İran parlamentının seçgisi Urmu gölüylə bağlı aksıyaya uyğun çağ yarada bülərmı?!-Aydin Tabrizl

səlamlar və sayqılar əziz soydaşlarıma.
artıq indi illərdir Vətənimiz Güney Azərbaycanda Urmu gölü adında bir təhlükəylə üz bə üzük.bir Ağır habelə zor durum ki mütləq gələcək nəsillər əsla bu gün olan qusurlarımızdan vaz keçmiyəcək bir Dəhşətli təhlükəylə üz bə üz olmuşux ki bütün Vətənimizi yox edib əhalini çox zor duruma sala bülər !
urmu gölüylə o qədər danışılıb ki pürablümün nə qədər ağır olduöu hamılarımız üçün Aydındı o üzdən artıqrax yazmıram.
neçə ildir Azərbaycanda pürablümün zor olduğuna uyğun olmasada belə ancaq iranda olan əmniyyətə Cəvvə baxaraq etirazlar olunub ştam aydındır bu gün olan az gündəmdə qalan gölümüzdə elə bu etirazlar əsasındadır.
əyərsə Azərbaycan adıyla parlamentdə olan vəkillərin bu son aylarda olan urmu gölüylə bağlı davranışlarına baxsaq tam aydındır bu ildə olan seşgilərdə Urmu gğlü adıyda oy qazanmaqa nə qədər yer açıb hesab gediblər.
bu millət vəkillərinin(!!!) amaclarıda bizim üçün aydındır və artıq açıqlamağa gərəki yoxdur ki yanlız oy qazanmaməqsədiylə milləti tovlamaq istiyillər və urmu gölü tam bir mahanadır əlbəttə YAXŞI bir mahana.
burda önərimə gələnləri aşağıda aydınlaştırıram
1-urmu gölünün nə qədər millətə önəmli olduğunu parlament adayları tam başa tüşüllər və tam aydındır ki bu qonu azərbaycanda özəlliklə Təbrizlə Urmu şəhərlərinin əhalısının bir istəyinə çevrilib bir istək ki bu riyakar vəkil adı daşıyanları bu həssasiyətləri öz mənfəətlərinə qazanıb  yığmaqa məcbur eliyib.
2-bir sıra dostların önərinin əksinə şəxsən belə düşünürəm Urmu gölü böhranı millət içındə bir yüksək yer alıb və o üzdəndir ki örnək üçün kimsə Azərbaycanda oy qazanmaq fikrinə tüşür 100% özünü urmu gölü mudafiəçisi görsətmaq istiyir Pəs millət bu böhrana həssasdır !
3-iran cumhur başqanı həsən ruhanı heç vaxt bir inqilab iddiası eləmiyib ancaq tam aydındır demokrasi jestinə çox önəm verir və əsasən iranın indiki durumuna rəğmən demokrası danışıqını tamda qırağa qoymaq imkanı yoxdur pəs ən azı demokrası baxımından ölkənin durumu bu gün dünənə görə yaxşıdır.
4-təcrübə görsədib iranda seçgilər ərəfəsində muvəqqəti olaraq bir açıq fəza olar və bu açıq fəzanı seçgi olan ildədə his eləmaq mümkündür.
5-biz burda ideallardan danışmırıq sadəcə şəxsən bu fikirdəyəm əvvəla bu gün urmu gölü vaz keçə büldüğümüz durumda dəyir ki istiyaq əl saxlıyaq. ikimci bu ki istər istəməz bu gün durum hər gündən uyğun nəzərə gəlir
neçə həftə qabaq "Facebook" sitəsində bir 20Xurdad adıyla çalışan səfhə yarandı+bir çox fəallar və təşkilatlar(deməsaq hamısı) bu cəryanı bay kot eliyib soyuq davrandılar+çoxumuz şək gözüylədə baxdıq+Yanlışlıq habelə axsaqləqları çox olduğuna baxmayaraq=Başardılar
hamımız bülürüx bir neçə dəyqəlix aksıyaya oxşar yığıncaq neçə nəfər tutuqlanmaqla başarı dəyir ancaq unutmuyaq heç birimiz yardım eləmədik heç;qatılmaq istiyənlərdədə şək yaratdıq Ancaq yenədə çox çox az olsada belə OLDU!
dönə dönə şahid olmuşuq hamımız bir olub bir aksiyaya reklam eləsaqda elə bu xırdaca yığıncaqıda qura bülməmişik.
istəmirəm 20xurdad adıyla çalışanları dikkəldəm zəhmətlərinidə danmıram ancaq 20 xurdadın bir böyük mesajı var oda potansiyelin hələdə olmasıdır.
bir potansiyel ki parlament adayları bizdən qabaq his eliyib onu öz mənfəətlərinə əldə etmək istiyillər!!
sizcə indi ən uyğun çağ dəyir bir pelanlı və yetər qədər çağ ayırıb əməli bir iş görax?!
sizcə əyərsə birgə və siyasi fəzadan uzaq(qardaş savaşları tətil) urmu gölünə bir düzgün iş görmaqa uyğun çağ dəyirmi?
sizcə olar urmu gölü adıyla milli bir birligə yetişib neçə neçə qat  20Xurdaddan geniş bir reklam ətmosferi yaradım güclü bir iş görax?
kaş onlarca yazılar yazıla+toplum ağıl və fikir yarana+Tələsmədən BİRGƏ qərara gəlib iş görə bülax
öz adımdan bir güney azərbaycan əsgəri olaraq Hazıram;Siz necə?
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn