Warning
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
  • Error loading component: com_content, Component not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading library: joomla, Library not found.
  • Error loading component: com_content, Component not found.
  • Error loading component: com_content, Component not found.

Sarsılmazlıqdan əbədiyilə CAVAD HEYƏT- azərbaycanın həmişə döyünən ürəyi " -Yaşın zunuzlu"

Hər çənd qutulmaq helə yox darlığımızdan
Amma bir azadlıq doğulub VARLIĞımızdan
VARLIQ nə bizim təkcə azadlıq quşumuzdu
Bir müjdədə vermiş bizə həmkarlığımızdan
»Şəhriyar«
Doktor Cavad Heyət kimdir?
Bu elə bir suladırkı xalqın əksəriyeti xususən Azərbaycanın ziyali təbəqəsi onun cavabını çox gözəl bilir, doktur Cavad Heyət mərhum Əli Heyət ilə mərhumə Məsumə Sultan Furuğun övladıdır. Tehran Özəl İslam universitəsinin cərrahiyə ustadi, paris cərrahiyə akademiyasinin İranli üzvü, türkcə-farsca nəşr olunan VALIQ jurnalının imtiyaz sahibidir.
Elə bir mahir həkimdirki ürək, ağ ciyər, böyrək və başqa ən mühüm birinci cərrahiyə əməliyatlarini İranda o həyatə keçirib. Hemçenin heyvanlar üzərində ilk eksperimental cərrahiyə əmeliyatları aparmaq təcrübesidə İranda ona məxsusdur.
O, bütün həyatı mubarizə olan bir insandir, bütün həyatını zirvələrin fəthinə həsr etmiş uğursuzluqlar qarşısında baş əyməyin nə demək olduğunu bilməyən nikbin və mərami xoş bir insandır.
Atası əli heyət ölkənin Ali məhkəməsinin rəhbərliyinə qədər yüksəlməsinə və böyük bir siyasətçi olmasına baxmayaraq doktur Cavad Heyəti öz tutdugu mövqedən istifadə edərək bircə dəfədə nə bir adama tapşırdı nədə himayə etdi.
Bu sebƏbdəndə Cavad heyət özü yetişib özü bar vermiş bir ağac yorulmaq bilməyən bir insan oldu.
Həyatının bütün mərhələlərində mubarizə etdi, xaricdən tibbi avadanlıqların gətirilməsi yolunda öz dolanşıqları üçün qorxu hiss edən rəqibleri yaratdıqları manələrin dəf edilməsindən tutmuş, VARLIQ adlı həmişə yaşar - cavidan xalq məktəbini yaradana qədər.
Sanki əbədilik - cavid olmaq v həmişe yaşarlıq bu böyük insanın təbiətində özünə yer etmişdir. Elə bu səbəbdəndə birinci özəl xəstə xanasının da adını Cavid qoydu.
Ilk başlanqıcda əli qələmə yaxşı yatdı, 1343-üncü ildən 1355-inci ilə qədər daneşe pezeşki – tibbi biliklər adlı- toplu buraxıdı. Lakin şah rejiminin sifarişlərinə baş əyməməsi və bu topluda bu rejim ücün deyilən mədhiyələrdən uzaq olmasi nəşriyənin dayandırılmasına səbəb oldu.
Təhsilini başa vurduqdan sonar həkimlik doktor Heyətin fikir telatumunun və fəliyət sahəsinin əsasını teşkil etsədə onlarin ən mühümmü dəyildi.
Eləki onun tib sahəsində ilkin olmaq misyasi ücün şərayit yetişdi, doktor Cavad Heyət öz məktəbinin təməl daşlarını qoymağa başladı və əbədileşdi.
Islam şünaslıq fəlsəfə, tarix, dilçilik, Azərbaycan ədəbiyati bütün sonrakı illərdə onun fəaliyətinin ana xətdi oldu, onun bərabəri olmuyan şah əsəri Azərbaycan tarixi və ədəbiyatı adlı kitabıydı, 1359 və 1369-cı illərdə iki cilddə çap oldu.
Iki dilin müqayisəsi əsərində ana dilinin qudrətinin üzə cıxarır. Həmçenin türklərin tarix və mədəniyətinə bir baxiş, türk dili və ləhcələrinin tarixi və Bakıda universitələrdə tədris olunan edəbiyat şünaslıq kitabı bu böyük insanın fəaliyətinin kiçik bir hissəsidir.
Islam inqilabi qələbə çalan kimi doktor Cavad Heyət bir qurup dostu ilə Azərbaycan cəmiyətini yaradır, bu doktor Heyətin əbedilik libasi geyinmək yolda atdığı ilk addımıdı. 1358-ci ilin ordibeheşt ayında varlıq çapdan cıxdı sanballılıq və məntiq libasına burunmuş bu nəşr öz xalqının ziyalıların pənahgahı və məktəbinə çevrildi. Varlıq öz neşrinin birinci illərində üzə cıxmağa imkanları olmayan, Təbrizi şəhre əvvəlinha – hər şeyin birinci dəfə həyata geçdiyi şəhər elan edən- Səməd Sərdari Niya kimilerin muraciət etdikləri onlara qəlb rahatlıgı gətirən bir dərgisinə çevrildi.
Varliq onları tanıtdı, məntiqi və məqsəd yönlü bir xət tutmuş bu toplu vaxtında dünyaya göz açdı. Lakin ona qarşı yönəlmiş bir silsilə soyuq qanlılıqlarında şahidi oldu. Bəziləri onlara pantorkizmin dayağı, bəziləri xaricin nökəri, bəziləri farsçı -fars pərəst- və bəzi başqaları satqın və s. dedilər.
Lakin bu müdrik insanin səbri onlardan çox oldu, o çox gözəl bilirdiki bu məktəbin əbədiliyin sirri onun dözümündə və məqsədinin dərinliyindədir. O elə bir ataya bənzəyirdiki öz ovladlarının qədr bilməzliyi və dil uzanluğu muqabilində hirslənmək əvəzinə onları qucaqladı. Varlıq Azərbaycanda yaranmiş və 33 ilə qədər yaşı olan ən demokratik bir məktəb oldu.
Varlıq etiraz və səbr etməyi bacaran bir nəsil yetişdirdi, varlıq təzadlar məcmusudu, məzlum millətin hislərini oyadandırdı.
Docktor Heyət əbediləşdi, çünki özü üçün yaşamadı, hamının əldə olan imkanlar daxilində ən çoxunu əldə etmək üçün çalışdıqları bir zaman kəsiyində o ən yaxsılarını istədi, ən yaxşılarını özü üçün istəmədi, özünü o yaxşıların güzgüsündə görən bir xalq ücün istədi. Etiraz etməyin nə olduğunu bilməyən bir xalqın sukutunu pozdu. Illərlə şah rejiminin (millət yaradan) dişli çarxları altında parçalanmiş bir xalqın duyğuları ilə yaşadı, ağlaya bilməyən bir xalqın göz yaşına çevrildi, artıq ayaq üstə dayanmaq qüdrəti olmayan bir xalqın ah naləsinə çevrildi. Xalqın ikinci həyatı oldu Azərbaycanın döyünən ürəyi...
Və o ürək hələdə vurur…
Doktor Heyət cismani bir varlıq kimi yaşamadı ki bu gün onun yoxluğu onun varlıgına ziyan gətirsin, bu gün hər iki Azərbyacan onun isti qucağının həsrətini çəksədə Heyət kimi yaşamagı öyrəndi. Heyət olmaq üçün doktor Heyət olmaq lazimdir və yalnız. Lakin bu gün VARLIQdan yaranan hər bir Azərbaycanlı onun varlığının qətrələrini öz varlığında hiss edir, bir Heyət milyonlarla Heyətə çevrildi, bu doktorun özü ile torpağa aparmadığı bir arzusuid
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn