Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

Təbriz Universitetində etiraz aksiyası keçirilib

tebriz-mitinq Ötən gün Təbriz Universitetində etiraz aksiyası keçirilib.
 APA agentliyinin məlumatına görə, yüzlərlə tələbə İran hakimiyyətinin əleyhinə müxtəlif siyasi şüarlar səsləndirib, mahnılar oxuyublar.
 Hadisə Mahmud Əhmədinejadın prezidentliyi dövründə İranın islami irşad naziri işləmiş Səfərhərəndinin ali təhsil müəssisəsinin şəhid Şəfayi zalında çıxışı zamanı baş verib. Sabiq nazirin çıxışına mane olan tələbələr əllərində plakat tutublar. Həmin plakatlarda isə “Biz qayıtdıq!”, “Azadlıq, bərabərlik!”, “Siyasi məhbuslara azadlıq!”, “Ali təhsil müəssisəsinin hərbi bazaya çevrilməsini istəmirik!”, “Senzuraya yox!”, “Biz söz və sərbəst toplaşmaq azadlığı istəyirik!”, “Ali təhsil müəssisələrində cinsi ayrı-seçkiliyə son qoyulsun!”, “Tələbə ölməyəcək, zilləti qəbul etməyəcək!, “Hərbiləşmiş mədəniyyət istəmirik, istəmirik!”, “Nazir həbsxana rəisidir, mədəniyyət haısı bəhanədir!”, “Yalançı, yançı!” və s. siyasi şüarlar yazılıb.
Nəticədə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları, bəsicilər (yarıhərbi könüllü dəstələr) və ali təhsil müəssisəsinin təhlükəsizlik bölməsinin (Hərasət) işçiləri tələbələrə hücum ediblər, onların əllərindəki plakatları cırıblar və aksiyanı zor gücünə dağıdıblar. Bundan sonra həmin tələbələr zalı tərk etmək məcburiyyətində qalıblar, ancaq bununla belə, Təbriz Universitetinin mərkəzi binasının qarşısında toplaşaraq etiraz aksiyasını davam etdiriblər. Piket bir neçə siyasi mahnı oxunduqdan və şüar səsləndirildikdən sonra başa çatıb.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn