Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

İranda tanınmış azərbaycanlı fəal azadlığa çıxıb

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal Əli Xeyrcu azadlığa çıxıb.
APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, bu, İran qanunlarının icazə verdiyi şərti əfv qərarı nəticəsində mümkün olub. Belə ki, Əli Xeyrcu təxminən üç aylıq həbs həyatından sonra mayın 14-də Ərdəbil şəhərinin həbsxanasından sərbəst buraxılıb.
Qeyd edək ki, Ə.Xeyrcu 2011-ci il sentyabrın 12-də İranın Azərbaycan vilayətlərində Urmiya gölündəki ekoloji faciə ilə bağlı keçirilmiş etiraz aksiyaları zamanı Ərdəbil şəhərinin Şəriəti Xiyabanında həbs edilib. Azərbaycanlı fəal İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında saxlanıldığı müddətdə qeyri-qanuni həbsinə və təhlükəsizlik qüvvələrinin kobud davranışına etiraz olaraq aclıq aksiyası da keçirib. Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi Əli Xeyrcu barəsində ağır cəza çıxarıb və azərbaycanlı fəal 5 il azadlıqdan məhrum edilib. Məhkəmənin verdiyi qərara əsasən, Ə.Xeyrcu bu cəzasını da sürgündə, yəni Kirmanşah şəhərinin mərkəzi həbsxanasında çəkməlidir. Bundan başqa, ona həbs cəzasını çəkib qurtardıqdan sonra daha 2 il İranın Azərbaycan vilayətlərində, xüsusilə Qərbi və Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində yaşamaq qadağan edilib. Məhkəmə Ərdəbil şəhərinin sakini olan azərbaycanlı fəalı “Çənlibel” adlı qeyri-qanuni təşkilata üzvlükdə, İranın ərazi bütövlüyünə təhlükə yaratmaq, ölkənin milli təhlükəsizliyi və quruluşuna xələl vurmaqda günahlandırıb. Ancaq Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsinin birinci şöbəsi Ə.Xeyrcunun 5 illik həbs cəzasını 6 aya endirib və azərbaycanlı fəala qarşı irəli sürülmüş bəzi ittihamları dəlil yetərsizliyi səbəbindən ləğv edib. Azərbaycanlı fəal 2010-cu ildə Ərdəbil Universitetini müvəffəqiyyətlə bitirməsinə baxmayaraq, onun magistratura pilləsində təhsil almasına imkan verilməyib. Ə.Xeyrcu 2006-cı ilin may hadisələri zamanı da 17 nəfərlə birlikdə həbs edilib.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn