Ana dili Nədir?- Eldar Güneyli

1
Uşaq eşidər ilk ana dilində
Sonra  öyrənər bu duyduğu dildə
Başlar danışmağa doğduğu dildə
     Dili insan səslərdən yaradıbdır
     Özünü heyvanlardan ayırıbdır.
2
 Dil uşağın ana lay lay səsidir
Ana bətnindən duyduğu səsdir
Bətnidə yaranan düşüncəsidir
     Düşüncəni kimsədən almaq olmaz
     Başqa düşüncəyə döndərmək olmaz.
3
Uşaq ilk öncə içində düşünər
Sonra düşüncəsin səsə gətirər
Səslər formalaşıb dili yaradar
     Dil insanın doğal düşüncəsidir
     Düşüncəni duyduran şəkilidir.
4
Dil insanı yaşamda gəlişdirər
Heyvan səviyyəsindən enişdirər
İnsanlıq qabiliyyəti yaradar
     Sonra qələmiylə yazıya geçər
     Yazıya geçən dillər məktəbləşər.
5
Qələmsiz danışıq hayvana bənzər
Çünkü yalnız meşələrdə səslənər
Meşələrdən insan çoxdan çıxıbdır
     Başqa insanlarla qonşu olubdur
     Birlikdə  bir yerdə toplum qurubdur.
6
Bütün insanların ana dili var
Onu danışmağa doğal haqqı var
Dili yazmağa qanuni haqqı var
     Bir dili yasaqlamaq mümkün deyil
     Ona qarşı çıxanlar insan deyil.
7
Bu gün İran adlanan məmləkətdə
Yaşayırlar neçə dilli millətlər
Hamısının özəl dilləri vardır
     Hər kəsin öz dili özünə xoşdur
     Çünkü öz dili ilə böyümüşdür.
8
Dil iki formada gəlişdirilər
Birincisi ağızda formalaşar
İkincisi yazıda formalaşar
     Yazılmayan dillər indiki əsirdə
     Məhv olub gedər iki üç nəsildə.
9
Ana dili xalqın gəncinəsidir
Formalaşması minlər il çəkmişdir
Əcdadlarımızdan qalmış irsidir
     Qoruması xalqın vəzifəsidir
     Yoxsa o xalqın məhv olmasıdır.
Eldar Güneyli
19.02.2014
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn