Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

آزربایجانین همری‌لیک گونو ایله باغلی گادپنین بیل‌دیری‌سی

Azərbaycanın həmrəylik günü ilə bağlı GADPnın bildirisi
31 Dekabr Həmrəylik Günü qutlu olsun
31 Dekabr-Dünya Azərbaycanlıların Həmrəylik Günü 50 milyon Azərbaycan Türkünün milli bayramıdır. Bu bütöv Azərbaycanın varlığının göstərcəsi, Azərbsaycanın bütövlüyünün simgəsidir. Bu günü hər bir azərbaycanlı qeyd etməli, fikir baxımından daha da genişləndirməlidir.
Bu bayram vahid bir millət kimi formalaşmamızın ən önəmli araclarındandır . Sərhəd Hərəkatının 25 illiyi, Həmrəyliyimizi, birliyimizi və sonucda millətlər içində vahid bir millət kimi varlığımızı ortaya qoymaqdır.
Bugün Quzey Azərbaycan Cümhuriyyəti, bütöv Azərbaycan varlığının bir bölümünü beynanlxaq quruluşlarda təmsil etməkdədir . Quzey Azərbaycanın özəlliklə Bakinin gözəl inkişafı ilə yanaşı demokratiya, insan haqları qorunması və milli düşüncənin artması da milli məfkürəmizin formalaşmasında önəmli araclardandır.
Fars şovenizmin pəncələri altında əsir qalan Güney Azərbaycanımız Oyanış və özgürlük mücadiləsini günü gündən artıq canlandırır.
31 dekabra can verən və dərindən ruh verən olay, Güneyin qurtuluşudur .
Sərhəd Hərəkatının uğurlanması, beynimizdə süni şəkildə yaranan ayrılıq fikirlərinin silinməsindən keçir.
Dilimiz, kültürümüz, Tarıxımız və hissiyatımızı bölmək olmaz, biz bir millət bir toprağız.
Güneyin qurtuluşu üçün 50 milyon azərbaycanlı birlikdə olmalıdır.
Araz çayının həsrət şeirlərinə son qoyan 31 dkabra Eşq olsun
Bayramımız qutlu olsun
Güney Azərbaycan Demokrat Partyası (GADP)nın mərkəzi şurası
2014.12.26
31 دئکابر همری‌لیک گونو قوت‌لو اولسون 31 دئکابر-دونیا آذربایجان‌لی‌لارین همری‌لیک گونو 50 میلیون آذربایجان تورکونون میللی بایرامی‌دیر. بو بوتؤو آزربایجانین وارلیغی‌نین گؤسترجه‌سی، آزربسایجانین بوتؤو‌لوگونون سیمگه‌سی‌دیر. بو گونو هر بیر آذربایجان‌لی قئید ائتمه‌لی، فیکیر باخیمین‌دان داها دا گئنیشلندیرمه‌لی‌دیر. بو بایرام واهید بیر میللت کیمی فورمالاشمامیزین ان اؤنم‌لی آراجلاریندان‌‌دیر . سرحد حرکاتی‌نین 25 ایللیگی، همریلیگیمیزی، بیرلیگیمیزی و سونوجدا میللت‌لر ایچینده واهید بیر میللت کیمی وارلیغیمیزی اورتایا قویماق‌دیر. بوگون قوزئی آذربایجان جومهوریتی، بوتؤو آذربایجان وارلیغی‌نین بیر بؤلومونو بئینانلخاق قورولوش‌لاردا تمسیل ائتمکده‌دیر . قوزئی آزربایجانین اؤزل‌لیکله باکی‌نین گؤزل اینکیشافی ایله یاناشی دئموکراتیا، اینسان حاق‌لاری قورونماسی و میللی دوشونجه‌نین آرتماسی دا میللی مفکوره‌میزین فورمالاشماسیندا اؤنم‌لی آراج‌لاردان‌دیر. فارس شووئنیزمین پنجه‌لری آلتیندا اسیر قالان گونئی آذربایجانیمیز اویانیش و اؤزگورلوک موجادیله‌سینی گونو گون‌دن آرتیق جانلاندیریر. 31 دئکابرا جان وئرن و درین‌دن روح وئرن اولای، گونئیین قورتولوشودور . سرحد حرکاتی‌نین اوغورلانماسی، بئینیمیزده صونعی شکیلده یارانان آیری‌لیق فیکیرلری‌نین سیلینمه‌سین‌دن کئچیر. دیلیمیز، کولتوروموز، تاریخیمیز و هیسسیاتیمیزی بؤلمک اولماز، بیز بیر میللت بیر توپراغیز. گونئیین قورتولوشو اوچون 50 میلیون آذربایجان‌لی بیرلیکده اولما‌لی‌دیر. آراز چایی‌نین هسرت شئیرلرینه سون قویان 31 دکابرا عشق اولسون بایرامیمیز قوت‌لو اولسون گونئی آذربایجان دئموکرات پارتیاسی (گادپ)نین مرکزی شوراسی 2014.12.26
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn