Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

Dünya Anadili Günü münasibətilə Güney Azərbaycan Sosial Demokrat Partisinin bildirisi

Hörmətli vətəndaşlar!
Birləşmiş Millətlər Təşkilatı 1999-cu ildə aldığı qərar əsasında 21 fevral gününü "Dünya Anadili Günü" kimi tanımış və bu ildən etibarən bu gün bütün dünyada bayram kimi qeyd olunmaqdadır.
Dil hər bir millətin varlığının ən önəmli və əsası ünsürlərindən biri olaraq  onun təməli sayılır. Dil varsa millətdə var, dil ölürsə millətdə ölür, çünki dilsiz millət olmur. Bu gərçəyi nəzərə aldıqda, ana dilinin hər bir millətin həyatı və onun yaşamasının davamında nə qədər böyük və əsası rol oynadığına şahid oluruq.
Bəşəriyyət tarixi bir çox millətin yox olub və tamamilə tarix səhnəsindən silinməsinin şahidi olmuşdur ki, onun başlıca səbəbi bu millətlərin öz ana dillərini itirib və başqa millətlərin içində ərimələri olmuşdur.
Bu səbəbdən də hər bir şərəfli və vətən sevər insan onun düşüncə, əqidə, məslək, məzhəb və eyni halda onun ictimai mövqeyindən asılı olmayaraq öz ana dilinin keşiyində durub onu göz bəbəyi kimi qorumalıdır.  
Bu gün dünyanın bir çox ölkələrində hakim olan irqçı və şovinist qüvvələr ölkələrində yaşayan başqa millətlər və azlıqda olan xalqların ana dilinə   qadağa qoyaraq, onları asimilə siyasətinə məruz qoymşlar.
İran adlanan ölkədə isə istər Pəhləvi, istərsədə İslam rejimi dönəmində fars şovinizmi və hakim olan fars faşizmi öz 90 illik qanlı hakimiyyəti sürəsində, Azərbaycan Türk milləti başda olmaq üzrə bütün qeyri-fars millətlərə qarşı  vəhşicəsinə yürütdüğü müstəmləkəçilik siyasətilə, onları asimilə etməyə çalışmışdır.
Bu gün faşist İran islam hakimiyyəti onmilyonlarla türk, türkmən, ərəb, kürd, Bəluç və başqa millətlərin öz ana dilində yazıb-oxuma və eyitimə qadağa qoyaraq bu millətləri hakim olan fars milləti içində əridib yox etməyə səy göstərir.
Bu gün ana dilində təhsil Azərbaycan milli qurtuluş hərəkatının mərkəzində yer alsada Türk millətimizin ən ilkin haq və istəklərindən biri sayılır.
Güney Azərbaycan Sosial Demokrat Partisi, anadili gününü münasibətilə bütün Türk millətimizi təbrik edir və bu ilkin haqqının əldə edilməsini və özəlliklədə milyonlarla günahsız uşaqlarımızın öz ana dilində təhsil və təlim-tərbiyənin almasını onların vaz keçilməz insani haqqı bilərək hər kəsi fars faşizmi başda olmaq üzrə İran İslam rejimi və onun müstəmləkəçilik siyasətinə qarşı mübarizəyə çağırır.
Yaşasın ana dilimiz olan Azərbaycan türkcəsi!
20.02.2014
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn