Yetər artıq utanmaq yaxcı şeydir(2) -Eldar Güneyli

 

1

Prezident seçimləri bir il ötüşdü

Ruhani vədələrini unutdu

Urmu gölünün suyunu qurutdu

     Danışdıranda haqlardan danışır

     Etirazçıları dustaqa basır.

2     *- Səttar Behişti kimilər

Allah adıyla hökumət edirlər

Haqqa yetişməyə dəvət edirlər

Haqqı istəyəni dustaq edirlər

     Baş əyməyəni edam edirlər

     Üstəlik meyidin*də verməyirlər.

3

Qeyri farslara bu qədər zülm edirlər

Ağzı dolu haqlardan söyləyirlər

Haqqını ölkədə tələb edənlər

     Kafər olub, düşman da adlanırlar

     Kölə olarsa vətəndaş sayırlar.

4

Vətənin yolunda canın verəndə

Vətəndaş ilə iranlı deyirlər

Milli haqlarını tələb edəndə

     Seperatist ilə düşman görürlər

     Üstəlik “Türk xər” də  adı verirlər.

5   *- Baltacı Araz kimi istiqlalçi şairi

Milli qururumuzu öldürüblər

Xalqımızı asimiləşdiriblər

Özlərini daha üstün görürlər

     Aydınlarımız tamaşa edirlər

     Yazarlarımızı* baykot edirlər

     Niyə bəs rasizmə yardım edirlər?

 

6 -*  Fars kültüründə

Xalqımız  biliksizlikdən mələyir

Biganə* kültürdə özün əridir

Aktivistlər medyada sərgilənir

     Milli şuura biganə baxırlar

     Özlərini xalqa təmsilci sayırlar.

7

İnternet, Facebookdakı fəallar

İt, at-pişik şəkillərin yayanlar

Milli şuura biganə baxanlar

     Özlərini istiqlalçı adlandırıb,

     Xalqımıza öndər yaraşmayırlar.

8

İstiqlalçı adlandıranlarımız

Milli şuurdan yoxsunlularımız

Xalqına yalan satanlarımız

     Siz Azərbaycana biganəsiniz

     Gələcəyin Hamid Karzaylarısınız.

9

Ey Azərbaycanlı aydınlarımız

Baykotçularımızla həmavazlarımız

Ümmətçi tərbiyət olanlarımız

     Xalqı aydınlaşdırmayanlarımız

     Xalqın işinə gəlməyənlərimiz

     Yetər artıq utanmaq yaxcı şeydir.

 

Eldar Güneyli

 

15.06.2014

Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn