İranda azərbaycanlı fəal azadlığa çıxıb

İranda azərbaycanlı fəal azadlığa buraxılıb.
APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Hüseyn Əlizadə dörd aydan çox həbsdə qaldıqdan sonra əfv olunaraq Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.
Qeyd edək ki, H. Əlizadə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən 2013-cü il dekabrın 24-də iş yerində tutulub.
Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, həbsi Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin (21 Azər hərəkatı) 68-ci ildönümü mərasimlərində fəal iştirakı ilə əlaqələndirilir.
H. Əlizadənin həbs müddətində dindirilərkən müxtəlif psixi və fiziki işgəncələrə məruz qaldığı, ailə üzvlərinin görüşünə icazə verilmədiyi bildirilir. Azərbaycan fəal bir aya yaxın ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanıldıqdan sonra şəhərin mərkəzi zindanına köçürülüb. Bu addım Təbriz İnqilab Məhkəməsinin onu bir il müddətinə azadlıqdan məhrum etməsindən sonra atılıb.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn