Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

"Tıraxtur"un oyunu zamanı 20-dən çox güneyli azarkeş həbs edilib

Azərbaycan veb səhifələri aprelin 1-də Asiya Çempionlar Liqası oyunları sırasında Təbrizin Traktorsazi və Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn komandaları arasınd futbol matçı zamanı Təbriz stadionunda 20 nəfərdən artıq güneyli tərəfdarın nəzarət altına alındığını bildirir.
Təbriz Səsi saytında yazılıb: “Təqribən 25 nəfər, o cümlədən, Əkbər Mühaciri, Əli Himməti, Nurizadə, Əlipur və Həbib Mehrazər polis və təhlükəsizlik əməkdaşları tərəfindən nəzarət altına alınıb. Həbs edilənlərin çoxu Şəbistər, Urmiyə, Mərənd, Təsuc və Makı kimi şəhərlərdən gələn Tıraxtur tərəfdarları olub.”
Təbriz Səsi saytı bəzi tutulanların dəyənəklə döyüldüyünü bildirib.
Yayılan xəbərlərə istinadən, milli fəallar və adi vətəndaşlardan ibarət olan bu tərəfdarlar milli hüquqlarla bağlı şuar səsləndirdikləri üçün tutulablar. Təbriz Səsi “Urmu Gölü can verir - İran onun qətlinə fərman verir”, “Yaşasın Azərbaycan”, “Türklərin iftixarı, Tıraxtur, Tıraxtur” və “Urmu, Zəncan, Ərdəbil – bu səs Təbrizdən gəlir” kimi şuarların səsləndirildiyini yazıb.
“Məmurlar Əkbər Mühacirini həbs etdikləri zaman göz yaşardıcı qazdan istifadə edib və onu döyüblər. Milli fəalın vəziyyəti ilə bağlı əlaqədar qurumlara müraciət edən ailə üzvlərinə onun bu tezlikdə sərbəst buraxılmayacağı söylənilib,”-deyə Təbriz Səsi qeyd edib. Əkbər Mühaciri bundan əvvəl də milli-mədəni fəaliyyətləri üzündən həbs və mühakiməyə məruz qalıb.
Əhalinin Tıraxtur olaraq tanıdığı Təbrizin Traktorsazı komandası və Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn arasındakı matç 2-2 hesabı ilə başa çatıb.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn