Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

Güney Azərbaycan Keçici Sürgün Parlamentinin (məclisinin) G.A.K.S.P Məramnamə və Nizamnaməsi Müqəddimə





Güney Azərbaycanın Keçici Sürgün parlamentinin yaradılmasının zərurəti

  Ingilislərin və rusların yardımı ilə kodeta nəticəsində hakimiyyəti ələ keçirən Rza Mirpəncin diktator hakimiyyəti ilk gündən fars irqçiliyinə dayanmışdır. Onun məmalek məhrusə İran adını dəyişdirib İran adlandırması da bu siyasətin bir parçasıdır. Çünki Rza Mirpəncin bu əməli ilə bu ərazilər də yaşayan çeşidli millətlərin varlığını danmağa cəhd göstərilib, bu millətlərə qarşı düşmənçilik siyasətini icra etməyə başlanılmışdır. Həmin tarixdən etibarən öz tarixi ərazilərində yaşayan bu millətlərin haqları əllərindən alınmış dilləri yasaqlanmış kimliklərini əllərindən almaqla təhqir və alçaltma siyasəti gün siyasətinə çevrilmişdir. Bu ayrı seçkilik siyasəti nəticəsində iqtisadi yatırımlar yalnız farsların yaşadıqları ərazilərə ixtisas verilmiş, o biri millətlərin ərazilərinə baxılmadığından bu ərazilər xarabaya çevrilmiş, yatırımların olmaması nəticəsində də bu ərazilər də işsizlərin sayı artmışdır. Beləliklə bu ərazilərin sakinləri fars məntəqələrinə köçməyə yəni öz köklərindən qırılmağa məcbur edilmişdir. Onlar bu fars ərazilərində daha açıq təhqirlərlə üzləşib ikinci səviyyəli insanlara çevrilmişlər. Onların bu bölümü öz kimliklərini gizlətməyə çalışıb öz doğma balalarına yad fars dilini öyrətmək onları təhqirlərdən uzaq tutmağa çalışmışlar. Beləliklə onların balaları öz həqiqi kimliklərini itirmişlər. Hətta fars irqçilərinin təbliğatlarının təsiri altında qalmışlar.

Güney Azərbaycanın Keçici Sürgün parlamentinin yaradılmasının zərurəti

         Uzun müddətli öz içində əritmə siyasətində biz Azərbaycan Türkləri də məruz qalıb şahid olmuşuq və oluruq. Bu irqçilik siyasətin nəticəsində Azərbaycanımızın kəndləri xarabaya çevrilmiş türk adları dəyişdirilmiş əhalidən boşalmışdır. Bu əhali şəhərlərə və fars bölgələrinə köçmək zorunda qalmışlar. Bu şəhərlərin vəziyyəti də ağırlaşdırmışdır. Fars irqçi rejimləri tarixi Azərbaycan ərazilərini yox etmək məqsədilə Azərbaycanını hər bir tikəsini başqa bir yad əyalətlə birləşdirib yaxud Azərbaycanlıliğ hüviyətini yox etmək üçün ayrı-ayrı adlarla əyalətlər yaratmışdır.  Hətta Azərbaycan ərazilərini farslaşdırmağa yad millətləri bu ərazilərdə üskanlaşdırmağa belə çalışmişdır və çalışır. Istər keçmiş rejim istərsə də inqilab adı altında Amerika və Qərblilər tərəfindən Məmməd Rzanın yerinə gətirilən Xomeyni rejimi də öz xələflərini siyasətlərini daha şiddətli və radikal şəkildə həyata keçirməyə çalışıb və çalışır.   Millətimiz bütün bu haqsızlıqlara baxmayaraq hər zaman öz haqlarını mədəni şəkildə əldə etməyə bu ayrı seçkilik siyasətinə son qoyulmasına çalışsa da , bu irqçi rejimlər ona basqı , terror işkəncə edam sürgün və dustaqla cavab vermişlər. Daha millətimizin səbir kasası daşmış Tehrandan üz çevirmiş öz gələcəyini düşünməyə başlamışdır. Təbii olaraq belə istəklərin səsləndirilməsi , rejimi və bütün fars irqçilərini cin atına mindirmişdir. Onların cəhdləri bu hərəkatı dağıtmaq, vətənimiz Azərbaycanda qəbiristanlıq sükutunu yaratmaq, öz müstəmləkəçilik siyasətini sürdürməkdir.

Amma millətimiz daha əsarətdə, yad müstəmərəsində yaşamaq istəmir. Bir millət kimi öz ayağı üstə durmağa, azadlığını müstəqilliyini bağımsızlığını təmin etmək istəyir. Ölkəmiz güney Azərbaycanda çağdaş parlamentarizm üsuluna dayanan hüquqi dövlətini qorumaq ictimai ədalətini yaratmaq yolunda addımlayır. bu müqəddəs yoldan daha dönəcək deyildir.

Belə bir durumda ana vətəni buraxmaq zorunda qalıb sürgündə yaşayan bizlərin boynuna vəzifə düşür bizlər millətimizin qeyd edilən istəkləri istiqamətində hərəkət etmək zorundayıq. Bizim vəzfiəmiz irqçi Tehran rejimi tərəfindən aparılan müstəmləkəçilik siyasətini , millətimizin necə insani hüquqlarının tapdalanmasını dünya ictimaiyyətinin qulağına çatdırmaqdır. Bu bizlərin milli borcudur. Amma bu bir nəfərin , bir təşkilatın işi deyildir. Güclər bir-birinin üstünə qoyulmalı dünya ictimaiyyətinin qəbul edəcəyi bir rəsmi qurum tərəfindən , dünya ictimaiyyətinə, beynəlxalq qurumlara çatdırılmalıdır. 21-ci yüz ildə millətimizin əsarətdə yaşaması , yad əlinə baxımlığı təhəmmül edilməz bir durumdur. Birlik yolunda bəlli təşkilatlar və şəxslər addımlar atsalar da təəssüflə nəticəsiz olmuşdur. Alınan nəticə budur ki, bütün görüş fərqliliklərini bir yana qoyub , bir mizin başında oturub vətənimizin , millətimizin taleyini düşünmək ancaq bir parlament çərçivəsində mümkündür. Bu yaşadığımız bütün qərb ölkələrində belədir.

Öz siyasi və ideolojik görüşlərimizdən asılı olmayaraq , parlamentdə iştirak edib öz millətimizin , vətənimizin gələcəyi haqda düşünmək , millətimizin rifah asayışını təmin etmək yollarını axtarmaq zorundayıq.

Güney Azərbaycan Keçici Sürgün Parlamentinin

amac və hədəfləri

Belə bir parlamentin yaradılması , zamanın tələbi olsa da təəssüflə ölkə daxilindı imkansızdır. Buna görə də bu vəzifəni bizlər boynumuza götürüb sürgündə çeşidli qurum və şəxsiyyətlərin iştirakı ilə 15 martda Kopenhagendə “Güney Azərbaycan Keçici Sürgün Parlamenti” – ni yaratmaq təşəbbüsündə bulunduq. Bu parlament ölkəmiz müstəqil olduqdan sonra qurulacaq milli parlamentdən ( el ocağından ) fərqlidir.  Burada təəssüflə təbii azad seçim imkanımız yoxdur. Bu parlament ancaq o parlamentin , müstəqil vətənin gələcəyinin payasını qoymağa müstəqil vətənin çeşidli sahələrində lazım olan qanuni taslakların (layihələrin) və projelərin hazırlanması vəzifəsini öhdəsinə götürmüşdür.

Ümid edirik ki, bu ağır və tarixi vəzifəni boynumuza götürməklə millətimizin, vətənimizin və gələcək qurşaqların nəsillərin qarşısında başi aşağı olmayaq.  bunu da sonundan qeyd etmək istərdik ki, Güney Azərbaycan Keçici Sürgün Parlamenti gücünü millətimizdən almaqda , təkcə onun qarşısında məsuliyyət daşıyır. Və sorumludur (cavabdehdir).

Güney Azərbaycan Keçici Sürgün Parlamentinin

öhdəlik və vəzifələri

Güney Azərbaycan Keçici Sürgün Parlamenti Güney Azərbaycanın müstəqilliyinə qədər xaricdə olan haqlarını müdafiə edən onun müstəqilliyi bağımsızlığı , azadlığa dayanan hüquq dövlətinin bərpası uğrunda mübarizə aparan , gələcəkdə ictimai siyasi iqtisadi sahələrdə lazım olacaq taslakları (layihələri ) və projeləri hazırlayan bir qurumdur. Xaricdə bu məqsədlər üçün mübarizə aparan hər bir Azərbaycanlı müstəqim və qeyri-müstəqim şəkildə onun seçkilərində iştirak edə bilər .

G.A.K.S.P.-i Güney Azərbaycanın gündəlik siyasi mübarizəsində iştirak edir.

G.A.K.S.P.-i bəlli bir qurumun təşkilatın məclisi yox, bəlkə Güney Azərbaycanın istiqlaliyyəti,  ərazi bütövlüyünü , bağımsızlığını və azadlığını istəyən hər bir Azərbaycanlının parlamentidir.

Hər bir demokratik ölkə parlamenti olduğu kimi , səliqə, dünya görüşü , dini və irqi fərqliliklərindən asılı olmayaraq təşkilat nümayəndələri kimi və  ya fərdi şəkildə bu məclisdə iştirak edirlər, onları bir yerə yığan Azərbaycanın milli mənafe və gələcəyidir. Eyni zamanda millət və vətən sevgisidir.

G.A.K.S.P.-i Güney Azərbaycanda müstəqil azad, demokratik hüquq dövlətinin yaranması və ictimai ədalətin bərpası uğrunda mübarizə aparır.

G.A.K.S.P.-i Güney Azərbaycanın milli mənafe uğrunda mübarizə aparan demokratik və insan haqlarını müdafiə edən, çeşidli görüş və səliqələrə malik olan təşkilatların, cəmiyyətlərin və şəxslərin əməkdaşlığını sərgiləyən bir mühitdir. Bu xüsusiyyətləri daşıyanlarla da əməkdaşlığa hazırdır.

Güney Azərbaycan Keçici Sürgün Parlamentinə

üzvülük

1.     G.A.K.S.P-nin nizamnamə və məramnaməsi, Güney Azərbaycanın istiqlaliyyətini bağımsızlığını , ərazi bütövlüyünü, hüquqi azadlıqları qəbul edən hər bir təşkilat və qurum nümayəndələri və şəxsiyyətlər bu məclisə üzv ola bilərlər.

2.     Üzvlük fərdi və könüllüdür.

3.     Başqa bir təşkilatın üzvləri də fərdi olaraq iştirak edə bilərlər bir şərtlə ki, parlamentin nizamnamə və məramnaməsini qəbul etmiş olsunlar.

Üzvülük qaydaları

1.     Üzv olmaq istəyən şəxslər məclisin üzviyyət komitəsinə yazılı müraciət etməlidirlər.

2.     Məclisin üçdə ikisinin raziliği ilə üzvlülüyə qəbul olunur.

3.     Üzv olmaq istəyən şəxslər aşağıdakı sənədləri göndərməlidirlər.

Ad, soyad (sicillidə olduğu kimi)

Ləqəb

Ünvan (adress)

Təhsilat (ixtisas)

Mühacirət səbəbi

Ölkədən çıxıldığı tarix ( o tarixdən sonra ora müsafirət etmişdirmi?)

Hazırda yaşadığı ölkə

Ölkədəki statusu

əlaqə koordinatları

özü haqda müfəssəl bilgi

Üzvlük şərtləri

1.     Hər cəhətli olaraq əxlaqi baxımdan təyid edici şəxs olmalıdır, keçmişdə hər hansi əxlaqi və hüquqi cəhətdən mənfi cəhəti olmamalıdır.

2.     Ağzı bütün olmalıdır. Məclisin sirlərini qorumalıdır. Baş verilən sirr verilməz üsuluna riayət etməlidir. əks təqdirdə məclisin üzvülüyündən uzaqlaşdırılır.

Üzvlük vəzifələri

1.     Məclisin qaydalarını pozmamalı ixtilafa səbəb olmamalıdır.

2.     Çeşidli görüşlü təşkilat və şəxslərin təmsilçiləri bu məclisdə iştirak etdiklərindən bütün xüsummətlər qapı arxasında qalmalı, qərb ölkələrinin məclislərində olduğu kimi bir-birilərini bir məsləkdaş kimi qəbul edib, dostluq içində hərəkət edilməlidir.

3.     Məclisin seçildiyi sahənin iş komitəsi ilə yaxın əməkdaşlıq etməlidir

4.     Öhdəsinə aldığı vəzifələri vaxtı vaxtında yerinə yetirməlidir.

5.     Açıqlamasını səlah və lazım gördüyü görüşlərini məclisin ancaq içində mətrəh etməlidir və məclisin eşiyinə çıxartmamalıdır.

6.     Məclisdən eşikdəki fəaliyyətlərində və rəftarında məclisin etibarını azaldan hərəkətlərdən çəkinməlidir. əksinə məclisin etibarını artıran bir nümunə olmalıdır.

7.     əxlaqı və ictimai baxımdan özünü düzgün aparmalıdır.

8.     Ixtiyarında qoyulan maddi imkanlardan düzgün istifadə etməli heyf meylə yol verməməlidir.

9.     Məclisin qərarı və ya xəbəri olmadan məclis adından başqalarından pul almaq , pul tələb etmək haqqı yoxdur.

10. Məclisin nizamnaməsinə tabe olmamaq , ixitilaf salmaq, məclisin işinə maneçilik yaratmaq qəbul edilməzdir.

Üzvlükdən uzaqlaşdırma

Yuxarıda qeyd edilən qaydaları pozduqda yaxın Tehran rejiminə gizlin məlumatlar verdiyi bəlli olduqda 2/3 səs çoxluğu ilə parlamentdən üzvlüyünə son qoyulur.

Güney Azərbaycan Keçici Sürgün Parlamentinin

quruluşu və sayısı

1.     Güney Azərbaycan Keçici Sürgün Parlamentinin məsul heyəti Güney Azərbaycan Keçici Sürgün Parlamentinin sayısını müəyyən edir.

Qeyd : təklif qəbul olundu ki, Güney Azərbaycan Keçici Sürgün Parlamentinin üzv sayı 45 nəfərə qədər çoxalsın . xatırlatmaq istəyirik ki, milli hökümətin parlamentinin sayısı da 45 nəfər olmuşdur.

2.     45 nəfər 2/3 səs çoxluğu ilə seçilirlər

3.     45 nəfərlik parlamentin ilk iclasında ən yaşlı vəkil ona sədrlik edir.

4.     Ilk iclasda daxili nizamnaməyə uyğun olaraq sədr və müavinləri seçilir.

5.     Parlamentdə komitələr yaradılır. Onların sədri məclis tərfindən seçilir

6.     Məclisdə aşağıdakı komitələr yaradılır :

-         Xarici siyasət və əlaqələr və beynəlxalq münasibətlər komitəsi

-         Insan haqları komitəsi

-         Dövlət quruculuğu komitəsi

-         Qadın və uşaq komitəsi

-         Gənclər komitəsi

-         Təhsil, ictimai siyasət, humanitar məsələlər komitəsi

-         Sosial rifah, səhiyyə və sağlıq , mədəniyyət komitəsi

-         Iqtisadiyyat və enerji komitəsi

-         Ordu və milli təhlükəsizlik komitəsi

7.     Parlamentin səlahiyyətinə daxil olan məsələlər ana yasada öz əksini tapır. Öz işini ana yasa və daxili nizamnamə əsasında təmsil edir.

Güney Azərbaycan Keçici Sürgün Parlamentinin

qəbul edəcəyi qərarlar

-         Istiqlal bəyannaməsi

-         Ana yasa və daxili nizamnamə

-         Seçki qaydaları

-         Parlamentin səlahiyyətləri

-         xəritə (nəqşə)

-         dövlət simvolu (gerb)

-         milli marş (himn)

Bir millətin bir bayrağı olar . bu bayraq , indilik bütöv Azərbaycanın bayrağıdır. Bu Azərbaycan bayrağında hər hansı bir dəyişiklik aparılması ancaq Güneydə qurulacaq milli parlamenti (Azərbaycan el ocağı) və Quzey Azərbaycan parlamentinin nümayəndələrin iştiraki ilə mümkündür.

Güney Azərbaycan Keçici Sürgün Parlamentinin məsul heyəti (Kopenhagen anlaşmasında seçilənlər) 45 nəfərlik Güney Azərbaycan Keçici Sürgün Parlamentinin birinci iclasına seçiləcək üzvlərin ictimai siyası mövqeyinə və mübarizəyə olan münasibətlərinə baxaraq, onların statusunu müəyyənləşdirir. Razılaşma əsasında yeni seçilən üzvlər parlamentin ilk 45 nəfərlik iclasına dəvət edilirlər. Yəni birinci çağırışdan növbəti seçkiyə qədər keçici parlamentin üzvləri 12 nəfərdən ibarətdir.

Üzviyyət komitəsi ( birinci çağırış Sürgün Parlamentində təmsil olunan şəxslərdən) yaradılır. Orada seçim kürülünün sayı , səlahiyyətləri və s haqda təlimat qəbul olunur. Seçkilərə qərar verildiyi gündən qeydiyyata başlanılır.

Kopenhagendə seçilən işçi qrupun iş planı

1.     işçi qrupunun vəzifələri yuxarıda qeyd olunan vəzifələrlə yanaşı parlamentin gələcək toplantısı üçün hər cəhətli hazırlıqların aparılmasıdır. Buna görə də Güney Azərbaycanın Sürgündəki Parlamentinin taleyi və gələcəyi ilə ilgilənən soydaşlarımızın fikir və iştirak etməkləri barədə öz fikirlərini bildirmələri bu hazırlıq işində bizə yardımçı ola bilər.

2.     Parlamentə seçiləcək şəxslərin siyahısını hazırlamaq, Onların səlahiyyətləri haqda bilgi toplamaq, işçi qrupunun razılığı ilə onları namizəd kimi göstərmək, onların özləri ilə də qabaqcadan danışılmalıdır. Hər bir üzv səlah gördüyü şəxsi və ya şəxsləri namizəd kimi göstərə bilər

3.     Daxildən milli hərəkətin tanınmış başçıları ilə imkan daxilində təmas qurub onların fikir və görüşlərini iş planında daxil etmək.

4.     Iş qrupu hər 15 gündən bir öz toplantılarını keçirir. Gördüyü işlər haqda millətimizə ümumi bilgi verir.

5.     Iş qrupunun aldığı qərarlar 2/3 səs çoxluğu ilə olur. işlərin qabağa getməsi üçün lazım görüldükdə işçi qrupunun sayı 12-ə qədər çoxaldıla bilər. Qabaqcadan sözü gedən şəxsin səlahiyyəti haqda danışılıb qərar qəbul edildikdə o şəxs bu qrupa dəvət edilir.

6.     Iş qrupunun yığıncaqlarında iştirak etmək bir vəzifəsdir. Hər hansı bir səbəblə iştirak etmək imkanı olmayanlar  Vaxt-vaxtında xəbər vermələri gərəkir.

7.     Işçi qrupundan birisi xəbər vermədən 3 yığıncağa qatılmazsa , iki dəfə yazılı və şifahi olaraq onunla təmas qurmalı , gəlmədiyinin səbəbi öyrənilməlidir. 5-ci dəfə də bu yığıncağa qatılmazsa, onun üzvlüyü 45 nəfərlik parlamentin birinci toplantısına qədər dondurulmalıdır. Çünki hər bir insan həyatında çəkdiyi qola  (qoyduğu imzasına) və verdiyi sözə sahib çıxmalıdır. Başqalarına hörmət qoymalıdır. Belə şəxslər necə ölkə idarəsində öz vəzifələrini yerinə gətirə biləcəkləri düşündürücüdür.

8.     Parlamentin maddi qaynaqları kəsinliklə müəyyən edilməlidir. Maddi qaynaq olmadan parlament ola bilməz.

9.     Hər yığıncağın sonunda gələcək yığıncaqda danışılacaq mövzular müəyyən edilməlidir.

10. Işçi qrupunda protokol yazmaqla vəzifələndirilən şəxs , toplantılarda danışılan mövzularadan protokol hazırlamalıdır. Sabah üçün protokollar bir dosyedə saxlanılmalıdır.





Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn