“Azərbaycanda xristian etiqadlı türk abidələri” mövzusunda növbəti diskussiya keçirildi

19 aprel, 2014-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun təşəbbüsü ilə "Azərbaycanda xristian etiqadlı türk abidələri?" mövzusunda növbəti diskussiya keçirildi. Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı.
Sonra ənənəyə uyğun olaraq  BAO Mərkəzi Şurasının (MŞ) üzvü Hakim Sadiqli son həftə ərzində Güney Azərbaycanda baş vermiş hadisələr haqqında  məlumat verdi. BAO MŞ-nın üzvü Şirvani Ədilli isə Rəzavi Xorasan ostanı, onun copğrafi mövqeyi, əhalisi, etnik tərkibi, iqtisadiyyatı və s. haqqında məlumat verdi.
Daha sonra tədqiqatçı Sabir Tağıyev "Azərbaycanda xristian etiqadlı türk abidələri?" mövzusunda geniş məruzə ilə çıxış etdi. O, Azərbaycanın müxtəlif bölgələrində ermənilərə məxsus hesab edilərək dağıdılan bir çox abidələrin əslində xristian türklərə aid olduğunu apardığı tədqiqatlar nəticəsində müəyyən etdiyini dedi və həmin abidələrin özü tərəfindən çəkilmiş fotoşəkillərini göstərdi.
Daha sonra Mirtzə Ənsərli, Dilavər Əzimli, Zahir Əlisoy, Oqtay Daşoğuz, Bəxtiyar Tuncay, Aydın Mədətoğlu və b. məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiiyanı davam etdirdilər.
VİDEOLAR:
https://www.youtube.com/watch?v=DjhsR4qpUfg
https://www.youtube.com/watch?v=AxHmJhyi9Co
https://www.youtube.com/watch?v=uC4QOQh_2qI
BAO Mətbuat xidməti
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn