlının birlikdə siyasi fəaliyyətlərinin nə qədər sürəcəyinə gərçəkdən məraq edirik. Hər halda umarıq ki, bu ortaq işbirlikləri qalıcıolar.     
Əcəba özünü istiqiqlalçı bilən və bu qutsal yolda mücadilə aparan bütün istiqlalçı milli fəallar, şəxsiyyətlər və partilərə hər cürə iftira, tohin və təhqirləri yağdıran Əhməd bəy Obalı, şəffaflıq və demokrasi adı altında bu gözəl sözlərin arxasında gizlənərək, əgər istiqlarçılarla birləşə bilmirsə və onlarla belə kobudcasına davranırsa, sabah yaratmaq istədiyi parlamentində, iddia etdiyi irançı federalçılar və İran Anayasasının sadəcə 15-ci maddəsini istəyən dilçilərlə necə bir araya gəlib anlaşa bilər?!
Əhməd bəy Obalı özünü yerdən göyə haqlı göstərərək, milli azadlıq hərəkatımızın son qullanılmamış adı və birliyimiz üçün bir fürsət və bəlkədə son böyük bir şansımız olan və hər kəsin umud bəslədiyi parlament adını ləkələyib və onu etibarsız etmək niyyətindədir. O, tam israrla iki parlament projəsini müdafiə etməklə əməldə istiqlalçı qüvvələri ikiyə bölüb və aralarında nifaq və bir-birinə qarşı nifrət yaradaraq onları qarşı-qarşıya gətirməyə çalışmışdır. Buda milli hərəkatımıza ən böyük zərbə olaraq əməldə iki parlamentin yaradılmasının qaçırılmaz olması deməkdir.   
Güney Azərbaycan Sosial Demokrat Partisi, Azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda mücadilə aparan bütün dəyərli milli fəallar, siyasi parti və qurumlarına tam sayqıyla yanaşaraq onları özünə rəqib yox, bəlkə qardaş təşkilatlar olaraq uzun və qutsal bir yolun yolçuları eyni zamanda öz yaxın müttəfiqləri olaraq görməkdədir.
Biz fərqli görüşlü bütün milli fəallar və təşkilatlar arasında dostluq və qardaşlığı təbliğ edərək qarşılıqlı səmimi münasibəətlərin olmasından hər zaman yana olduğu kimi bu gündə ondan yana olub və bu haqda əlimizdən gələni əsirgəmirik. Əhməd bəy Obalının iftira atıb təxrib və təhqir etdiyi insanların böyük əksəriyyəti ömür boyu Azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda mücadilə aparan dəyərli insanlardır. Biz Azərbaycanın gürtuluşu uğrunda mücadilə aparan bütün milli fəallımıza dəyər verib və kimsənin onları təhqir etməsinə izin verməməliyik. Biz səmimiyyətlə hər kəsdən soruruq, əcəba bizim xaricdə nə qədər belə insanımız var ki!? Biz hər kəsi olduğu kimi görüb və olduğu kimi də qəbul etməliyik. Biz əgər belə insanlarımızı israrla mübarizə meydanından uzaqlaşdırmağa çalışırıqsa, gedib İspaniyadan, Braziliyadan və yaxud hər hansı başqa bir ölkədən istiqlalçı gətirə bilmərik ki!? Əhməd bəy Obalı istiqlaldan danışaraq uzun illər boyunca təpədən dırnağa qədər irançı olub və Azərbaycanın qanayan yarası və hər bir azərbaycanlının  ortaq dərdi olan Qarabağ məsələsini öz dərdi və məsələsi bilməyən və Azərbaycanın qutsal üç rəngli bayrağını Hindistan dövlətinin bayrağıyla eyni görən Ziya bəy Sədrüləşrafi və Əlirza bəy Əsgərzadə kimi irançı federalçıları və başqalarını Azərbaycanın böyük aydınları və milli şəxsiyyətlri kimi tanıdaraq uzun bir sürə GünAz TV-nin zamanını onların ixtiyarında qoymuşdur.
Əhməd bəy Obalı Əliriza Əsgərzadə, Leyla Müctehidi və bu Kimi başqa irançı və Türk milləti və sözünə qarşı olan fedralçılarla birlikdə, Azərbaycan və bütövlükdə türklərin tarixi ilə bağlı və eyni zamanda Güney Azərbaycanın   bölgələrinin tanıdılmasında və başqa qonularıyla əlaqədə yüzlərlə gözəl və dolğun yazı və məqalələrin müəllifi olan və Azərbaycana böyük xidmətləri keçən Mehran bəy Baharlıya qarşı çox əxlaqsızcasına böhtanlar vurub və onu İran istixbaratının casusu kimi təqdim edirlər. Əhməd bəy Obalı və belə şəxslərin bir cəbhədə istiqlalçılar və milli federalçılara qarşı apardığı təxribatlardan kimlər faydalanıb və bu işlərlə o, kimlərə xidmət etməkdədir.
Bütün bunlar göstərir ki, Əhməd bəy Obalı bir pandol kimi federalçılarla istiqlalçılar arasında hərəkət edib və zaman-zaman istiqlaliyyəti müdafiə etsədə yeri gəldiyində və şərayiti münasib gördüyündə yaşıl hərəkatında olduğu kimi federalçılıqdan danışaraq onu təbliğ etmişdir. Biz GünAz TV-nin neçə illik fəaliyyətində dəfələrlə onun bu zidiyyətli hərəkətini görüb və belə davranışlarının şahidi olmuşuq.
Belə bir siyasi sorumsuzluq və prənsipsizlikdəndir ki, Əhməd bəy Obalı bu gün istiqldan danışsada, keçən illərdə zaman-zaman öz mövqeyni dəyişdirərək bəzən istiqlal və bəzən də federalçılıqdan danışıb və belə bir fərqli mövqedən çıxış etmişdir.  
2009-cü ildə İran adlanan ölkədə seçkilərin keçirildiyindən sonra onun sonuçlarına etiraz olaraq başda qatı Türk və Azərbaycan düşməni olan qatil və cinayətkar Mir Hüsein musəvi olmaq üzrə yaranan yaşıl hərəkatını dəstəkləyən Əhməd bəy Obalı, GünAz TV-dən Azərbaycan milli hərəkatını yaşılları dəstələməyə çağırmışdır. Əhməd bəy Obalı utanmadan hər kəsin dəyişdiyi kimi, Mir Hüseyn Musəvinin də dəyişdiyini dönə-dönə deyib və fars faşizminin Azərbaycandaki bu amilini açıqcasına müdafiə edərək onun işlədiyi bütün suçları və etdiyi cinayətlərinə bəraət qazandırmağa çalışmışdır.
Belə böyük bir səhv və xətalardan biridə fars faşizmi və cinayətkar iran islam rejiminin Azərbaycandaki etibarlı amillərindən biri olan Əliəkbər Ələminin Əhməd bəy Obalı və GünAz TV tərəfindən zaman-zaman dəstəklənib və bir Azərbaycançı olaraq onun haqlarının müdafiəçisi kimi təqdim edilməsidir. Bir halda ki, bu şəxs neçə dövrə Təbriz, Tufarqan və Üskü şəhərlərindən vəkil seçilsədə, bir dəfə də belə olsun Azərbaycanın tapdalanmış haqlarından və Urmu gölü başda olmaqla onun qarşılaşdığı bu günki faciə və acınacaqlı durumundan bir söz açmamışdır.
Bütün bunlar Əhməd bəy Obalının hər bir prənsipdən və eyni zamanda bütün əxlaqi və siyasi sorumluluqlardan nə qədər uzaq və onlara nə qədər yabancı olduğunu çox açıq və aydıncasına göstərməkdədir.
Biz hər bir siyasi sorumluluğun arxasında siyasi əxlaqın dayanmasına inanır və onun hər bir ədalətli toplumda zəruri olduğu kimi dayima Azərbaycan milli azadlıq və qurtuluş hərəkatında olmasına hər zaman önəm verib və hər kəsin də belə olmasını istəyirik.
Maraqlıdır ki, istər bir birlik və istərsədə parlamentin yaradılmasıyla bağlı onun neçə il öncədən təklif olub söz qonusu olmasına rəğmən, kimsə bu haqda ciddi bir iş və önəmli bir addım atmamış və onun necə və nə təhər yaranması və onun malı qaynaqlarının təmin edilməsilə bağlı heç bir fikir ortaya qoymamışdır.
Ancaq bu məsələnin gündəmə gəlib və ciddi addımlar atılmasında heç bir ciddi fəaliyyəti olmayan şəxslər, dumanlıq axtaran qurdlar kimi yuvalarından çıxıb öz təxribatçılıqlarıyla ortalığı qarışdıraraq, belə bir önəmli və vacib məsələnin yaradılmasını toteə adlandırmaqla onu sual altına aparmağa və tamamilə etibarsız etməyə çalışməşlar.
Gərçək budur ki, onların özü heç bir iş görə bilmədiyi və əllərindən heç bir iş gəlmədiyi üçün sadəcə kənarda oturub gözləməyi tərcih edərək, ancaq yekə-yekə danışmağı bacarıb və iş görən insanların qarşısında yalnız böyük maneələr yaratmağa çalışırlar. Çünki onlar heç bir zaman iş və əməl adamı yox, bəlkə sadəcə əksüləməl adamı olmuşlar. Əməl edən insanların hər zaman planları olub və onların hərəkəti və əməlləri qarşısında ancaq əksüləməl göstərən əməlsiz insanların heç bir planı ola bilməz, çünki onların iradəsi öz əlində yox başqalarının əlindədir. Belə bir səbəblərdən dolayı və belə bir insanların üzündəndir ki biz, hələ 21-ci yüzildə hər bir insan və hər bir millətin ən ilkin və təbii haqlarından sayılan anadilimizi belə ala bilməmişik.
Biz Güney Azərbaycanın azadlıq və qurtuluşu uğrunda fəaliyyət göstərən bütün siyasi təşkilatları qardaş təşkilat görüb və onların uğur və güclənməsini öz uğur və başarımız görüb və kimsənin hər ad və ünvanla onlara təxribat aparmasına bütün hərəkatımıza olan təxribat kimi dəyərləndirib və belə bir hərəkətləri şiddətlə qınayırıq. Təşkilatlarımızı təxrib edərək onların 5-10 nəfərdən ibarət olan təşkilatlar kimi göstərib təhqir edən Əhməd bəy Obalı bilməlidir ki, mənsub olduğu GAMAC qurumu da onlardan heç fəqli deyildir və ən azından bu təşkilatları yaradanların çoxu vətənimizin və millətimizin qarşısında məsuliyyət hissi ilə belə bir təşkilatların yaradılmasına qərar vermişlər. Bu təşkilatların kiçikliği və böyüklüğü və üyələrinin azlığı və çoxluğundan asılı olmayaraq kənarda qalıb və heç bir təşkilata üyə olmayan dəyərli milli fəallarımızı düşüncə, fikir və görüşləri baxımından onlara uyğun olan parti və qurumlara qatılmalıdırlar, çünki Təşkilatların güclənməsi milli hərəkatımızın güclənməsinə səbəb olacaqdır.
Xatırlatması yerində olar ki, Əhməd bəy Obalı hər zaman çeşitli və yersiz bəhanələrlə birliyə qarşı olaraq özü və tək başına olmağa üstünlük vermişdir.  Necə ki, 2004-ci ildə Əhməd bəy Obalı, Məhəmməd Rza bəy Xişti və Abdulla bəy Əmir Haşimi ilə birlikdə DAK-ın 15 idarə heyətində olarkən ondan ayrılaraq DDAK yaxud "Demokratik Dünya Azərbaycanlıları Konqrəsi"nin yaradılmasına qərar . Lakin çox keçmədən Əhməd bəy Obalı, öz iki yaxın müttəfiqi ilə də DDAK qurumunda bir yerdə qala bilməyib və bu qurumun idarəsini öz əlinə alıb onu rəqibsiz idarə etmək məqsədilə, onlarıda qaçırmağa nayil olaraq bu gün onlarla da bir düşmən kimi davranmaqdadır.
Biz heç bir təxribata yol vermədən dostcasına olan tənqidlərin hər zaman lazım və gərəkli olmasına inanıb və bu tənqidlərin inkişafa yol açmasını vurğulamışıq. Ancaq kiçik bir tənqidi qəbul etməyən Əhməd bəy Obalı və GünAz TV, tənqidçilərlə düşmən kimi davranıb və onlara hədə qorxu gələrək öz təxribatlarıyla onları hərəkət sıralarından çıxarmağa çalışmışdır.
Biz ortaq sorun və dərdlərimizdən dolayı və fars-İran müstəmləkəçiliyinə son qoyub istiqlaliyyətimizi əldə etmək üçün bir-birimizin yanında olub və bir-birimizə dəstək olaraq birlikdə hərəkət edərək çıxış yallarını axtarıb və ortaq bir mövqeyə çatmalıyıq. Biz gərçəkdən demokrasiya inanırıqsaq bütün milli fəallar və şəxsiyyətlərimizə və eyni zamanda siyasi parti və qurumlarımıza tam sayqıyla yanaşaraq hər kəsi və hər təşkilatı olduğu kimi görüb və qəbul etməliyik.
Kimsənin bir insanı və bir siyasi parti və qurumu onun fərqli siyasi düşüncə və görüşlərinə görə milli hərəkatımızın sıralarından çıxarıb onu həzf etməyə haqqı yoxdur. Belə işlərə qalxan şəxslər və qurumlar sonunda özləri hərəkatdan çıxarılıb təklənməyə və hərəkatın sıralarından qovulmağa məhkum olurlar.
Biz bir-birimizi sevməsəkdə, istəməsəkdə, bir-birimizi qırmadan, təxribat aparmadan və başqasının fikrini dəyişdirməyə qalxmadan bir-birimizin yanında və bərabər olmaq məcburiyyətindəyik. Bu istək və arzu fars-İran faşizminin qanlı çəkmələri altında vəhşicəsinə əzilən və gündə min yol ölümə məhkum olub, ölüb-dirilən Türk millətimizin harayıdır.
Lakin təəssüflər olsunki, Əhməd bəy Obalı hər bir parti, qurum və milli şəxsiyyətləri özünə hətta rəqibdə yox, bəlkə düşmən görüb və özəlliklə ona və  GünAz TV-ə qarşı olan ən kiçik tənqidi belə düşmən tərəfindən olduğunu söyləyib və tənqidçilər düşmən listəsinə daxil olaraq onlara qarşı təxribat kampaniyası başlanılır. Hər kəs zaman-zaman GünAz TV-nin canlı yayınlarında bu xoşa gəlməz hərəkətlərin dəfələrlə şahidi olub və bu gün yenədə onların şahidi olur. Keçən il hörmətli İnsafəli bəy Hidayətin apardığı canlı yayınında qonağ olan dəyərli yazıçı və araşdırmaçı Rza bəy Talibi, onun kiçik bir tənqidi ilə bağlı neçə saniyə çəkmədən, Cavad bəy İsmayılbəyli proqrama müdaxilə etmişdir. O, həmən Rza bəyin telefon bağlantısının kəsilməsini istəyib və sonra Əhməd bəy də öz telefon bağlantısıyla proqrama qatılıb və Rza bəy Talibi hər ikisi tərəfindən inanılmaz tohin və təhqirlərə məruz qalaraq Rza Xərbuzə kimi təqdim edilmişdir. Gərçək budur ki, Əhməd bəy Obalı və onun özəl və şəxsi GünAz TV-si istədiyi hər bir milli fəal və şəxsiyyəti və yaxud hər bir siyasi parti və quruma qarşı hər cürə təxribat, tohin və yalan iftiraları öz gündəmində saxlamaqda qərarlıdır.
Dəyərli yazıçı, araşdırmaçı və yüzlərlə gözəl yazı və məqalələrin müəllifi olan Mehran bəy Baharlı, dəyərli araşdırmaşı və siyasi yorumçu Arif bəy Kəskin və çox hörmətli siyasi və milli fəallar Saheh bəy Kamrani, Əsəd bəy Sadiqi və başqaları. Milli azadlıq hərəkatımızın ayrılmaz parçaları və onun tərkib hissələri olan parti və qurumlarıyla bağlı Güney Azərbaycan Demokrat Partisinin Başqanı dəyərli Mahmud bəy Bilgin və onun simasında Demokrat partisinə, Güney Azərbaycan Qurtuluş Partiyası və onun keçmiş Başqanı dəyərli Eldar bəy Qaradağlıya dəfələrlə Əhməd bəy Obalı, Cavad bəy İsmayılbəyli tərəfindən GünAz TV-dən böhtan dolu yalan sözlər və təhqirlər edilmişdir. Güney Azərbaycan İstiqlal Partisinin sözçüsü hörmətli Saleh bəy Ildırım və mənsub olduğu partiyə qarşı təhqir dolu sözlər və böhtanlar yağdırılmışdır. Əhməd bəy Obalı tərəfindən GünAz TV-də Son təhqirlər parlamentlə bağlı çox hörmətli siyas və milli fəal Abdulla bəy Əmir Haşimi (Cavanşir) olmuşdur ki, özü və dəyərli ailəsi yenə onun tohin və təhqirlərinə tuş gəlmişdir. Əhməd bəy Obalı və GünAz TV-nin ümumiyyətlə milli hərəkatımıza qarşı belə iyrənc hərəkət və davranışları bunlarla bitmir. Keçmişdə GAMOH qurumu və Mahmudəli bəy Çöhrəqanlı, Azərbaycan Fedral Demokrat Təşkilatı da belə davranışlarla qarşılanmışdır. Bir örnək də Yeni GAMOH qurumunun 5 rəhbəri keçən il faşist İran İslam rejimi tərəfindən yaxalandıqdan sonra, Cavad bəy İsmayılbəyli utanmadan onların hərəkəti və yaxalanmalarının şübhəli olduğunu söyləmişdir. Cavad bəy onları İran ittilaatının amilləri kimi təqdim edərək, onlara qarşı olduqca iyrənc və ağır töhmətlər vurmuşdur.
Bu siyahını dahada çoxaltmaq olar. Əhməd bəy obalının, keçən illərdə dəfələrlə GünAz TV-nin yayınlarında milli hərəkatımızın öncüllərindən və ağsaqqallarından biri olan və həyatı boyu Azərbaycan mücadiləsi verib və bu gündə rejimin bütün basqılarına rəğmən öz mücadiləsini davam etdirən və hər kəsin hörmət etdiyi dəyərli Mənuçehr bəy Əzizini dəfələrlə Mənuş xitab edərək əxlaqsızcasına təhqir etməsidir.
Bütün dünyada və hər bir toplumda olduğu kimi özəlliklədə siyasi mübarizədə gənclər hər zaman ön sıralarda olub və onda böyük və əsası rol oynayırlar.  Bu gün Güney Azərbaycan milli azadlıq və qurtuluş hərəkatında gənclərin öz yeri və həm də özəl yeri var, ancaq bu gərçək, uzun illər və həyatı boyunca milli haqlarımızın əldə edilməsi yolunda böyük əməkləri keçən öncül ağsaqqallarımızın siyasi mübarizə sahəsində böyük təcrübələrə malik olduqlarına görə gənclərimizin onlardan yararlanıb öyrənməsi gərəkən bir çox şey var və bu da bir çox səhv və xətaların qarşısının alınmasında böyük rol oynayaraq onların milli azadlıq hərəkatında özəl yerləri olduğunu göstərir. Əhməd bəy Obalı və GünAz TV parlament məsələsi ilə bağlı dəfələrlə ağsaqqallarımızı təhqir edərək, ağıl başdadı yaşda deyil deməklə, bu dəyərli insanlarımızı təhqir edərək onların şəxsiyyət və siyasi vichələrini təxrib etməyə çalışmışdır.
Biz buradan üzümüzü vicdani və sədaqəti olan hər bir kəsə və özəlliklə də bütün dəyərli milli fəal və aydınlarımıza tutub və onlardan soruruq ki, necə olur Baybək siytəsi və ona tay şəxslərin GünAz TV və Əhməd bəy Obalıya və bütövlükdə hərəkatımıza qarşı apardıqları eyni təxribatçılığı alçaqlıq və İran ittilaatının amilləri sayılır, lakin onların vurduğu böhtanlar, etdiyi təhqirlər və apardığı eyni təxribatlar şəffaflıq sayılır.
Həmçinin neçə il bundan öncə Əlirza bəy Nəzmi Əfşarın bir çox dəyərli milli fəallarımıza əxlaqsızcasına ağır ittihamlar və böhtanlar vuraraq onlara qarşı apardığı təxribatlarla Əhməd Obalı və GünAz TV-nin apardığı təxribatların nə fərqi vardır. Bu fərqlə ki, əyər Əlirza bəy Nəzmi Əfşarın vurduğu töhmət və iftiralar bir neçə milli fəal üçün olmuşsa, Əhməd bəy Obalının bütün siyasi parti və qurumlarımız və bir çox dəyərli insanlarımz haqqında dediyi yalanlar və vurduğu töhmətlər milli hərəkatımızın istisnasız bütövlüyünə şamil olmaqdadır.
Demək ki, Əhməd bəy Obalı o qədər yalan demiş və iftiralar vurmuş ki, əyər o, dediyi hər bir yalan və vurduğu hər bir iftiradan azcədə olsa boy atsaydı yəqin ki, indi ayla əl verirdi. Beləliklə də Əhməd bəy Obalı, apardığı öz təxribatçılığıyla milli hərəkatımızın içində özəlliklədə istiqlalçı qüvvələr və təşkilatlar arasında ixtilaf və ayrılıq salaraq, onları bir-birinə qarşı qoyub nifrət yaratmağa çalışmışdır. O, bütün körpüləri öz arxasında yıxaraq milli azadlıq və qurtuluş hərəkatımıza böyük və ağır zərbələr vurub və bununla da başda faşist İran islam rejimi olmaqla düşmənlərimizin bacara bilmədiyi işi rahatcasına görərək, istər-istəməz onların dəyirmanına su tökməkdir.
Əhməd bəy Obalı və GünAz TV-nin belə bir işlərdən məqsədi nədir. Gərçək budur ki, xaricdə yaşayan yüz minlərlə azərbaycan türklərinin böyük əksəriyyəti siyasətdən uzaq olan və yaxud İran adlanan ölkənin sağçı-solçu paniranist parti və qurumlarında fəaliyyət göstərərək farsların içində tamamilə ərimiş manqurt insanlardan ibarətdirlər.
Bu gərçəyi nəzərə aldıqda görürük ki, Azərbaycan məsələləri ilə maraqlanan və onun dilçisindən, federalçısından və istiqlalçısından ibarət olan fəal insanlar olduqca az faizini təşkil etməkdədir. Bu məsələ özü özlüyündə böyük bir faciə və fəlakətin göstərgəsi olaraq milli azadlıq və qurtuluş hərəkatımızın xaricdəki qolunun bu böyük nüfusla müqayisədə onun nə qədər zəyif həm də hansı səviyyədə olduğunun şahidi oluruq. İstiqlalçı qüvvələr bu hərəkatın əsasını təşkil edib və kəmmi baxımdan onun böyük əksəriyyətini təşkil etsədə, ancaq indiki belə bir acınacaqlı durumla qarşı-qarşıya gəlməəsi, bütün hərəkatımıza və özəlliklə də onun içəridəki qoluna ağır bir ruhi zərbə olaraq böyük bir fəlakət sayılır. Çünki milli hərəkatımızın içəri qolu bir çox səbəblərə görə haqlı olaraq xaricdəki milli fəallar və siyasi təşkilatlardan bir çox gözləntiləri var və onların başında fərqli siyasi düşüncə, görüş və səliqə və fikir ayrılıqlarına rəğmən bütün milli fəallar, şəxsiyyətlər, parti və qurumların bir siyasi platform əsasında və yaxud bir parlamentin ətrafında birləşmələridir.
Cavad bəy İsmayılbəylinin parlamentin yaradılmasıyla bağlı GünAz TV-nin bir neçə canlı yayınında Əhməd bəy Obalı, Sadıq  bəy  İsabəyli  və  Mahmudəli      bəy çöhrəqanlı və Nağı bəy Mahmudi iştirak edərək birlikdə tam saxtakarlıqla çoxluqda olan 7 dəyərli işçi qrupunun üzvlərinə qarşı elə əxlaqsıca davranıb və onları elə təhqir edirlər ki, insan şaşırıb qalır. Təəccüblü burasıdırki, Cavad bəy İsmayılbəyli sözdə bir aparıcı və moderator kimi belə proqramlar və dəyirmi masalarda hər aparıcının olduğu kimi tam tərəfsiz olmasını unudub və onlarla birlikdə bütün prənsip və əxlaqi dəyərləri ayaqları altına qoyaraq dahada ortalığı qarışdırmağa çalışmışdır.
Əlbəttə biz Cavad bəy İsmayılbəyli və son zamanlardan bəri GünAz TV-də aparıcı kimi fəaliyyət göstərən Sadıq bəy İsabəyli və onun kimi insanları qınamırıq çünki necə olsada onlar aylıq və maaşlarını Əhməd bəy Obalıdan alıb və məcburən onun sözlərini deyib və düşüncələrini təbliğ etməlidirlər, yoxsa onun sözünü iki edib və nə dediyini qəbul etməsələr, GünAz TV-nin bəzi aparıcıları kimi işlərindən çıxarıla bilərlər.
Bu məsələ özəlliklə özünü çox kobudcasına İqbal bəy Ağazadə və onunla birlikdə Kopenhaqen toplantısında iştirak edən və Səhər kanalında neçə il çalışan Tofiq adlı birisi ilə bağlı dahada qabarıq şəkildə göstərmişdir. Onlar, bu 7 dəyərli insanlarımızla bağlı özləri söylüyə bilmədikləri və yaxud cürət edib deyə bilmədikləri sözləri, GünAz TV-nin dayimi müştərilərinə buraxıb və ortalığı qarışdıraraq elə göstərirlər ki, güya 9 nəfərdən ibarət olan işçi qrupunun bu 7 insanı, cinayətkar İran dövlətinin duzağına düşmüşdür.
Yəni onlar İqbal bəy Ağazadənin təşəbbüsü ilə parlamentin yaradılmasının gündəmə gəlməsini, ilk başdan İran islam rejiminin bir totəəsi olmasını açıqca söyləmişlər. Onlar, canlı yayında təkbaşına və bir tərəfli qazi yanınan gedib özlərinin haqlı olduğunu göstərərək tam saxtakarlıqla atmosferi zəhərləmiş və parlamentin yaradılmasıyla bağlı olub keçənlərdən tamamilə xəbərsiz qalan GünAz TV tamaşaçılarına özlərini haqlı və qüsursuz və 7 dəyərli insanımızı xayin və suçlu göstərməyə çalışmışlar. İş o yerə çatmışdır ki, hər zaman qolaycasına zəng eliyən bir neçə tamaşaçı, bu 7 xayini hər kəs tanısın deyə onların şəkillərinin ekrandan gösrərilməsini istəmişlər və əyər çəkinməsəydilər onların ölüm hökmünü belə verəcəkdilər. Özünü çox demokrat və bütün işlərində şəffaflıq olmasına çalışan Əhməd bəy Obalı, bu təxribat və qeyri-əxlaqi işlərini heç çəkinmədən sadəcə yaratdığı öz şəxsi GünAz TV-sinə dayanaraq aparmaqdadır. Çünki belə bir etkili mediyaya sahib olan Əhməd bəy Obalı, tam əxlaqsızcasına istədiyi şəxslər, parti və qurumlar haqında hər cürə təxribat aparıb və təhqirlər yağdırmaqdan heç çəkinməmişdir. O, bu medyaya vasitəsilə istədiyi kimi özü ölçüb və  kəsmişdir. Ancaq o bilməlidir ki, onun atdığı iftira və böhtanlar və haqlarında təxribat apardığı insanlar, milli hərəkatımızın öncülləri olmaqla yanaşı, eyni zamanda əksəriyyəti bu hərəkatın ayrılmaz tərkib parçaları olan siyasi parti və qurumlarımızın təmsilçiləri olub və onlara qarşı olan təhqirlər, aparılan təxribat bütün milli hərəkatımıza şamil olunur.
Bunu Əhməd bəy Obalı və bütün ətrafinda olanlar bilməli və qulaqlarında həmişəlik sırqa etməlidirlər ki, kimsəni hədə qorxu, təhdid və hərbə-zorbayla hərəkətdən kənara atmaq olmaz. Bu işə nə kimsənin haqqı var və nə kimsənin gücü yetər. Əhməd bəy Obalı və başqaları istər gısqanclıqdan olsun, istərsədə mənəm-mənəmlik xəstəliyindən və yaxud hər hansı bir dəlil və səbəbdən dolayı birisini sevməyə bilər və hətta ona nifrət edə bilər, ancaq biz birisini sevməsəkdə, nifrət etsəkdə bu gərçəyi dəyişdirə bilmərik, çünki biz istəsək də istəməsək də onlar milli hərəkatımızın bir parçası olub və qalacaqlar. 
Bu hadisələr elə bir halda baş vermişdir ki, Əhməd bəy Obalı  bandit və çətə dediyi bu 7 hörmətli yurddaşımızın çoxuna şəxsən və bir-ikisinə də vasitələrlə zəng edib və başardığı qədər onları öz tərəfinə çəkməyə və öz başçılığında olan bir parlamentin içində olmalarına çalışmışdır. 
Ümumiyyətlə hər bir siyasi hərəkətdə iddialı olan hər bir şəxs və yaxud hər bir parti və qurumun dəyəri və hərəkətdə önəmi onun iddialarına görə deyil, bəlkə hərəkətin amalı uğrunda göstərdiyi fəaliyyət və xidmətlərinə görə qiymət verilib və dəyərləndirilir.
Güney Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının bütövlükdə bu günə qədə çözülməmiş ən önəmli və böyük sorunlarından biri onun mali qaynaqlarının olmamasıdır.Milli hərəkatımız bütün mali yardımlardan məhrum olaraq, mali sorunlardan dolayı bir qurultay və seminarın belə keçirilməsində böyük çətinliklərlə qarşı-qarşıya gəlməkdədir.
Güney Azərbaycan Sosial Demokrat Partisi bəzi bəlli səbəblərdən dolayı hər cürə bağlı olmağa hətta belə özümüz və bir parçamız olan Azərbaycan dövlətinə bağlı olmağa ciddi şəkildə qarşı olub və bu məsələnin milli azadlıq hərəkatımıza nə qədər ziyan verici olduğunu vurğulayır.
Əhməd bəy Obalının mali qaynağı və onun haradan və kimlərdən malı yardım alması və GünAz TV-nin necə maliyyələşdirilməsi bizi əsla ilgiləndirməz və bu məsələ onun öz məsələsidir və biz ona qarışmırıq. Bizi ilgiləndirən məsələ ancaq onun aldığı yardımları ən azından düzgün şəkildə və təxribat aparmadan milli azadlıq və qurtuluş hərəkatımızın güclənməsi və onun birliyinin sağlanması yolunda sərf edilməsidir.
Ancaq  təəccüblü burasıdır ki, yabancı dövlətlərin yardımını alıb və ona qarşı olmayan Əhməd bəy Obalı, İqbal bəy Ağazadə və onun kimi bir neçə şərəfli  quzeyli qardaşımızın Güney Azərbaycanın qarşılaşdığı bu ağır durumundan dolayı, parlamentin yaradılmasıyla bağlı tam sorumluluq hissi ilə önə düşərək öz mali yardımlarını ondan əsirgəməmişdir. Lakin Əhməd bəy Obalı heç utanmadan və əxlaqdan uzaq ona qarşı ağır böhtanlar və iftiralar ataraq  onun şəxsiyyətini təxrib etməyə çalışmış, quya parlamentin yaradılmasında onun mənfəətləri var və İqbal bəy Ağazadə öz istəklərini ona təhmil etmək istəyir.
Belə dəyərli insanlarımızın təmənnasız etdikləri mali yardımlar təqdirə layiqdir. Biz lazımı qədər və gərəkən mali yardımlardan yoxsun olduğumuz halda, bu gün Cəlal Talibani və yarım dövlət belə olmayan Kürdüstan İqlimi və onun başında duran Məsud Barzaninin istər PKK və PEJAK olsun, istərsədə İran Kürdüstanının bütün parti və qurumlarına öz siyasi dəstəyi ilə yanaşı hər bir partiyə edilən mali yardımlar və ödənilən aylıq maaşları xatırlatmaq istərdik. Əldə olan bilgilərə görə Kürdüstan İqliminin İran Kürd təşkilatlarına illik mali yardımı 3.5 milyard tüməndir. Bu gün cinayətkar İran islam rejimi başda olmaqla fars faşizmi və sapı özümüzdən olan sözdə bir çox solçu ancaq fars irqçıları və şovinistlərinin quyruğu sayılan Möhsün İbrahimi və "İran Global" sitəsinin qulluğunda olan və taxma adla yazan Elyar kimi üzdən ıraq azərbaycanlı manqurtlarda daxil olmaqla bütün sağçı və solçu fars şovinistləri, Kobani üzərindən Azərbaycan milli azadlıq və qurtuluş hərəkatına  qarşı təxribatçılıqla məşqul olaraq ona "Pantürkizm" damğası vurub və alçaqcasına onu Türkiyə və Azərbaycan dövlətlərinə bağlı olduğunu göstərməyə çalışırlar. Bir halda ki, onlar kürd təşkilatlarının tamamilə Amerika, İsrail, İngiltərə, Fransa, İran, Suriyə və bir çox dövlətlər və sözdə xeyriyyə dərnəkləri tərəfindən tam alicənablıqla hər tərəfli dəstəklənib və maliyyələşdirilməsini bildiyi halda onu görməməzlikdən gəlib və bu haqda tamamilə sükut edərək bir kəlmədə olsun belə yazılmır və hətta başardıqları qədər onu ört-basdır etməyə çalışırlar.
Bu gün Amerika dövləti kürd təşkilatlarına siyasi dəstəyi ilə yanaşı hər cürə mali yardım etdiyi kimi, İslam rejiminə qarşı sözdə mübarizə aparan bütün sağ və sol fars-İran təşkilatlarına da öz siyasi dəstəyi ilə yanaşı, mali yardımlarını da onlardan əsirgəməməkdədir.    
Ancaq görünür ki, Əhməd bəy Obalı aldığı yardımları milli hərəkatımızın güclənməsi və Güney Azərbaycanı təmsil edə biləcək bir güclü təşkilatın yaradılması üçün deyil, bəlkə tam əksinə olaraq onun zəyiflədilməsi və birliyə qarşı hərəkət edərək bir parlamentin yerinə iki parlamentin yaranmasından yana olub və onun üçündə belə təxribatları aparmaqdadır.
Mahmudəli bəy Çöhrəqanlı demişkən, Amerika bir şeyi verməsinin qarşılığında  min istəyi olur və yəqin ki, onun bir istəyidə bizim hazırda  param-parça olduğumuz kimi dağınıq şəkildə və gücsuz qalmamızdır.       
Əhməd bəy Obalı və Mahmudəli bəy Çöhrəqanlı Güney Azərbaycan milli azadlıq və qurtuluş hərəhatının çıxar və mənfəətlərini ayaqları altına qoyaraq öz şəxsi və təşkilati mənfəətlərini ondan üstün tutmuşlar. Halbuki, milli mənfəətlərimiz üstün tutulub və  onlar da daxil olmaqla bir parlamentin yaradılmasına səy göstərilsəydi, istiqlalçı qüvvələr içində olan indiki dağınıqlığa son qoyulub parçalanma təhlükəsi ilə qarşı-qarşıya gəlməzdik.
Görünür ki, bu sözlər tamamilə təbliğatı xarakter daşıyır və Əhməd bəy Obalı necə deyərlər bu gözəl və aldadıcı sözlərin arxasında gizlənərək ancaq bəzi sadə insanları aldatmağa çalışamaqdan başqa heç bir məqsəd güdmür.
Belə bir həssas zamanda bu xoşa gəlməz və acınacaqlı olaylar və bu təhər məsuliyyətsizcəsinə davranışlar, vicdanı olan və milli azadlıq hərəkatımızın qarşısında özünü azcada olsun sorumlu bilən hər kəsin ürəyini ağrıtmaya bilməz. Belə bir hərəkətlər, başda faşist İran islam rejimi olmaqla ancaq düşmənlərimizi sevindirib və buda bilərək və yaxud bilməyərək onların dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Əcəba nə olub bizlərə, nədən biz milli fəallar olaraq bir yərə gəlmək üçün ortaq bir dil tapa bilmirik. Bu məsələ gərçəkdən bizim üçün olduqca utanc verici və yenədə utanc vericidir.
Güney Azərbaycan Sosial Demokrat Partisi, parlament məsələsilə bağlı onun gec də olsa yaranmasından yana olub, çünki onun yaradılması xaricdə ən vacib və önəmli məsələlərdən biri sayılır. Bunun üçündə bir təşəbbüs qrupunun olması vacib sayılıb, bəlkə də bu təşəbbüs qrupu olmasaydı parlament məsələsi də gündəmə gəlməzdi, baxmayaraq ki, onun yaradılması çoxdan ortaya qoyulsada, ancaq bu haqda ciddi bir addım atılmamışdı. Bu səbəbdən biz təşəbbüs qrupunun işinə dəyər verib onu alqışlayırıq və özəlliklə bu gözəl işdə başda İqbal bəy Ağazadə olmaqla əməyi keçən hər kəsə öz təşəkkür və minnətdarlığını bildiririk. Ancaq bu işdə bütün çətinlikləri nəzərə aldıqda bu işin başlanqıcının nə qədər çətin və zor olduğunu vuğulayaraq istər parlamentin çağırış ilə bağlı, istərsəsə də onun nizamnasi ilə bağlı ciddi tənqidlər var və heç şübhəmiz yoxdur ki, bütün mübahisəli olan məsələlər parlamentin iclaslarında öz düzgün həllini tapacaqdır.
Güney Azərbaycan Sosial Demokrat Partisi vahid və bütöv Azərbaycan uğrunda mücadilə verən bir parti olaraq, ilk növbədə Güney Azərbaycanın istiqlaliyyətinin əldə edilməsi üçün bütün istiqlalçı qüvvələrin siyasi əqidə, düşüncə, görüş, səliqə və fikir ayrılıqları və ideolojilərindən və eyni halda onların sinfi və milli mənsubiyyətlərindən asılı olmayaraq bir cəbhədə birləşməsini hər zaman vurğulayıb və onun öncüllərindən biri kimi bu gün onun hər zamandan dahada acil və zəruri və həm də gündəmdə olmasını vurğulayır. İstiqlalçı təşkilatlar və istiqlaliyyət uğrunda fars-İran müstəmləkəçiliyinə qarşı mücadilə aparan qüvvələr, milli azadlıq və qurtuluş hərəkatımızın binövrəsi və onun əsasnı təşkil etdiyi halda onun bütün qollarını öz içinə alıb və bir çatı və bir platform əsasında böyük bir birliyin yaranmasına da böyük bir fürsət və şərayit yaradır.
Hazırda gündəmdə olan Güney Azərbaycanın sürgündəki parlamentinin yaradılması da, bu vacib və önəmli məsələnin bir parçası kimi bu böyük birliyimizin yaradılmasında əsasi və tarixi bir rol oynuyacaqdır.
Güney Azərbaycan Sosial Demokrat Partisi, öz fəaliyyəti dövründə göstərdiyi kimi, hər zaman milli fəallar, şəxsiyyətlər və eyni halda bütün təşkilatlarımız arasında səmimi əlaqə və münasibətlərin olmasıyla yanaşı, bütün sahələrdə qarşılıqlı səmimi danışıqlar və diyaloqdan yana olmuşdur. Biz milli hərəkatımızın içində bir-birə qarşı hər cürə təhqir, böhtan və iftira vurmalara kəsinlilkə qarşı olaraq təxribatçılıqdan uzaq olan səmimi tənqidlərin olmasını hər zaman lazım və vacib görüb, onun hərəkatımızın gəlişməsi və hər bir səhv və xətalara büdrəməsinə manə olaraq, qurtuluş mücadiləmizin yoluna işıq saçıb və yeni üfüqlərin açılmasına səbəb olacaqdır.
Əhməd bəy Obalı və bəzi ətrafında olan şəxslər, qılınclarını üstən bağlayaraq hədə qorxu və təhdilə hər kəsi susdurub özünə tabe etməyə çalışırlar. O, öz məməm-mənəmliyi ilə burda mənəm, Bağdada kor xəlifə hamıya meydan oxumaqdadır.
Biz səmimiyyətlə Əhməd bəy Obalı başda olmaq üzrə GünAz TV və onun ətrafında olan bəzi şəxslərin təmkinli davranmaqla yanaşı hissiyyata qapanmadan və heç bir düyğusallığa yol vermədən məntiqə söykənib, məntiqlə hərəkət etməyə çağırırıq. Çünki siyasətdə məntiq olmasa duyğusallıqla heç bir şey əldə etmək mümkün deyil.
Biz eyni halda Əhməd bəy Obalı və GAMAC da olan bəzi şəxsləri özlərinə hətta rəqibdə yox, bəlkə düşmən kimi görən və onlarla eyni mücadilənin yolçusu və eyni dərdin daşıyıcısı olan və başqa istiqlalçı təşkilatların mənsubları olan bir çox insalara qarşı nifrət etməməyə və insani davranışlarını istəyirik.  
09.12.2014
 
قیسا بیر آچیقلاما
 
 
 
بو یازی تامامیله گرچک‌لری یانسیدا‌راق نئچه ایلدن بری شاهید اولوب و گؤردوگوموز احمد بی اوبا‌لی و گوناز تو-نین بیر چوخ دیرلی اینسان‌لاریمیز و سیاسی پارتی و قوروم‌لاریمیزا آتدیغی تؤهمت و ایفتیرا‌لار، ائتدیگی تحقیر،  توهین‌لر و دئدیگی یالان‌لار، عینی زاماندا آپاردیغی بوتون تخریبات‌لارینی عکس ائتدیره‌رک هئچ بیر شخصی غرض و یاخود اؤزل و فردی مسئله‌لرله هئچ بیر ایلگی‌سی یوخ‌دور. بیز دورومون بورا گلمه‌سینی هئچ ایستمزدیک، آنجاق بو خوشا گلمز اولای‌لارا ایللر بویو دؤزوب و اونلاری اوزوله‌رک ایچیمیزه سالدیق و میللی آزادلیق و قورتولوش حرکاتیمیزدا دوروم داهادا گرگینلشمه‌سین دئیه، اونون و آزربایجانین منفت‌لرینی اوستون توتوب و بیرلیگیمیزه زیان گلممه‌سی اوچون اونلارین بیتیریلمه‌سینی گؤزلدیک.  آنجاق تأسف‌لر اولسون کی، اونون تام عکسینه میللی حرکاتیمیزدا گئت-گئده تخریبات‌لارین و گرگینلیگین داهادا آرتماسی‌نین شاهیدی اولدوق.
 
بیزیم بو گونه قدر بو حاقدا سوسمامیزین اساس سببی، باشدا جینایتکار ایران ایسلام رئژیمی اولماق عذره فارس فاشیزمی‌نین ایچ مسله‌لریمیزه قاریشیب اوندان سویستیفاده‌سی‌نین قارشی‌سینی آلماق اولموش‌دور. آنجاق بیز سوسدوقجا، احمد بی اوبا‌لی و گوناز تو داهادا سیستیماتیک شکیلده میللی حرکاتیمیزدا بیر بیرلیگین یارانماسینا قارشی  اؤز تخریباتچی‌لیق سیاستینی داوام ائتدیرمیش‌دیر.
 
یازیق‌لار اولسون کی، احمد بی اوبا‌لی و گوناز تو-نین اخلاق‌سیزجاسینا آپاردیغی بو تخریباتچی‌لیق ایشلری اونون نئچه ایللیک چکدیگی زحمت‌لرین و بیر چوخ خیدمت‌لری‌نین اوزرینه کؤلگه سالیب و اونلاری بوتؤولوکده سوال آلتینا آپاریر. بیز یقین‌لیکله دئیه بیلریک کی، بو یازی یایینلاندیق‌دان سونرا، گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سینه قارشی بؤیوک هوجوم‌لار اولوب بؤهتان، ایفتیرا‌لار وورولا‌راق تخریبات‌لار آپاریلا‌جاق. اما بیزیم اوزوموز آغ، آنلیمیز آچیق‌دیر و  هئچ ندن قورخوموز یوخ‌دور. بیز بؤیوک تورک میللتیمیزدن باشقا کیمسه‌یه حساب وئره‌سی دئیی‌لیک، آنجاق اؤز تخریباتچی‌لیق‌لاری و منم-منم‌لیک‌لری ایله بیرلیگیمیزه قارشی چیخیب اونا مانع اولان‌لار، میللتیمیزه حساب وئرمک مچبوریتینده اولا‌جاق‌لار. بونو دا خاتیرلاتمالیییق کی، بیزه قارشی بو گونه قدر احمد بی اوبا‌لی و گوناز تو طرفین‌دن ائله بیر تخریباتچی‌لیق اولمامیش‌دیر، لاکین قارشیلاشدیغیمیز بو آجینا‌جاق‌لی دوروم بیزی بو یازینی یازماغا مجبور ائتدی. هر حالدا بیری‌سی بو سوروم‌لولوغو اوزرینه گؤتوروب، بوتون بو گرچک‌لری اورتایا قویمالییدی و بو سوروملولوق بیزه نسیب اولدو.
 
بونودا قئید ائتمک ایستردیک کی، بوتون بو اولان‌لارلا باغلی گاماج قورومونون دیرلی ایداره هئیتی ایله یاناشی، اونون عضوولریده یازیلان بو گرچک و هسساس مسئله‌لره لاقئید قالماما‌لی تام مسولیت هیسسی ایله اونلارا یاناشیب، اؤز موناسیبت و گؤروش‌لرینی چکینمه‌دن آچیقجاساینا بیلدیرمه‌لی‌دیرلر.
 
هر کسه درین سایقی‌لارلا
 
گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی
 
 
 
گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی‌نین میللی آزادلیق و قورتولوش حرکاتیمیزین ایچینده بیرلیگیمیزه قارشی گئدن تخریبات‌لارلا باغلی بیاناتی
 
 
 
کیم‌لر دئموکراسی و شففاف‌لیق آدی آلتیندا گرچک نیت‌لرینی بو گؤزل سؤزلرین آرخاسیندا گیزله‌ده‌رک اونلاری قوللانیب، اؤز اوتوریته‌لرینی میللی آزادلیق حرکاتیمیزا آشیلاماق ایستییر؟!
 
 
 
بوتون دیرلی میللی فال‌لاریمیز، آیدین‌لاریمیز و سیاسی پارتی و قوروم‌لاریمیزا مراجعت
 
گونئی آذربایجان بو گون اولدوقجا آغیر و فاجعه‌لی بیر اجتماعی، اقتصادی، سیاسی و کورتورئل دوروملا قارشی-قارشییا گلمیش‌دیر. فارس-ایران دؤولتی‌نین 90 ایللیک موستملکچی‌لیک سیاستینه معروض قالان گونئی آذربایجان، بوتون ساحه‌لرده گئری‌لییه‌رک فارس فاشیزمینین وحشیجه‌سینه اویقولادیغی بو سیاست نتیجه‌سینده هئچ بیر اینسان و هئچ بیر میللتین شنینه یاراشمایان بیر میسکین و قئیری-اینسان یاشاماغا مجبور ائدیلمیش‌دیر. آزربایجانین زنگین یئرالتی-یئروستو ثروت‌لری وحشیجه‌سینه تالانیب، قارت ائدیله‌رک فارس بؤلگه‌لرینه آپاریلیر. آزربایجانین گؤزل طبیعت، الوئریش‌لی هاوا شرایطی، بول سو و بهره‌لی تورپاق‌لارینا رغمن ایرقچی فارس-ایران دؤولتی‌نین تورک میللتیمیزه قارشی آپاردیغی موستملکچی سیاستی نتیجه‌سینده جننت اولان وطنیمیز خارابازارلیغا چئوریلمکده‌دیر. اها‌لی‌نین کوتلوی شکیلده اؤزل‌لیکله‌ده گنج‌لریمیزین بیر تیکه چؤرک و ایش اوچون جننت اولان یوردوموزو بوراخیب فارس بؤلگررینه کؤچمک مجبوریتینده قالدیق‌لاری اوچون  کندلریمیز بوشالیر، شهرلریمیز برباد دوروما دوشه‌رک ویرانه‌لییه چئوریلمکده‌دیر.  قان، قورخو، دهشت، جهالت، یالان، ریا و فساد اوزرینده قورولان ایران ایسلام حاکمیتی، خومئینی کیمی بیر جانی و جینایتکار روحانی طرفین‌دن قورولا‌راق، آمئریکا باشدا اولماق عذره قرب دؤولت‌لری طرفین‌دن شاه رئژیمی‌نین یئرینه آلتئرناتیو اولا‌راق حاکمیته گتیریلمیش‌دیر. قددار پهلوی رئژیمی‌نین خلف جانیشینی اولان ایران ایسلام رئژیمی، تپه‌دن دیرناغا قدر بیر ایرقچی رئژیم اولا‌راق، گلدیگی ایلک گون‌لردن اعتباراً قئیری فارس میللت‌لره قارشی اؤزل‌لیکله ده آذربایجان دا تورک میللتیمیزه قارشی دوشمنچی‌لیک سیاستینی داوام ائتدیره‌رک، آپاردیغی اؤز قئیری اینسانی سیاست‌لری ایله شاه رئژیمی‌نین اوزونو آغارتمیش‌دیر. بوتون بو سیاست‌لرین نتیجه‌سینده بؤیوک فلاکت‌لر و بحران‌لارلا قارشی‌لاشان گونئی آذربایجان، بو گون اورمو گؤلونون بیله‌رک‌دن و پلان‌لی شکیلده فارس-ایران ایسلام دؤولتی طرفین‌دن قورودولماسییلا باشینا گتیریلن اینانیلماز آغیر فاجعه‌لرله،  آددیم-آددیم اوچوروما گئدیب یوخ اولما تهلوکه‌سی ایله  اوزلشه‌رک اؤلوم-قالیم موجادیله‌سی وئرمکده‌دیر.  
 
بون‌لاردان علاوه اولا‌راق اورتادوغودا نئچه ایلدن بری باش وئرن قان‌لی اولای‌لار، گئدن ایچ ساواش‌لار و دهشت‌لی اینتیهار سال‌دیری‌لاری دونیانین ان زنگین نئفت  و قاز یاتاق‌لاری‌نین صاحب اولدوغو بو بؤلگنی جهنمه چئویرمیش‌دیر. اؤزل‌لیکله  سون زامان‌لاردا ایشید کیمی وحشی و قانیچن بیر تئرورچو اؤرگوتون اورتایا چیخماسییلا بؤلگه‌نین فاجعه‌لی دورومو داهادا بؤیوک بیر سویه‌یه چاتمیش و گئنیش بیر ارازینی قاپسامیش‌دیر. "بؤیوک اورتادوغو پروژه‌سی"نین آیریلماز ترکیب حیسه‌سی اولان بو تئرورچو اؤرگوت و اونا تای اونا تای بیر چوخ اؤرگوتلتین گؤبلک کیمی چیخماسی و اونلارین گونئی آذربایجان   سرحدلرینه یاخینلاشماسی بیزه ختر زنگ‌لری‌نین چالینماسی دئمک‌دیر. اؤزل‌لیکله ده "بؤیوک اورتادوغو پروژه‌سی" اساسیندا "بؤیوک کوردوستان"این یارادیلماسی و حاضردا آمئریکا باشدا اولماق عذره بوتون قرب دؤولت‌لری طرفین‌دن کوردلرین آغیر و مودئرن سلاح‌لارلا سیلاهلانما‌لاری عینی کرکوک، تلافر، توزخورماتی و باشقا یئرلرده اولدوغو کیمی اؤلوم، سویقیریم، مجبوری کؤچ‌لر، دهشت و هر تورلو جینایت‌لرین قاپیمیزین آرخاسیندا بیزی گؤزله‌ییب و هر آن چالینماسی دئمک‌دیر.
 
بوتون بو گرچک‌لری نظره آلدیقدا گونئی آزربایجانین بؤیوک و چوخ ایستراتئژیک اؤنمه مالیک اولان قرب بؤلگه‌لری‌نین ده بؤیوک کوردوستان خریته‌سینه داخیل ائدیلمه‌سی بو آجینا‌جاق‌لی دوروما قارشی‌لیق هر کس‌دن و اؤزل‌لیکله ده بوتون میللی فال‌لار، آیدین‌لار، سیاسی پارتی و قوروم‌لاری‌دان بؤیوک  سوروملولوق، سداقت فداکارلیق و بو وضعیتین قارشی‌سیندا رئال بیر سیاستین اویقولانماسینی طلب ائتمکده‌دیر.
 
بیز امینیک کی، اوریینده زرره‌جه وطن عشقی و میللت سئوگی‌سی اولان هر کس، قاشیلاشدیغی بو قورخونج تابلو و دهشت‌لی منزره ایله باغلی نئچه ایلدن بری اورتادا اولان و چوخ حال‌لاردا قیسقانج‌لیق‌دان دوغان، بزن ده سویی شکیلده یارادیلان بوتون شخصی و سیاسی ایخیلاف‌لاری، فرق‌لی دوشونجه و گؤروش آیریلیقیلاریلا باغلی چیخان مسئله‌لری، همیشه‌لیک کئچمیشه بوراخما‌لی‌دیر. بیز آذربایجان و میللی حرکاتیمیزین چیخارلارینی اؤز شخصی و فیرقوی منفت‌لریمیزدن اوستون توتا‌راق بیرلیکده حرکت ائدیب و قارشیلاشدیغیمیز بو فلاکت‌لرله باغلی اورتاق چیخیش یول‌لارینی آختارماق مجبوریتیندییق.
 
بیز میللی آزادلیق و قورتولوش حرکاتیمیزدا بوتون گرگین‌لیک و تخریباچی‌لیق‌دان اوزاق دوروب اولدوقجا حیاتی و واجیب اولان بیرلیک، برابرلیگیمیز و بیرلیکده حرکت ائتمییمیز اوچون داها نلرین باشیمیزا گلمه‌سینی گؤزلییریک. باشیمیزا گتیریلن بؤیوک فاجعه‌لر و اؤزل‌لیکله نئچه ایلدن بری بؤلگه‌میزده  گئدن قان‌لی اولای‌لار و کورد تئرورچو اؤرگوت‌لری طرفین‌دن تورپاق‌لاریمیزا اولان ادعا‌لار، بو گون بیزی هر زامان‌دان داهادا آرتیق جدی ایشبیرلیگی و بیرلییه چاغیریر. بو مسئله هر تک-تکیمیزین اوزرینه دوشن ان بؤیوک تاریخی بیر وظیفه اولدوغو حالدا، هر کسین اوریینده اولان بیر آرزو و ایستک‌دیر. بو واجیب مسئلنی هر بیر آد و هر هانسی بیر بهانه ایله انگلله‌ییب اونا مانع اولان‌لار، تورک میللتیمیزین قارشی‌سیندا جاواب وئرمه‌لی اولا‌جاق‌لار.
 
بو گون ایستیقلالچی‌لیق و ایستیقلال مفکوره‌سی میللی آزادلیق و قورتولوش حرکاتیمیزدا گئنیش سویه‌ده یاییلیب اوستونلوک تشکیل ائده‌رک، ایستر ایچریده، ایسترسه‌ده خاریجده ایستیقلالچی قوه‌لر حرکاتین موتورو ساییلیب و اونون اساس قوه‌سی کیمی آپاریجی رولو اویناماقدا‌دیر. لاکین فاشیست ایران ایسلام رئژیمی‌نین میللی حرکاتیمیزا قارشی اویقولادیغی آغیر باسقی‌لار و دهشت‌لی امنیتی تدبیرلر نتیجه‌سینده ، ایچریده بیر بیرلیگین یارادیلماسی حاقدا دوشونمک بئله ابس ساییلیر و اونلار بو واجیب و اؤنم‌لی مسئله‌نین یارادیلماسینی حاق‌لی اولا‌راق خاریجده فعالیت گؤسترن فال‌لار و تشکیلات‌لاریمیزدان سبیرسیزلیکله گؤزلمکده‌دیرلر. آنجاق خاریج‌دکی میللی آزادلیق و قورتولوش حرکاتیمیزین قارشیلاشدیغی بو گونکی آجینا‌جاق‌لی دوروم، گونئی آذربایجانی تمسیل ائده بیله‌جک بیر بیرلیگین یارادیلماسینا بؤیوک انگل اولموش و تأسف‌لر اولسون کی، بو گونه قدر بو زروری مسئله اؤز دوزگون حلینی تاپا بیلممیش‌دیر.
 
گونئی آزربایجانین سوگون‌دکی پارلامئنتی‌نین یارادیلماسی،میللی حرکاتیمیزین بو اؤنم‌لی و آجیل مسئله‌سینه بیر جاواب و بیرلیمیزین یارانماسینا آلتئرناتیو  اولا‌راق نئچه ایلدن بری بیر اؤنری کیمی اورتایا قویولموش، لاکین اونون یارادیلماسییلا باغلی جدی بیر آددیم آتیلمامیش‌دیر. بو مسئله ایله باغلی 15 مارت 2014-جو ایلده کوپئنهاقئن ده گونئی آزربایجانین اکثر سیاسی  پارتی و قوروم‌لارینی، ائله‌جه ده میللی فال و شخصیت‌لرینی تمسیل ائدن شخص‌لرین ایشتیراکی و "تسیسچی هئیت" آدی آلتیندا بیر توپلانتی کئچیره‌رک "گونئی آزربایجانین سورگون‌دکی کئچیجی پارلامئنتینی"  بو توپلانتی حاقیندا اولان بیر چوخ تنقیدلره و چاتیشمامازلیق‌لارا رغمن بیرلیمیزه دوغرو آتیلان جدی بیر آددیم اولدوغو اوچون  ایچریده و خاریج‌دکی وطن سئور میللی فال و آیدین‌لاریمیزین سئوینجینه سبب اولا‌راق موسبت قارشیلانمیش‌دیر. آنجاق بعضی میللی فال‌لار و تشکیلات‌لار طرفین‌دن اونا اولان بیر چوخ تنقیدلرله یاناشی، بعضی تخریباتچی‌لار طرفین‌دن اونا قارشی  بؤهتان و تحقیرلر دولو تخریباتچی‌لیق و تخریبات کاراکتئرلی یازی‌لارلا دا اولموش‌دور.
 
گرچک بودور کی، خاریجده بیر پارلامئنتین یارادیلماسی اولدوقجا چتین و چوخ هسساس بیر مسئله‌دیر، چونکی او، آدی بیر شیاییتده و آدی بیر پارلامئنتین یارادیلماسییلا تامامی ایله فرق‌لی بیر مسئله‌دیر. بیز اونون یارادیلماسییلا باغلی هئچ شوبهه‌میز اولما‌دان دئیه بیلریک کی، حتی بو گون ان دئموکرایک اصول‌لاری بئله اویقولاییب و دئموکراسینی رهبر توتا‌راق بوتون پرنسیپ‌لره قئید-شرط‌سیز عمل ائدیب و اونون یارادیلماسینا شرایط یارادا‌راق حیاتا کئچیریلمه‌سینی ساغلاساق دا، هر کسین ایستدیگی و آرزو ائتدیگی ایده‌آل بیر پارلامئنت اولا بیلمییه‌جک. چونکی دونیانین دورت بیر یانینا سپلنمیش بوتون آذربایجان‌لی‌لارین گرچک تمسیلچی‌لرینی، قئید ائتدیگیمیز همن دئموکراتیک اصول‌لارلا بیر یئره گتیرمک اصلا مومکون اولمویا‌جاق‌دیر.  توتالیم کی، هر کسین ایستدیگی، هم ده ان دئموکراتیک شکیلده بیر پارلامئنت یارادیلمیش‌دیر، یقین‌لیکله دئیه بیلریک کی، بیر چوخ‌لاری طرفین‌دن یئنه بؤیوک تخریبات‌لارلا قارشی-قارشییا گلمه‌سی قاچیریلمازدیر. آنجاق بوتون بو گرچک‌لره باخمایا‌راق، هر کس مسولیت هیسسی ایله چالیشما‌لی‌دیر کی، ایمکان داخیلینده و هر شی نظره آلینا‌راق بو مسئله دوزگون شکیلده اؤز حلینی تاپا بیلسین.
 
گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی پارلامئنتین یارادیلماسی و اونون گئدیشاتییلا باغلی اؤز صمیمی تنقیدی گؤروشلیری ایله یاناشی، ایلک سیاسی قوروم اولا‌راق بل‌لی چئوره‌لردن و مقصد یؤن‌لو شکیلده اونا آپاریلان تخریبات‌لارا قارشی اؤز کسکین مؤوقئیینی بیلدیریب و هئچ فرق قویما‌دان 17 نفردن عبارت اولان تسیسچی هئیت عضو‌لری‌نین پارتی منسوبیت‌لری، سیاسی دوشونجه و گؤروش‌لرین‌دن آسی‌لی اولمایا‌راق اونلاری مدافعه ائدیب و گونئی آزربایجانین سیاسی حیاتیندا بؤیوک رول اوینویا‌جاق بئله بیر اؤنم‌لی آددیم و تشببوسو آلقیشلایا‌راق دستکلمیش‌دیر.
 
آنجاق نه یازیق کی، پارلامئنتین یارادیلماسی اوچون سئچیلیب و اونون حاضرلیق ایشلرینی اؤز اوزرلرینه گؤتورن ایشچی قروپونون 9 نفرین‌دن احمد بی اوبا‌لی و محموده‌لی بی چؤهرقان‌لی و تسیسچی هئیتین‌دن اولان سادیق بی ایسابی‌لی و ناغی بی محمودی یئرسیز بهانه‌لر اونا قارشی چیخمیش‌لار. اونلار هئچ بیر اخلاق و منتیقه اویمایان سبب‌لرله آتدیق‌لاری اؤز ایمضا‌لارینی هئچه ساییب، کوپئنهاقئن توپلانتی‌سین‌دان سونرا هله پارلامئنتین نیزامنامه‌سی یایینلانما‌دان چوخ اؤنجه، اوزرلرینه گؤتوردوک‌لری  وظیفه‌دن بویون قاچیرا‌راق اونو آیاق‌لاری آلتینا آتمیش‌لار. اونلار باندیت و چته دئدیگی بو 7 دیرلی ایشچی قروپونون عضو‌لرینی، اؤزلرینه حتی رقیب ده یوخ، بلکه دوشمن کیمی گؤستره‌رک اونلارلا بوتون علاقه‌لرینی کسیب، پالتالک دا کئچیریلن دانیشیق‌لارا قاتیلماییب و هئچ بیر چاغیریشا محل قویمامیش‌لار. نئچه آی نیزامنامه‌نین یایینلانماسین‌دان سونرا، گویا اونو هئچ گؤرممیش کیمی داورانیب و اوندان  خبرسیز اولدوق‌لارینی دئیه‌رک اونو تنقید آتشینه توتموش‌لار. هئچ اوتانیب و چکینمه‌دن تامامیله یالان دولو سؤزلر، تؤهمت‌لر و هئچ بیر اخلاقا سیغمایان سؤزلرله قارشی طرفی گوناهلاندیریب تحقیر ائدیرلر. بو خوشا گلمز و دوشمان سایاغی داورانیش‌لار، ائله بیر زامان باش توتموش‌دور کی، هم احمد بی اوبا‌لی، هم ده محموده‌لی بی چؤهرقان‌لی گوناز تو-نین جان‌لی یایی‌نیندا  بیر چوخ موخالیف اولدوق‌لاری و سئومدیک‌لری شخص‌لرلرله مجبوریت قارشی‌سیندا بیر آرایا گلدیک‌لرینی سؤیله‌ییب و احمد بی اوبا‌لی دؤنه-دؤنه بیرلیک، برابرلیک و میللی حرکاتیمیزین چیخارلاری اوچون حتی توپوردوگونو یالادیغینی دئییب. بئله‌لیکله ده اونلار، هر ندن و بو اولوب کئچن‌لردن تامامیله خبرسیز اولان تئلئویزیون تاماشاچی‌لارینا، تام ساختاکارلیقلا آپاردیق‌لاری ایشلرینده حاق‌لی اولدوق‌لارینا چالیشمیش‌لار.
 
باشقا‌لارین چیرکین‌لیگینی گؤسترمک ایسته‌ین هر کس، ایلک اؤنجه اؤزونه گوزگوده باخیب و اؤز چیرکین‌لیگینی گؤرمه‌لی‌دیر کی، سؤیلدیک‌لری هر کسه ایناندیریجی اولسون. باشقا ایفاده ایله دئسک، احمد بی اوبا‌لی و دوست‌لاری گوناز تو-ا آرخا‌لانا‌راق، دیرلی "ایشچی قروپو" عضو‌لرینه چته و باندیت کیمی چیرکین ایفاده‌لر ایشلدیب آغیر اتهام‌لار وورا‌راق، اونلاری فاشیست ایران ایسلام رئژیمی‌نین سیاستی‌نین یؤنلدیمه‌سینده اساسی رولو اولان "شورایئ نئگهبان" کیمی بیر جینایتکار و قددار قوروملا بیر یئره قویوب و حتی اونلاردان داهادا بتر اولدوغونو دفعه‌لرله سؤیلمیش‌لر. گونئی آزربایجانین بیر چوخ میللی فال‌لارینی، میللی شخصیت‌لرینی و بوتون سیاسی تشکیلات‌لارینا قارشی تخریباتچی‌لیقلا مشغول اولان احمد بی اوبا‌لی، هر ندن اؤنجه گؤردوگو اؤز یرنج عمل‌لری و ایشلرینه باخیب سونرا باشقا‌لارینا قارشی بئله قئیری-اخلاقی اتهام‌لاری وورما‌لی‌دیر.
 
بئله تخریباتچی‌لیقلا مشغول اولان احمد بی اوبا‌لی اؤنجه اؤز سداقت و سمیمیتینی ثبوت ائتمه‌لی‌دیر کی، باشقا‌لاریدا اونا اینانسین‌لار. آنجاق بوتون بو   قئیری-اخلاقی داورانیش‌لار، احمد بی اوبا‌لی‌نین سداقت و سمیمیت‌دن نه قدر اوزاق و اونلارا نئجه بیگانه اولدوغونو چوخ آچیق و آیدینجاسینا گؤسترمکده‌دیر. بو گرچیی احمد بی اوبا‌لی گاماج قورومونون آلمانیانین کؤلن شهرینده کئچیردیگی قورولتاییندا چوخ آچیق شکیلده بئله ایفاده ائتمیش‌دیر: " سیز منی یاخشی تانیییرسیز، من آدام‌لاری گتیریب و خاراب‌لارام."
 
احمد بی اوبا‌لی، کوپئنهاقئن توپلانتی‌سیندا اولدوغو گون‌لرده توپلانتی ایشتیراکچیلارییلا بیرلیکده یئمک ماساسیندا اولارکن، هر کسین قاشی‌سیندا او گونه قدر اؤز یرنج داورانیش‌لارینا و ائتدیگی سهو عمل‌لرینه اعتراف ائتمیش و بئله دئمیش‌دیر: "من توپوردوغومو یالیییرام، آنجاق بون‌دان سونرا، بوتون گوجومله بو مسئله‌نین مدافعه‌سی اوچون سی گؤستره‌جه‌یم."
 
بوتون بو گرچک‌لرین یعنی اونا اولان ائتیمادسیزلیغین نتیجه‌سی‌دیر کی، احمد بی اوبا‌لی پارلامئنتین یارادیلماسییلا باغلی های-کویله باشلاتدی ایمضا کامپانیاسین‌دان بیر آیدان چوخ کئچمه‌سینه رغمن، اونا 150 کیشی ایمضا آتمیش‌دیر کی، اونلاریندا بیر چوخونون تاخما آدلارلا قویولموش ایمضا‌لاردیر و آلدیغیمیز بیلگی‌لره گؤره بعضی اینسان‌لارا مراجعت اولونما‌دان تام ساختاکارلیقلا آدلاری لیسته‌ده یازیلمیش‌دیر. آنجاق بو ایمضا کامپانیاسییلا باغلی گوناز تو دن آپاریلان بوتون تبلیغات‌لار و بعضی ساختاکارلیق‌لارا باخمایا‌راق اونون و اطرافیندا اولان‌لار یقین کی، نئچه مین ایمضانین آتیلماسینی گؤزله‌سه‌لرده، بئله بیر اوتانج وئریجی نتیجه ایله قارشیلاشمی‌لار. بودا احمد بی اوبا‌لی و محموده‌لی بی چوهرقن‌لییا هچ گؤزلمدیک‌لری بؤیوک بیر مغلوبیت اولا‌راق تنقیدچی‌لری و موخالیف‌لرینه قارشی آرخالاندیق‌لاری و بیر باسقی عاملی کیمی قوللاندیق‌لاری گوناز تو-ا رغمن میللی آزادلیق و قورتولوش حرکاتیمیزدا هئچ بیر نفوذ و اعتبارلای‌نین اولماماسینا کسکین بیر ثبوت‌دور.
 
اونسوزدا بو ایمضا‌لار، احمد بی اوبا‌لی و گوناز تو باشدا اولماق عذره گاماج و اونون باشچیلیغیندا اولان داک و گاموه-آ بیرلیکده وئریلن ایمضا‌لاردیر
 
بیز هئچ بیر اینسانین ختا‌سیز و سهوی‌سیز اولماسینا اینانمیریق، لاکین هر کسین ایستر اؤز اؤزل حیاتیندا، ایسترسه‌ده سیاسی فعالیتی سوره‌سینده بل‌لی بیر سهو و ختا‌لارین یول وئرمه‌سی‌نین قاچیریلماز اولماسینا اینانیریق و بودا چوخ طبیعی و نورمال بیر حال‌دیر. بو او دئمک‌دیر کی، میللی حرکاتیمیزدا بل‌لی شخص‌لر طرفین‌دن بیر چوخ ختا‌لارا یول وئریلمیش‌دیر. آنجاق اؤنم‌لی اولان مسئله، اونلارین یول وئریلممه‌سی و تکرار ائدیلممه‌سی اوچون، هر کسین ائتدیگی سهو و ختا‌لاردان لازیم اولان درس‌لرین آلینماسی‌دیر.
 
احمد بی اوبا‌لی طرفین‌دن نئچه ایلدن بری بئله بیر چیرکین حرکت‌لرین باش توتماسی‌نین آنا سببی، اونون اؤزباشینا‌لیغی و بوتون اخلاقی و منوی دیرلرین چوخ کوبودجاسینا آیاق‌لاری آلتینا آلماسییلا یاناشی، اونون بیر توتالیتئر دوشونجه‌یه مالیک اولوب و اؤز اوتوریته‌سینی بوتون میللی آزادلیق حرکاتینا تحمیل ائتمه‌سی و اونو هر زامان اؤز کونترولو آلتیندا ساخلاماسی اولموش‌دور. احمد بی اوبا‌لی‌نین یاراماز منتیقینده من وارام حرکت وار، دئموکراسی وار، من اولمایان یئرده نه حرکت، نده دئموکراسی هئچ بیری یوخ‌دور. بودا شرق میللت‌لری‌نین ایچینده چوخ یایقین اولان و بیر چوخ ادعا‌لی اینسانین یولوخدوغو منم-منم‌لیک خستلیگین‌دن قایناق‌لانان و عینی زاماندا اونون باشقا دیرلی اینسان‌لاریمیز و میللی شخصیت‌لریمیزه اولان آنلام‌سیز قیسقانجلیغین‌دان ایره‌لی گلمیش‌دیر.
 
احمد بی اوبا‌لی، "ایشچی قروپو"نون بوتون مراجعت‌لری و چاغیریش‌لارینا محل قویما‌دان اونونلا ایلیشکی‌سینی تامامیله کسیب تک باشینا قالا‌راق، بو قروپ‌دان کیمسنی قاندیریب اؤز یانینا آلماغا نایل اولمادیغین‌دان سونرا، هئچ سئومدیگی و اونون کیمی بوتون مراجعت‌لره محل قویمایان محموده‌لی بی چؤهرقان‌لییا یاخینلاشماغی مصلحت گؤرموش‌دور. قئید ائتملیگیک کی، نئچه ایل اؤنجه احمد بی اوبا‌لی، چؤهرقان‌لییا قارشی آپاردیغی تخریبات‌لارا رغمن اونو اؤز یانینا چکیب قوللانماغی باجارمیش‌دیر. نئجه کی، 2006-جی ایلده بیرینجی گاماج یاخود "گونئی آذربایجان میللی آزادلیق جبهه‌سی"نین یارادیلماسیندا اونو قاندیریب و قوللانمیش‌دیر. خاتیرلاتمالیییق کی، مای قیامین‌دان سونرا خاریجده  بیر جبهه‌نین یارادیلماسی گوندمه گلیب و اونون یارانماسی ارفه‌سینده احمد بی اوبا‌لی، بیر نئچه گؤروش اوچون آلمانیایا گلمیش‌دیر. هر زامان‌دان داهادا چوخ بیرلییه احتیاج اولان بیر واختدا او، یارادیلماقدا اولان بو جبهه‌یه محموده‌لی بی چؤهرقان‌لی و صالح بی ایلدیریمین دا قاتیلما‌لاری‌نین ساغلاماسی‌نین  سؤزونو وئرمه‌سینه باخمایا‌راق، وئردیگی سؤزلرین تام عکسینه و  اونلارلا بیرلیکده تلم-تلسیک سونرا‌لار "میللی شورا" آدی آلان بو بیرلییه قارشی اؤز باشچیلیغیندا بیرینجی گاماج-ای یاراتمیش‌دیر. بودا احمد بی اوبا‌لی‌نین میللی آزادلیق و گورتولوش حرکاتیمیزدا جدی شکیلده گوج‌لو بیر بیرلییه قارشی اولماسینی گؤسترمکده‌دیر. بیرینجی گاماج، آنجاق کاغاز اوزرینده قالیب و بیر جبهه کیمی فعالیت گؤسترمه‌دن داغیلدی. خاتیرلاتماسی یئرینده اولار کی، "میللی شورا" دا 2 ایله یاخین فعالیت گؤستردیک‌دن سونرا 5-6 نفرین همن منم-منم‌لیک خسته‌لیگینه یولوخان شخص‌لر طرفین‌دن داغیدیلدی و اونلار بو قورومو اؤز اللرینه آلا‌راق ایداره هئیتینی لغو ائدیب و چوخ کئچمه‌دن بو نئچه نفر ده بیر یئرده قالابیلمه‌ییب و حاضردا 3-4 نفردن عبارت اولان بیر قوروم کیمی آنجاق کاغاز اوزرینده قالمادا‌دیر.
 
بیز بو دفعه احمد بی اوبا‌لی و محموده‌لی بی چؤهرقان‌لی‌نین بیرلیکده سیاسی فعالیت‌لری‌نین نه قدر سورجیینه گرچک‌دن مراق ائدیریک. هر حالدا اوماریق کی، بو اورتاق ایشبیرلیک‌لری قالیجیولار.     
 
عجبا اؤزونو ایستیقیقلالچی بیلن و بو قوتسال یولدا موجادیله آپاران بوتون ایستیقلالچی میللی فال‌لار، شخصیت‌لر و پارتی‌لره هر جوره ایفتیرا، توهین و تحقیرلری یاغ‌دیران احمد بی اوبا‌لی، شففاف‌لیق و دئموکراسی آدی آلتیندا بو گؤزل سؤزلرین آرخاسیندا گیزلنه‌رک، اگر ایستیقلارچی‌لارلا بیرلشه بیلمیرسه و اونلارلا بئله کوبودجاسینا داورانیرسا، صاباح یاراتماق ایستدیگی پارلامئنتینده، ادعا ائتدیگی ایرانچی فئدئرالچی‌لار و ایران آنایاساسی‌نین ساده‌جه 15-جی مادده‌سینی ایسته‌ین دیلچی‌لرله نئجه بیر آرایا گلیب آنلاشا بیلر؟!
 
احمد بی اوبا‌لی اؤزونو یئردن گؤیه حاق‌لی گؤستره‌رک، میللی آزادلیق حرکاتیمیزین سون قوللانیلمامیش آدی و بیرلیگیمیز اوچون بیر فورصت و بلکه‌ده سون بؤیوک بیر شانسیمیز اولان و هر کسین اومود بسلدیگی پارلامئنت آدینی لکه‌له‌ییب و اونو اعتبارسیز ائتمک نیتینده‌دیر. او، تام ایسرارلا ایکی پارلامئنت پروژه‌سینی مدافعه ائتمکله عملده ایستیقلالچی قوه‌لری ایکییه بؤلوب و آرا‌لاریندا نیفاق و بیر-بیرینه قارشی نیفرت یارادا‌راق اونلاری قارشی-قارشییا گتیرمه‌یه چالیشمیش‌دیر. بودا میللی حرکاتیمیزا ان بؤیوک زربه اولا‌راق عملده ایکی پارلامئنتین یارادیلماسی‌نین قاچیریلماز اولماسی دئمک‌دیر.   
 
گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی، آزربایجانین آزادلیق و ایستیقلالیتی اوغروندا موجادیله آپاران بوتون دیرلی میللی فال‌لار، سیاسی پارتی و قوروم‌لارینا تام سایقییلا یاناشا‌راق اونلاری اؤزونه رقیب یوخ، بلکه قارداش تشکیلات‌لار اولا‌راق اوزون و قوتسال بیر یولون یولچولاری عینی زاماندا اؤز یاخین موتتفیق‌لری اولا‌راق گؤرمکده‌دیر.
 
بیز فرق‌لی گؤروش‌لو بوتون میللی فال‌لار و تشکیلات‌لار آراسیندا دوستلوق و قارداش‌لیغی تبلیغ ائده‌رک قارشی‌لیق‌لی صمیمی موناسیبت‌لرین اولماسین‌دان هر زامان یانا اولدوغو کیمی بو گونده اوندان یانا اولوب و بو حاقدا الیمیزدن گلنی اسیرگمیریک. احمد بی اوبا‌لی‌نین ایفتیرا آتیب تخریب و تحقیر ائتدیگی اینسان‌لارین بؤیوک اکثریتی عؤمور بویو آزربایجانین آزادلیق و ایستیقلالیتی اوغروندا موجادیله آپاران دیرلی اینسان‌لاردیر. بیز آزربایجانین گورتولوشو اوغروندا موجادیله آپاران بوتون میللی فاللیمیزا دیر وئریب و کیمسه‌نین اونلاری تحقیر ائتمه‌سینه ایزین وئرمملیگیک. بیز سمیمیتله هر کس‌دن سوروروق، عجبا بیزیم خاریجده نه قدر بئله اینسانیمیز وار کی!؟ بیز هر کسی اولدوغو کیمی گؤروب و اولدوغو کیمی ده قبول ائتملیگیک. بیز اگر بئله اینسان‌لاریمیزی ایسرارلا موباریزه مئیدانین‌دان اوزاقلاشدیرماغا چالیشیریقسا، گئدیب ایسپانیا‌دان، برازیلیا‌دان و یاخود هر هانسی باشقا بیر اؤلکه‌دن ایستیقلالچی گتیره بیلمریک کی!؟ احمد بی اوبا‌لی ایستیقلال‌دان دانیشا‌راق اوزون ایللر بویونجا تپه‌دن دیرناغا قدر ایرانچی اولوب و آزربایجانین قانایان یاراسی و هر بیر آذربایجان‌لی‌نین  اورتاق دردی اولان قاراباغ مسئله‌سینی اؤز دردی و مسئله‌سی بیلمه‌ین و آزربایجانین قوتسال اوچ رنگ‌لی بایراغینی هیندیستان دؤولتی‌نین بایراغییلا عینی گؤرن ضیا بی سدرولشرافی و الیرزا بی عسگرزاده کیمی ایرانچی فئدئرالچی‌لاری و باشقا‌لارینی آزربایجانین بؤیوک آیدین‌لاری و میللی شخسیتلری کیمی تانیدا‌راق اوزون بیر سوره گوناز تو-نین زامانینی اونلارین ایختیاریندا قویموش‌دور.
 
احمد بی اوبا‌لی الیریزا عسگرزاده، لئیلا موجتئهیدی و بو کیمی باشقا ایرانچی و تورک میللتی و سؤزونه قارشی اولان فئدرالچی‌لارلا بیرلیکده، آذربایجان و بوتؤولوکده تورک‌لرین تاریخی ایله باغلی و عینی زاماندا گونئی آزربایجانین   بؤلگه‌لری‌نین تانیدیلماسیندا و باشقا قونولارییلا علاقه‌ده یوزلرله گؤزل و دولغون یازی و مقاله‌لرین مؤلفی اولان و آذربایجانا بؤیوک خیدمت‌لری کئچن مئهران بی باهارلییا قارشی چوخ اخلاق‌سیزجاسینا بؤهتان‌لار ووروب و اونو ایران ایستیخباراتی‌نین جاسوسو کیمی تقدیم ائدیرلر. احمد بی اوبا‌لی و بئله شخص‌لرین بیر جبهه‌ده ایستیقلالچی‌لار و میللی فئدئرالچی‌لارا قارشی آپاردیغی تخریبات‌لاردان کیم‌لر فایدالانیب و بو ایشلرله او، کیم‌لره خیدمت ائتمکده‌دیر.
 
بوتون بون‌لار گؤستریر کی، احمد بی اوبا‌لی بیر پاندول کیمی فئدئرالچی‌لارلا ایستیقلالچی‌لار آراسیندا حرکت ائدیب و زامان-زامان ایستیقلالیتی مدافعه ائتسه‌ده یئری گلدیگینده و شرایطی موناسیب گؤردوگونده یاشیل حرکاتیندا اولدوغو کیمی فئدئرالچی‌لیق‌دان دانیشا‌راق اونو تبلیغ ائتمیش‌دیر. بیز گوناز تو-نین نئچه ایللیک فعالیتینده دفعه‌لرله اونون بو زیدیت‌لی حرکتینی گؤروب و بئله داورانیش‌لاری‌نین شاهیدی اولموشوق.
 
بئله بیر سیاسی سورومسوزلوق و پرنسیپ‌سیزلیک‌دن‌دیر کی، احمد بی اوبا‌لی بو گون ایستیقل‌دان دانیشسادا، کئچن ایللرده زامان-زامان اؤز مؤوقئینی دییش‌دیره‌رک بزن ایستیقلال و بزن ده فئدئرالچی‌لیق‌دان دانیشیب و بئله بیر فرق‌لی مؤوقئ‌دن چیخیش ائتمیش‌دیر.  
 
2009-جو ایلده ایران آدلانان اؤلکه‌ده سئچکی‌لرین کئچیریلدیگین‌دن سونرا اونون سونوچ‌لارینا اعتراض اولا‌راق باشدا قاتی تورک و آذربایجان دوشمنی اولان قاتیل و جینایتکار میر هوسئین موسوی اولماق عذره یارانان یاشیل حرکاتینی دستکله‌ین احمد بی اوبا‌لی، گوناز تو-دن آذربایجان میللی حرکاتینی یاشیل‌لاری دسته‌لمه‌یه چاغیرمیش‌دیر. احمد بی اوبا‌لی اوتانما‌دان هر کسین دییشدیگی کیمی، میر حسین موسوی‌نین ده دییشدیگینی دؤنه-دؤنه دئییب و فارس فاشیزمی‌نین آزربایجانداکی بو عاملینی آچیقجاسینا مدافعه ائده‌رک اونون ایشلدیگی بوتون سوچ‌لاری و ائتدیگی جینایت‌لرینه برات قازاندیرماغا چالیشمیش‌دیر.
 
بئله بؤیوک بیر سهو و ختا‌لاردان بیریده فارس فاشیزمی و جینایتکار ایران ایسلام رئژیمی‌نین آزربایجانداکی اعتبارلی عامل‌لرین‌دن بیری اولان الیکبر المی‌نین احمد بی اوبا‌لی و گوناز تو طرفین‌دن زامان-زامان دستکلنیب و بیر آزربایجانچی اولا‌راق اونون حاق‌لاری‌نین مودافیچی‌سی کیمی تقدیم ائدیلمه‌سی‌دیر. بیر حالدا کی، بو شخص نئچه دؤوره تبریز، توفارقان و اوسکو شهرلرین‌دن وکیل سئچیلسه‌ده، بیر دفعه ده بئله اولسون آزربایجانین تاپدالانمیش هاقلاریندان‌ و اورمو گؤلو باشدا اولماقلا اونون قارشیلاشدیغی بو گونکی فاجعه و آجینا‌جاق‌لی دورومون‌دان بیر سؤز آچمامیش‌دیر.
 
بوتون بون‌لار احمد بی اوبا‌لی‌نین هر بیر پرنسیپ‌دن و عینی زاماندا بوتون اخلاقی و سیاسی سوروملولوق‌لاردان نه قدر اوزاق و اونلارا نه قدر یابانجی اولدوغونو چوخ آچیق و آیدینجاسینا گؤسترمکده‌دیر.
 
بیز هر بیر سیاسی سوروملولوغون آرخاسیندا سیاسی اخلاقین دایانماسینا اینانیر و اونون هر بیر عدالت‌لی توپلومدا زروری اولدوغو کیمی داییما آذربایجان میللی آزادلیق و قورتولوش حرکاتیندا اولماسینا هر زامان اؤنم وئریب و هر کسین ده بئله اولماسینی ایستییریک.
 
ماراق‌لی‌دیر کی، ایستر بیر بیرلیک و ایسترسه‌ده پارلامئنتین یارادیلماسییلا باغلی اونون نئچه ایل اؤنجه‌دن تکلیف اولوب سؤز قونوسو اولماسینا رغمن، کیمسه بو حاقدا جدی بیر ایش و اؤنم‌لی بیر آددیم آتمامیش و اونون نئجه و نه تهر یارانماسی و اونون مالی قایناق‌لاری‌نین تعمین ائدیلمه‌سیله باغلی هئچ بیر فیکیر اورتایا قویمامیش‌دیر.
 
آنجاق بو مسئله‌نین گوندمه گلیب و جدی آددیم‌لار آتیلماسیندا هئچ بیر جدی فعالیتی اولمایان شخص‌لر، دومان‌لیق آختاران قوردلار کیمی یووالاریندان‌ چیخیب اؤز تخریباتچیلیقلارییلا اورتا‌لیغی قاریش‌دیرا‌راق، بئله بیر اؤنم‌لی و واجیب مسئله‌نین یارادیلماسینی توتئه آدلان‌دیرماقلا اونو سوال آلتینا آپارماغا و تامامیله اعتبارسیز ائتمه‌یه چالیشمش‌لار.
 
گرچک بودور کی، اونلارین اؤزو هئچ بیر ایش گؤره بیلمدیگی و اللرین‌دن هئچ بیر ایش گلمدیگی اوچون ساده‌جه کناردا اوتوروب گؤزلمیی ترجیه ائده‌رک، آنجاق یئکه-یئکه دانیشماغی باجاریب و ایش گؤرن اینسان‌لارین قارشی‌سیندا یالنیز بؤیوک مانعه‌لر یاراتماغا چالیشیرلار. چونکی اونلار هئچ بیر زامان ایش و عمل آدامی یوخ، بلکه ساده‌جه اکسولمل آدامی اولموش‌لار. عمل ائدن اینسان‌لارین هر زامان پلان‌لاری اولوب و اونلارین حرکتی و عمل‌لری قارشی‌سیندا آنجاق اکسولمل گؤسترن عمل‌سیز اینسان‌لارین هئچ بیر پلانی اولا بیلمز، چونکی اونلارین ایراده‌سی اؤز علینده یوخ باشقا‌لاری‌نین علینده‌دیر. بئله بیر سبب‌لردن دولایی و بئله بیر اینسان‌لارین اوزون‌دن‌دیر کی بیز، هله 21-جی یوزیلده هر بیر اینسان و هر بیر میللتین ان ایلکین و طبیعی هاقلاریندان‌ ساییلان آنادیلیمیزی بئله آلا بیلممیشیک.
 
بیز گونئی آزربایجانین آزادلیق و قورتولوشو اوغروندا فعالیت گؤسترن بوتون سیاسی تشکیلات‌لاری قارداش تشکیلات گؤروب و اونلارین اوغور و گوجلنمه‌سینی اؤز اوغور و باشاریمیز گؤروب و کیمسه‌نین هر آد و اونوانلا اونلارا تخریبات آپارماسینا بوتون حرکاتیمیزا اولان تخریبات کیمی دیرلندیریب و بئله بیر حرکت‌لری شدتله قیناییریق. تشکیلات‌لاریمیزی تخریب ائده‌رک اونلارین 5-10 نفردن عبارت اولان تشکیلات‌لار کیمی گؤستریب تحقیر ائدن احمد بی اوبا‌لی بیلمه‌لی‌دیر کی، منسوب اولدوغو گاماج قورومو دا اونلاردان هئچ فق‌لی دئییل‌دیر و ان آزین‌دان بو تشکیلات‌لاری یارا‌دان‌لارین چوخو وطنیمیزین و میللتیمیزین قارشی‌سیندا مسولیت هیسسی ایله بئله بیر تشکیلات‌لارین یارادیلماسینا قرار وئرمیش‌لر. بو تشکیلات‌لارین کیچیکلیغی و بؤیوکلوغو و اویه‌لری‌نین آزلیغی و چوخلوغون‌دان آسی‌لی اولمایا‌راق کناردا قالیب و هئچ بیر تشکیلاتا اویه اولمایان دیرلی میللی فال‌لاریمیزی دوشونجه، فیکیر و گؤروش‌لری باخیمین‌دان اونلارا اویغون اولان پارتی و قوروم‌لارا قاتیلما‌لی‌دیرلار، چونکی تشکیلات‌لارین گوجلنمه‌سی میللی حرکاتیمیزین گوجلنمه‌سینه سبب اولا‌جاق‌دیر.
 
خاتیرلاتماسی یئرینده اولار کی، احمد بی اوبا‌لی هر زامان چئشیت‌لی و یئرسیز بهانه‌لرله بیرلییه قارشی اولا‌راق اؤزو و تک باشینا اولماغا اوستونلوک وئرمیش‌دیر.  نئجه کی، 2004-جی ایلده احمد بی اوبا‌لی، محمد رضا بی خیشتی و عبدالله بی امیر هاشیمی ایله بیرلیکده داک-این 15 ایداره هئیتینده اولارکن اوندان آیریلا‌راق دداک یاخود "دئموکراتیک دونیا آذربایجان‌لی‌لاری کونقره‌سی"نین یارادیلماسینا قرار . لاکین چوخ کئچمه‌دن احمد بی اوبا‌لی، اؤز ایکی یاخین موتتفیقی ایله ده دداک قوروموندا بیر یئرده قالا بیلمه‌ییب و بو قورومون ایداره‌سینی اؤز علینه آلیب اونو رقیب‌سیز ایداره ائتمک مقصدیله، اونلاریدا قاچیرماغا ناییل اولا‌راق بو گون اونلارلا دا بیر دوشمن کیمی داورانماقدا‌دیر.
 
بیز هئچ بیر تخریباتا یول وئرمه‌دن دوستجاسینا اولان تنقیدلرین هر زامان لازیم و گرک‌لی اولماسینا اینانیب و بو تنقیدلرین اینکیشافا یول آچماسینی وورغولامیشیق. آنجاق کیچیک بیر تنقیدی قبول ائتمه‌ین احمد بی اوبا‌لی و گوناز تو، تنقیدچی‌لرله دوشمن کیمی داورانیب و اونلارا حده قورخو گله‌رک اؤز تخریباتلارییلا اونلاری حرکت سیرالاریندان‌ چیخارماغا چالیشمیش‌دیر.
 
بیز اورتاق سورون و دردلریمیزدن دولایی و فارس-ایران موستملکچی‌لیگینه سون قویوب ایستیقلالیتیمیزی الده ائتمک اوچون بیر-بیریمیزین یانیندا اولوب و بیر-بیریمیزه دستک اولا‌راق بیرلیکده حرکت ائده‌رک چیخیش یال‌لارینی آختاریب و اورتاق بیر مؤوقئیه چاتمالیییق. بیز گرچک‌دن دئموکراسیا اینانیریقساق بوتون میللی فال‌لار و شخصیت‌لریمیزه و عینی زاماندا سیاسی پارتی و قوروم‌لاریمیزا تام سایقییلا یاناشا‌راق هر کسی و هر تشکیلاتی اولدوغو کیمی گؤروب و قبول ائتملیگیک.
 
کیمسه‌نین بیر اینسانی و بیر سیاسی پارتی و قورومو اونون فرق‌لی سیاسی دوشونجه و گؤروش‌لرینه گؤره میللی حرکاتیمیزین سیرالاریندان‌ چیخاریب اونو هزف ائتمه‌یه حاقی یوخ‌دور. بئله ایشلره قالخان شخص‌لر و قوروم‌لار سونوندا اؤزلری حرکات‌دان چیخاریلیب تکلنمه‌یه و حرکاتین سیرالاریندان‌ قووولماغا محکوم اولورلار.
 
بیز بیر-بیریمیزی سئومسکده، ایستمسکده، بیر-بیریمیزی قیرما‌دان، تخریبات آپارما‌دان و باشقاسی‌نین فیکرینی دییشدیرمه‌یه قالخما‌دان بیر-بیریمیزین یانیندا و برابر اولماق مجبوریتیندییک. بو ایستک و آرزو فارس-ایران فاشیزمی‌نین قان‌لی چکمه‌لری آلتیندا وحشیجه‌سینه ازیلن و گونده مین یول اؤلومه محکوم اولوب، اؤلوب-دیریلن تورک میللتیمیزین هارایی‌دیر.
 
لاکین تأسف‌لر اولسونکی، احمد بی اوبا‌لی هر بیر پارتی، قوروم و میللی شخصیت‌لری اؤزونه حتی رقیبده یوخ، بلکه دوشمن گؤروب و اؤزل‌لیکله اونا و  گوناز تو-ا قارشی اولان ان کیچیک تنقیدی بئله دوشمن طرفین‌دن اولدوغونو سؤیله‌ییب و تنقیدچی‌لر دوشمن لیسته‌سینه داخیل اولا‌راق اونلارا قارشی تخریبات کامپانیاسی باشلانیلیر. هر کس زامان-زامان گوناز تو-نین جان‌لی یایین‌لاریندا بو خوشا گلمز حرکت‌لرین دفعه‌لرله شاهیدی اولوب و بو گون یئنه‌ده اونلارین شاهیدی اولور. کئچن ایل حؤرمت‌لی اینسافه‌لی بی هیدایتین آپاردیغی جان‌لی یایی‌نیندا قوناغ اولان دیرلی یازیچی و آراشدیرماچی رضا بی طالبی، اونون کیچیک بیر تنقیدی ایله باغلی نئچه سانییه چکمه‌دن، جاواد بی ایسماییلبی‌لی پروقراما موداخیله ائتمیش‌دیر. او، همن رضا بیین تئلئفون باغلانتی‌سی‌نین کسیلمه‌سینی ایسته‌ییب و سونرا احمد بی ده اؤز تئلئفون باغلانتیسییلا پروقراما قاتیلیب و رضا بی طالبی هر ایکی‌سی طرفین‌دن اینانیلماز توهین و تحقیرلره معروض قالا‌راق رضا خربوزه کیمی تقدیم ائدیلمیش‌دیر. گرچک بودور کی، احمد بی اوبا‌لی و اونون اؤزل و شخصی گوناز تو-سی ایستدیگی هر بیر میللی فال و شخصیتی و یاخود هر بیر سیاسی پارتی و قوروما قارشی هر جوره تخریبات، توهین و یالان ایفتیرا‌لاری اؤز گوندمینده ساخلاماقدا قرارلی‌دیر.
 
دیرلی یازیچی، آراشدیرماچی و یوزلرله گؤزل یازی و مقاله‌لرین مؤلفی اولان مئهران بی باهارلی، دیرلی آراشدیرماشی و سیاسی یورومچو آریف بی کسکین و چوخ حؤرمت‌لی سیاسی و میللی فال‌لار ساهئه بی کامرانی، اسد بی صادقی و باشقا‌لاری. میللی آزادلیق حرکاتیمیزین آیریلماز پارچا‌لاری و اونون ترکیب حیسه‌لری اولان پارتی و قوروملارییلا باغلی گونئی آذربایجان دئموکرات پارتی‌سی‌نین باشقانی دیرلی محمود بی بیلگین و اونون سیماسیندا دئموکرات پارتی‌سینه، گونئی آذربایجان قورتولوش پارتیاسی و اونون کئچمیش باشقانی دیرلی ائلدار بی قاراداغ‌لییا دفعه‌لرله احمد بی اوبا‌لی، جاواد بی ایسماییلبی‌لی طرفین‌دن گوناز تو-دن بؤهتان دولو یالان سؤزلر و تحقیرلر ائدیلمیش‌دیر. گونئی آذربایجان ایستیقلال پارتی‌سی‌نین سؤزچوسو حؤرمت‌لی صالح بی ایلدیریم و منسوب اولدوغو پارتییه قارشی تحقیر دولو سؤزلر و بؤهتان‌لار یاغدیریلمیش‌دیر. احمد بی اوبا‌لی طرفین‌دن گوناز تو-ده سون تحقیرلر پارلامئنتله باغلی چوخ حؤرمت‌لی سیاس و میللی فال عبدالله بی امیر هاشیمی (جاوانشیر) اولموش‌دور کی، اؤزو و دیرلی عائله‌سی یئنه اونون توهین و تحقیرلرینه توش گلمیش‌دیر. احمد بی اوبا‌لی و گوناز تو-نین عمومیتله میللی حرکاتیمیزا قارشی بئله یرنج حرکت و داورانیش‌لاری بون‌لارلا بیتمیر. کئچمیشده گاموه قورومو و محموده‌لی بی چؤهرقان‌لی، آذربایجان فئدرال دئموکرات تشکیلاتی دا بئله داورانیش‌لارلا قارشیلانمیش‌دیر. بیر اؤرنک ده یئنی گاموه قورومونون 5 رهبری کئچن ایل فاشیست ایران ایسلام رئژیمی طرفین‌دن یاخالاندیق‌دان سونرا، جاواد بی ایسماییلبی‌لی اوتانما‌دان اونلارین حرکتی و یاخالانما‌لاری‌نین شوبهه‌لی اولدوغونو سؤیلمیش‌دیر. جاواد بی اونلاری ایران ایتتیلااتی‌نین عامل‌لری کیمی تقدیم ائده‌رک، اونلارا قارشی اولدوقجا یرنج و آغیر تؤهمت‌لر وورموش‌دور.
 
بو سیاهینی داهادا چوخالتماق اولار. احمد بی اوبا‌لی‌نین، کئچن ایللرده دفعه‌لرله گوناز تو-نین یایین‌لاریندا میللی حرکاتیمیزین اؤنجول‌لرین‌دن و آغساققاللاریندان‌ بیری اولان و حیاتی بویو آذربایجان موجادیله‌سی وئریب و بو گونده رئژیمین بوتون باسقی‌لارینا رغمن اؤز موجادیله‌سینی داوام ائتدیرن و هر کسین حؤرمت ائتدیگی دیرلی منوچئهر بی عزیزینی دفعه‌لرله منوش خیتاب ائده‌رک اخلاق‌سیزجاسینا تحقیر ائتمه‌سی‌دیر.
 
بوتون دونیادا و هر بیر توپلومدا اولدوغو کیمی اؤزل‌لیکله‌ده سیاسی موباریزه‌ده گنج‌لر هر زامان اؤن سیرا‌لاردا اولوب و اوندا بؤیوک و اساسی رول اویناییرلار.  بو گون گونئی آذربایجان میللی آزادلیق و قورتولوش حرکاتیندا گنج‌لرین اؤز یئری و هم ده اؤزل یئری وار، آنجاق بو گرچک، اوزون ایللر و حیاتی بویونجا میللی حاق‌لاریمیزین الده ائدیلمه‌سی یولوندا بؤیوک امک‌لری کئچن اؤنجول آغساققال‌لاریمیزین سیاسی موباریزه ساحه‌سینده بؤیوک تجروبه‌لره مالیک اولدوق‌لارینا گؤره گنج‌لریمیزین اونلاردان یارارلانیب اؤیرنمه‌سی گرکن بیر چوخ شئی وار و بو دا بیر چوخ سهو و ختا‌لارین قارشی‌سی‌نین آلینماسیندا بؤیوک رول اوینایا‌راق اونلارین میللی آزادلیق حرکاتیندا اؤزل یئرلری اولدوغونو گؤستریر. احمد بی اوبا‌لی و گوناز تو پارلامئنت مسئله‌سی ایله باغلی دفعه‌لرله آغساققال‌لاریمیزی تحقیر ائده‌رک، عقل باشدادی یاشدا دئییل دئمکله، بو دیرلی اینسان‌لاریمیزی تحقیر ائده‌رک اونلارین شخصیت و سیاسی ویجهه‌لرینی تخریب ائتمه‌یه چالیشمیش‌دیر.
 
بیز بورا‌دان اوزوموزو ویج‌دانی و سداقتی اولان هر بیر کسه و اؤزل‌لیکله ده بوتون دیرلی میللی فال و آیدین‌لاریمیزا توتوب و اونلاردان سوروروق کی، نئجه اولور بایبک سیته‌سی و اونا تای شخص‌لرین گوناز تو و احمد بی اوبا‌لییا و بوتؤولوکده حرکاتیمیزا قارشی آپاردیق‌لاری عینی تخریباتچی‌لیغی آلچاق‌لیق و ایران ایتتیلااتی‌نین عامل‌لری ساییلیر، لاکین اونلارین ووردوغو بؤهتان‌لار، ائتدیگی تحقیرلر و آپاردیغی عینی تخریبات‌لار شففاف‌لیق ساییلیر.
 
همچی‌نین نئچه ایل بون‌دان اؤنجه الیرزا بی نزمی افشارین بیر چوخ دیرلی میللی فال‌لاریمیزا اخلاق‌سیزجاسینا آغیر اتهام‌لار و بؤهتان‌لار وورا‌راق اونلارا قارشی آپاردیغی تخریبات‌لارلا احمد اوبا‌لی و گوناز تو-نین آپاردیغی تخریبات‌لارین نه فرقی واردیر. بو فرقله کی، ایر الیرزا بی نزمی افشارین ووردوغو تؤهمت و ایفتیرا‌لار بیر نئچه میللی فال اوچون اولموشسا، احمد بی اوبا‌لی‌نین بوتون سیاسی پارتی و قوروم‌لاریمیز و بیر چوخ دیرلی اینسانلاریمز حاقیندا دئدیگی یالان‌لار و ووردوغو تؤهمت‌لر میللی حرکاتیمیزین استثنا‌سیز بوتؤو‌لوگونه شامیل اولماقدا‌دیر.
 
دئمک کی، احمد بی اوبا‌لی او قدر یالان دئمیش و ایفتیرا‌لار وورموش کی، ایر او، دئدیگی هر بیر یالان و ووردوغو هر بیر ایفتیرا‌دان آزجه‌ده اولسا بوی آتسایدی یقین کی، ایندی آیلا ال وئریردی. بئله‌لیکله ده احمد بی اوبا‌لی، آپاردیغی اؤز تخریباتچیلیغییلا میللی حرکاتیمیزین ایچینده اؤزل‌لیکله‌ده ایستیقلالچی قوه‌لر و تشکیلات‌لار آراسیندا ایختیلاف و آیری‌لیق سالا‌راق، اونلاری بیر-بیرینه قارشی قویوب نیفرت یاراتماغا چالیشمیش‌دیر. او، بوتون کؤرپولری اؤز آرخاسیندا ییخا‌راق میللی آزادلیق و قورتولوش حرکاتیمیزا بؤیوک و آغیر زربه‌لر ووروب و بونونلا دا باشدا فاشیست ایران ایسلام رئژیمی اولماقلا دوشمن‌لریمیزین باجارا بیلمدیگی ایشی راحتجاسینا گؤره‌رک، ایستر-ایستمز اونلارین دییرمانینا سو تؤکمک‌دیر.
 
احمد بی اوبا‌لی و گوناز تو-نین بئله بیر ایشلردن مقصدی ندیر. گرچک بودور کی، خاریجده یاشایان یوز مین‌لرله آذربایجان تورک‌لری‌نین بؤیوک اکثریتی سیاست‌دن اوزاق اولان و یاخود ایران آدلانان اؤلکه‌نین ساغچی-سولچو پانیرانیست پارتی و قوروم‌لاریندا فعالیت گؤستره‌رک فارس‌لارین ایچینده تامامیله اریمیش مانقورت اینسان‌لاردان عبارت‌دیرلر.
 
بو گرچیی نظره آلدیقدا گؤروروک کی، آذربایجان مسئله‌لری ایله ماراق‌لانان و اونون دیلچی‌سین‌دن، فئدئرالچی‌سین‌دان و ایستیقلالچی‌سین‌دان عبارت اولان فال اینسان‌لار اولدوقجا آز فایزینی تشکیل ائتمکده‌دیر. بو مسئله اؤزو اؤزلوگونده بؤیوک بیر فاجعه و فلاکتین گؤسترگه‌سی اولا‌راق میللی آزادلیق و قورتولوش حرکاتیمیزین خاریج‌دکی قولونون بو بؤیوک نوفوسلا موقاییسه‌ده اونون نه قدر زییف هم ده هانسی سویه‌ده اولدوغونون شاهیدی اولوروق. ایستیقلالچی قوه‌لر بو حرکاتین اساسینی تشکیل ائدیب و کممی باخیم‌دان اونون بؤیوک اکثریتینی تشکیل ائتسه‌ده، آنجاق ایندیکی بئله بیر آجینا‌جاق‌لی دوروملا قارشی-قارشییا گلمهه‌سی، بوتون حرکاتیمیزا و اؤزل‌لیکله ده اونون ایچری‌دکی قولونا آغیر بیر روحی زربه اولا‌راق بؤیوک بیر فلاکت ساییلیر. چونکی میللی حرکاتیمیزین ایچری قولو بیر چوخ سبب‌لره گؤره حاق‌لی اولا‌راق خاریج‌دکی میللی فال‌لار و سیاسی تشکیلات‌لاردان بیر چوخ گؤزلنتی‌لری وار و اونلارین باشیندا فرق‌لی سیاسی دوشونجه، گؤروش و سلیقه و فیکیر آیری‌لیق‌لارینا رغمن بوتون میللی فال‌لار، شخصیت‌لر، پارتی و قوروم‌لارین بیر سیاسی پلاتفورم اساسیندا و یاخود بیر پارلامئنتین اطرافیندا بیرلشمه‌لری‌دیر.
 
جاواد بی ایسماییلبی‌لی‌نین پارلامئنتین یارادیلماسییلا باغلی گوناز تو-نین بیر نئچه جان‌لی یایی‌نیندا احمد بی اوبا‌لی، سادیق  بی  ایسابی‌لی  و  محموده‌لی      بی چؤهرقان‌لی و ناغی بی محمودی ایشتیراک ائده‌رک بیرلیکده تام ساختاکارلیقلا چوخلوقدا اولان 7 دیرلی ایشچی قروپونون عضو‌لرینه قارشی ائله اخلاقسیجا داورانیب و اونلاری ائله تحقیر ائدیرلر کی، اینسان شاشیریب قالیر. تعجب‌لو بوراسیدیرکی، جاواد بی ایسماییلبی‌لی سؤزده بیر آپاریجی و مودئراتور کیمی بئله پروقرام‌لار و دییرمی ماسا‌لاردا هر آپاریجی‌نین اولدوغو کیمی تام طرف‌سیز اولماسینی اونودوب و اونلارلا بیرلیکده بوتون پرنسیپ و اخلاقی دیرلری آیاق‌لاری آلتینا قویا‌راق داهادا اورتا‌لیغی قاریشدیرماغا چالیشمیش‌دیر.
 
البته بیز جاواد بی ایسماییلبی‌لی و سون زامان‌لاردان بری گوناز تو-ده آپاریجی کیمی فعالیت گؤسترن سادیق بی ایسابی‌لی و اونون کیمی اینسان‌لاری قینامیریق چونکی نئجه اولسادا اونلار آیلیق و مااش‌لارینی احمد بی اوبا‌لی‌دان آلیب و مجبورن اونون سؤزلرینی دئییب و دوشونجه‌لرینی تبلیغ ائتمه‌لی‌دیرلر، یوخسا اونون سؤزونو ایکی ائدیب و نه دئدیگینی قبول ائتمه‌سه‌لر، گوناز تو-نین بعضی آپاریجی‌لاری کیمی ایشلرین‌دن چیخاریلا بیلرلر.
 
بو مسئله اؤزل‌لیکله اؤزونو چوخ کوبودجاسینا ایقبال بی آغا‌زاده و اونونلا بیرلیکده کوپئنهاقئن توپلانتی‌سیندا ایشتیراک ائدن و سحر کانالیندا نئچه ایل چالیشان توفیق آدلی بیری‌سی ایله باغلی داهادا قاباریق شکیلده گؤسترمیش‌دیر. اونلار، بو 7 دیرلی اینسان‌لاریمیزلا باغلی اؤزلری سؤی‌لویه بیلمدیک‌لری و یاخود جورت ائدیب دئیه بیلمدیک‌لری سؤزلری، گوناز تو-نین داییمی موشتری‌لرینه بوراخیب و اورتا‌لیغی قاریش‌دیرا‌راق ائله گؤستریرلر کی، گویا 9 نفردن عبارت اولان ایشچی قروپونون بو 7 اینسانی، جینایتکار ایران دؤولتی‌نین دوزاغینا دوشموش‌دور.
 
یعنی اونلار ایقبال بی آغا‌زاده‌نین تشببوسو ایله پارلامئنتین یارادیلماسی‌نین گوندمه گلمه‌سینی، ایلک باش‌دان ایران ایسلام رئژیمی‌نین بیر توتهه‌سی اولماسینی آچیقجا سؤیلمیش‌لر. اونلار، جان‌لی یاییندا تکباشینا و بیر طرف‌لی قاضی یانینان گئدیب اؤزلری‌نین حاق‌لی اولدوغونو گؤستره‌رک تام ساختاکارلیقلا آتموسفئری زهرلمیش و پارلامئنتین یارادیلماسییلا باغلی اولوب کئچن‌لردن تامامیله خبرسیز قالان گوناز تو تاماشاچی‌لارینا اؤزلرینی حاق‌لی و قوسورسوز و 7 دیرلی اینسانیمیزی خایین و سوچ‌لو گؤسترمه‌یه چالیشمیش‌لار. ایش او یئره چاتمیش‌دیر کی، هر زامان قولایجاسینا زنگ ائلیین بیر نئچه تاماشاچی، بو 7 خایینی هر کس تانی‌سین دئیه اونلارین شکیل‌لری‌نین ائکران‌دان گؤسرریلمه‌سینی ایستمیش‌لر و ایر چکینمسیدی‌لر اونلارین اؤلوم حؤکمونو بئله وئره‌جکدی‌لر. اؤزونو چوخ دئموکرات و بوتون ایشلرینده شففاف‌لیق اولماسینا چالیشان احمد بی اوبا‌لی، بو تخریبات و قئیری-اخلاقی ایشلرینی هئچ چکینمه‌دن ساده‌جه یاراتدیغی اؤز شخصی گوناز تو-سینه دایانا‌راق آپارماقدا‌دیر. چونکی بئله بیر ائتکی‌لی مئدیایا صاحب اولان احمد بی اوبا‌لی، تام اخلاق‌سیزجاسینا ایستدیگی شخص‌لر، پارتی و قوروم‌لار حاقیندا هر جوره تخریبات آپاریب و تحقیرلر یاغ‌دیرماق‌دان هئچ چکینممیش‌دیر. او، بو مئدیایا واسطه‌سیله ایستدیگی کیمی اؤزو اؤلچوب و  کسمیش‌دیر. آنجاق او بیلمه‌لی‌دیر کی، اونون آتدیغی ایفتیرا و بؤهتان‌لار و حاق‌لاریندا تخریبات آپاردیغی اینسان‌لار، میللی حرکاتیمیزین اؤنجول‌لری اولماقلا یاناشی، عینی زاماندا اکثریتی بو حرکاتین آیریلماز ترکیب پارچا‌لاری اولان سیاسی پارتی و قوروم‌لاریمیزین تمسیلچی‌لری اولوب و اونلارا قارشی اولان تحقیرلر، آپاریلان تخریبات بوتون میللی حرکاتیمیزا شامیل اولونور.
 
بونو احمد بی اوبا‌لی و بوتون اطرافیندا اولان‌لار بیلمه‌لی و قولاق‌لاریندا همیشه‌لیک سیرقا ائتمه‌لی‌دیرلر کی، کیمسنی حده قورخو، تهدید و حربه-زوربایلا حرکت‌دن کنارا آتماق اولماز. بو ایشه نه کیمسه‌نین حاقی وار و نه کیمسه‌نین گوجو یئتر. احمد بی اوبا‌لی و باشقا‌لاری ایستر گیسقانج‌لیق‌دان اولسون، ایسترسه‌ده منم-منم‌لیک خستلیگین‌دن و یاخود هر هانسی بیر دلیل و سبب‌دن دولایی بیری‌سینی سئومه‌یه بیلر و حتی اونا نیفرت ائده بیلر، آنجاق بیز بیری‌سینی سئومسکده، نیفرت ائتسکده بو گرچیی دییش‌دیره بیلمریک، چونکی بیز ایستسک ده ایستمسک ده اونلار میللی حرکاتیمیزین بیر پارچاسی اولوب و قالا‌جاق‌لار
 
بو حادثه‌لر ائله بیر حالدا باش وئرمیش‌دیر کی، احمد بی اوبا‌لی  باندیت و چته دئدیگی بو 7 حؤرمت‌لی یوردداشیمیزین چوخونا شخصاً و بیر-ایکی‌سینه ده واسطه‌لرله زنگ ائدیب و باشاردیغی قدر اونلاری اؤز طرفینه چکمه‌یه و اؤز باشچیلیغیندا اولان بیر پارلامئنتین ایچینده اولما‌لارینا چالیشمیش‌دیر
 
عمومیتله هر بیر سیاسی حرکتده ادعا‌لی اولان هر بیر شخص و یاخود هر بیر پارتی و قورومون دیری و حرکتده اؤنمی اونون ادعا‌لارینا گؤره دئییل، بلکه حرکتین آما‌لی اوغروندا گؤستردیگی فعالیت و خیدمت‌لرینه گؤره قیمت وئریلیب و دیرلندیریلیر.
 
گونئی آذربایجان میللی آزادلیق و قورتولوش حرکاتی‌نین بوتؤولوکده بو گونه قده چؤزولممیش ان اؤنم‌لی و بؤیوک سورونلاریندان‌ بیری اونون مالی قایناق‌لاری‌نین اولماماسی‌دیر.میللی حرکاتیمیز بوتون مالی یاردیم‌لاردان مهروم اولا‌راق، مالی سورون‌لاردان دولایی بیر قورولتای و سئمینارین بئله کئچیریلمه‌سینده بؤیوک چتین‌لیک‌لرله قارشی-قارشییا گلمکده‌دیر.
 
گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی بعضی بل‌لی سبب‌لردن دولایی هر جوره باغلی اولماغا حتی بئله اؤزوموز و بیر پارچامیز اولان آذربایجان دؤولتینه باغلی اولماغا جدی شکیلده قارشی اولوب و بو مسئله‌نین میللی آزادلیق حرکاتیمیزا نه قدر زیان وئریجی اولدوغونو وورغولاییر.
 
احمد بی اوبا‌لی‌نین مالی قایناغی و اونون هارا‌دان و کیم‌لردن مالی یاردیم آلماسی و گوناز تو-نین نئجه مالیلشدیریلمه‌سی بیزی اصلا ایلگیلندیرمز و بو مسئله اونون اؤز مسئله‌سی‌دیر و بیز اونا قاریشمیریق. بیزی ایلگیلن‌دیرن مسئله آنجاق اونون آلدیغی یاردیم‌لاری ان آزین‌دان دوزگون شکیلده و تخریبات آپارما‌دان میللی آزادلیق و قورتولوش حرکاتیمیزین گوجلنمه‌سی و اونون بیرلیگی‌نین ساغلانماسی یولوندا صرف ائدیلمه‌سی‌دیر.
 
آنجاق  تعجب‌لو بوراسی‌دیر کی، یابانجی دؤولت‌لرین یاردیمینی آلیب و اونا قارشی اولمایان احمد بی اوبا‌لی، ایقبال بی آغا‌زاده و اونون کیمی بیر نئچه شرف‌لی  قوزئی‌لی قارداشیمیزین گونئی آزربایجانین قارشیلاشدیغی بو آغیر دورومون‌دان دولایی، پارلامئنتین یارادیلماسییلا باغلی تام سوروملولوق هیسسی ایله اؤنه دوشه‌رک اؤز مالی یاردیم‌لارینی اوندان اسیرگممیش‌دیر. لاکین احمد بی اوبا‌لی هئچ اوتانما‌دان و اخلاق‌دان اوزاق اونا قارشی آغیر بؤهتان‌لار و ایفتیرا‌لار آتا‌راق  اونون شخصیتینی تخریب ائتمه‌یه چالیشمیش، قویا پارلامئنتین یارادیلماسیندا اونون منفت‌لری وار و ایقبال بی آغا‌زاده اؤز ایستک‌لرینی اونا تحمیل ائتمک ایستییر.
 
بئله دیرلی اینسان‌لاریمیزین تمننا‌سیز ائتدیک‌لری مالی یاردیم‌لار تق‌دیره لاییق‌دیر. بیز لازیمی قدر و گرکن مالی یاردیم‌لاردان یوخسون اولدوغوموز حالدا، بو گون جلال طالبانی و یاریم دؤولت بئله اولمایان کوردوستان ایقلیمی و اونون باشیندا دوران مسعود بارزانی‌نین ایستر پکک و پئژاک اولسون، ایسترسه‌ده ایران کوردوستانی‌نین بوتون پارتی و قوروم‌لارینا اؤز سیاسی دستیی ایله یاناشی هر بیر پارتییه ائدیلن مالی یاردیم‌لار و اؤدنیلن آیلیق مااش‌لاری خاتیرلاتماق ایستردیک. الده اولان بیلگی‌لره گؤره کوردوستان ایقلیمی‌نین ایران کورد تشکیلات‌لارینا ایللیک مالی یاردیمی 3.5 میلیارد تومن‌دیر. بو گون جینایتکار ایران ایسلام رئژیمی باشدا اولماقلا فارس فاشیزمی و ساپی اؤزوموزدن اولان سؤزده بیر چوخ سولچو آنجاق فارس ایرقچی‌لاری و شووینیست‌لری‌نین قویروغو ساییلان مؤهسون ایبراهیمی و "ایران گلوبال" سیته‌سی‌نین قوللوغوندا اولان و تاخما آدلا یازان ائلیار کیمی اوزدن ایراق آذربایجان‌لی مانقورت‌لاردا داخیل اولماقلا بوتون ساغچی و سولچو فارس شووینیست‌لری، کوبانی اوزرین‌دن آذربایجان میللی آزادلیق و قورتولوش حرکاتینا  قارشی تخریباتچی‌لیقلا مشقول اولا‌راق اونا "پانتورکیزم" دامغاسی ووروب و آلچاقجاسینا اونو تورکییه و آذربایجان دؤولت‌لرینه باغلی اولدوغونو گؤسترمه‌یه چالیشیرلار. بیر حالدا کی، اونلار کورد تشکیلات‌لاری‌نین تامامیله آمئریکا، ایسرایل، اینگیلتره، فرانسا، ایران، سورییه و بیر چوخ دؤولت‌لر و سؤزده خئیریه درنک‌لری طرفین‌دن تام آلیجناب‌لیقلا هر طرف‌لی دستکلنیب و مالیلشدیریلمه‌سینی بیلدیگی حالدا اونو گؤرممزلیک‌دن گلیب و بو حاقدا تامامیله سوکوت ائده‌رک بیر کلمه‌ده اولسون بئله یازیلمیر و حتی باشاردیق‌لاری قدر اونو اؤرت-باس‌دیر ائتمه‌یه چالیشیرلار.
 
بو گون آمئریکا دؤولتی کورد تشکیلات‌لارینا سیاسی دستیی ایله یاناشی هر جوره مالی یاردیم ائتدیگی کیمی، ایسلام رئژیمینه قارشی سؤزده موباریزه آپاران بوتون ساغ و سول فارس-ایران تشکیلات‌لارینا دا اؤز سیاسی دستیی ایله یاناشی، مالی یاردیم‌لارینی دا اونلاردان اسیرگممکده‌دیر.    
 
آنجاق گؤرونور کی، احمد بی اوبا‌لی آلدیغی یاردیم‌لاری میللی حرکاتیمیزین گوجلنمه‌سی و گونئی آذربایجانی تمسیل ائده بیله‌جک بیر گوج‌لو تشکیلاتین یارادیلماسی اوچون دئییل، بلکه تام عکسینه اولا‌راق اونون زییفلدیلمه‌سی و بیرلییه قارشی حرکت ائده‌رک بیر پارلامئنتین یئرینه ایکی پارلامئنتین یارانماسین‌دان یانا اولوب و اونون اوچونده بئله تخریبات‌لاری آپارماقدا‌دیر.
 
محموده‌لی بی چؤهرقان‌لی دئمیشکن، آمئریکا بیر شئیی وئرمه‌سی‌نین قارشیلیغیندا  مین ایستیی اولور و یقین کی، اونون بیر ایستییده بیزیم حاضردا  پارام-پارچا اولدوغوموز کیمی داغینیق شکیلده و گوج‌سوز قالمامیزدیر.       
 
احمد بی اوبا‌لی و محموده‌لی بی چؤهرقان‌لی گونئی آذربایجان میللی آزادلیق و قورتولوش هرهاتی‌نین چیخار و منفت‌لرینی آیاق‌لاری آلتینا قویا‌راق اؤز شخصی و تشکیلاتی منفت‌لرینی اوندان اوستون توتموش‌لار. هالبوکی، میللی منفت‌لریمیز اوستون توتولوب و  اونلار دا داخیل اولماقلا بیر پارلامئنتین یارادیلماسینا سی گؤستریلسیدی، ایستیقلالچی قوه‌لر ایچینده اولان ایندیکی داغینیقلیغا سون قویولوب پارچالانما تهلوکه‌سی ایله قارشی-قارشییا گلمزدیک.
 
گؤرونور کی، بو سؤزلر تامامیله تبلیغاتی کاراکتئر داشیییر و احمد بی اوبا‌لی نئجه دئیرلر بو گؤزل و آلدادیجی سؤزلرین آرخاسیندا گیزلنه‌رک آنجاق بعضی ساده اینسان‌لاری آلداتماغا چالیشاماق‌دان باشقا هئچ بیر مقصد گودمور.
 
بئله بیر هسساس زاماندا بو خوشا گلمز و آجینا‌جاق‌لی اولای‌لار و بو تهر مسولیت‌سیزجه‌سینه داورانیش‌لار، ویج‌دانی اولان و میللی آزادلیق حرکاتیمیزین قارشی‌سیندا اؤزونو آزجادا اولسون سوروم‌لو بیلن هر کسین اوریینی آغریتمایا بیلمز. بئله بیر حرکت‌لر، باشدا فاشیست ایران ایسلام رئژیمی اولماقلا آنجاق دوشمن‌لریمیزی سئویندیریب و بودا بیله‌رک و یاخود بیلمه‌یه‌رک اونلارین دییرمانینا سو تؤکمک‌دن باشقا بیر شئی دئییل‌دیر. عجبا نه اولوب بیزلره، ندن بیز میللی فال‌لار اولا‌راق بیر یره گلمک اوچون اورتاق بیر دیل تاپا بیلمیریک. بو مسئله گرچک‌دن بیزیم اوچون اولدوقجا اوتانج وئریجی و یئنه‌ده اوتانج وئریجی‌دیر.
 
گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی، پارلامئنت مسئله‌سیله باغلی اونون گئج ده اولسا یارانماسین‌دان یانا اولوب، چونکی اونون یارادیلماسی خاریجده ان واجیب و اؤنم‌لی مسئله‌لردن بیری ساییلیر. بونون اوچونده بیر تشببوس قروپونون اولماسی واجیب ساییلیب، بلکه ده بو تشببوس قروپو اولماسایدی پارلامئنت مسئله‌سی ده گوندمه گلمزدی، باخمایا‌راق کی، اونون یارادیلماسی چوخ‌دان اورتایا قویولسادا، آنجاق بو حاقدا جدی بیر آددیم آتیلمامیشدی. بو سبب‌دن بیز تشببوس قروپونون ایشینه دیر وئریب اونو آلقیشلاییریق و اؤزل‌لیکله بو گؤزل ایشده باشدا ایقبال بی آغا‌زاده اولماقلا امیی کئچن هر کسه اؤز تشککور و میننتدارلیغینی بیل‌دیریریک. آنجاق بو ایشده بوتون چتین‌لیک‌لری نظره آلدیقدا بو ایشین باشلانقیجی‌نین نه قدر چتین و زور اولدوغونو ووغولایا‌راق ایستر پارلامئنتین چاغیریش ایله باغلی، ایسترسه‌سه ده اونون نیزامناسی ایله باغلی جدی تنقیدلر وار و هئچ شوبهه‌میز یوخ‌دور کی، بوتون موباهیسه‌لی اولان مسئله‌لر پارلامئنتین ایجلاس‌لاریندا اؤز دوزگون حلینی تاپا‌جاق‌دیر.
 
گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی واهید و بوتؤو آذربایجان اوغروندا موجادیله وئرن بیر پارتی اولا‌راق، ایلک نؤوبه‌ده گونئی آزربایجانین ایستیقلالیتی‌نین الده ائدیلمه‌سی اوچون بوتون ایستیقلالچی قوه‌لرین سیاسی اقیده، دوشونجه، گؤروش، سلیقه و فیکیر آیری‌لیق‌لاری و ایدئولوژی‌لرین‌دن و عینی حالدا اونلارین سینفی و میللی منسوبیت‌لرین‌دن آسی‌لی اولمایا‌راق بیر جبهه‌ده بیرلشمه‌سینی هر زامان وورغولاییب و اونون اؤنجول‌لرین‌دن بیری کیمی بو گون اونون هر زامان‌دان داهادا آجیل و زروری و هم ده گوندمده اولماسینی وورغولاییر. ایستیقلالچی تشکیلات‌لار و ایستیقلالیت اوغروندا فارس-ایران موستملکچی‌لیگینه قارشی موجادیله آپاران قوه‌لر، میللی آزادلیق و قورتولوش حرکاتیمیزین بینؤوره‌سی و اونون اساسنی تشکیل ائتدیگی حالدا اونون بوتون قول‌لارینی اؤز ایچینه آلیب و بیر چاتی و بیر پلاتفورم اساسیندا بؤیوک بیر بیرلیگین یارانماسینا دا بؤیوک بیر فورصت و شرایط یارا‌دیر.
 
حاضردا گوندمده اولان گونئی آزربایجانین سورگون‌دکی پارلامئنتی‌نین یارادیلماسی دا، بو واجیب و اؤنم‌لی مسئله‌نین بیر پارچاسی کیمی بو بؤیوک بیرلیگیمیزین یارادیلماسیندا اساسی و تاریخی بیر رول اوینویا‌جاق‌دیر.
 
گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی، اؤز فعالیتی دؤورونده گؤستردیگی کیمی، هر زامان میللی فال‌لار، شخصیت‌لر و عینی حالدا بوتون تشکیلات‌لاریمیز آراسیندا صمیمی علاقه و موناسیبت‌لرین اولماسییلا یاناشی، بوتون ساحه‌لرده قارشی‌لیق‌لی صمیمی دانیشیق‌لار و دیالوق‌دان یانا اولموش‌دور. بیز میللی حرکاتیمیزین ایچینده بیر-بیره قارشی هر جوره تحقیر، بؤهتان و ایفتیرا وورما‌لارا کسینلیلکه قارشی اولا‌راق تخریباتچی‌لیق‌دان اوزاق اولان صمیمی تنقیدلرین اولماسینی هر زامان لازیم و واجیب گؤروب، اونون حرکاتیمیزین گلیشمه‌سی و هر بیر سهو و ختا‌لارا بودرمه‌سینه مانه اولا‌راق، قورتولوش موجادیله‌میزین یولونا ایشیق ساچیب و یئنی اوفوق‌لرین آچیلماسینا سبب اولا‌جاق‌دیر.
 
احمد بی اوبا‌لی و بعضی اطرافیندا اولان شخص‌لر، قیلینج‌لارینی اوستن باغلایا‌راق حده قورخو و تهدیله هر کسی سوسدوروب اؤزونه تابع ائتمه‌یه چالیشیرلار. او، اؤز ممم-منم‌لیگی ایله بوردا منم، باغدادا کور خلیفه هامییا میدان اوخوماقدا‌دیر.
 
بیز سمیمیتله احمد بی اوبا‌لی باشدا اولماق عذره گوناز تو و اونون اطرافیندا اولان بعضی شخص‌لرین تمکین‌لی داورانماقلا یاناشی هیسسیاتا قاپانما‌دان و هئچ بیر دویغوساللیغا یول وئرمه‌دن منتیقه سؤیکنیب، منتیقله حرکت ائتمه‌یه چاغیریریق. چونکی سیاستده منتیق اولماسا دویغوسال‌لیقلا هئچ بیر شئی الده ائتمک مومکون دئییل.
 
بیز عینی حالدا احمد بی اوبا‌لی و گاماج دا اولان بعضی شخص‌لری اؤزلرینه حتی رقیبده یوخ، بلکه دوشمن کیمی گؤرن و اونلارلا عینی موجادیله‌نین یولچوسو و عینی دردین داشیییجی‌سی اولان و باشقا ایستیقلالچی تشکیلات‌لارین منسوب‌لاری اولان بیر چوخ اینسا‌لارا قارشی نیفرت ائتممه‌یه و اینسانی داورانیش‌لارینی ایستییریک.  
 
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn