Azərbaycan igidi nə yatıbsan ayağa dur
- توضیحات
- منتشر شده در پنج شنبه, 03 بهمن 1392 23:41
       1
 Güneyində Urmu gölün susuzladırlar 
 Ana vətənin gurudub duzlaşdırırlar
 Xalqın evin-eşiyin əlindən alırlar
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 2
 Xalqımızı işsizlikdən yurdunu satdırırlar
 İş üçün farsistana sığadıb vətənindən ayırırlar
 Kürdləri yerləşdirib şimali kürdistan yaradırlar
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 3
 Biliksizlikdən xalqımız fars kültüründə əriyirlər
 Xalqımız yuxlayıb oyanmaq istəmyirlər
 Səbəblərini düşünməyən köklərindən kəsilirlər
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 4
 Məktəbdə uşaqların asimiləşdirirlər
 Onları özgə diliylə gəlişdirirlər
 Varlığımızı yer üzündən silirlər
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 5 * - gəlişmə
 Dağların, çayların, ataların və anaların
 Adların dəyişib farsca adlandırirlar
 Adina təməddün* deyib bizləri alçaldırlar
 (başqa xalqıları soyqırima məruz qoyurlar)
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 6 
 Novruz bayramında fars dilliləri təbrik edirlər*
 Başqaları zir-zibil** sayıb kimliliyin silirlər
 Bizimkilərə ar olsun farslara quyruq olmaq istəyirlər
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
 *- Iran Prezidentlərindən sohbət gedir
 **- xəso xaşak (Prezidet Ehmedinajadın deyişi)
 7  
 Gələcəkdə*  fars dilini  gəlişdirmək istəyirlər 
 Başqa dilləri  Iran xəritəsindən silmək istəyirlər 
 ( Israil dövlətinidə dünya xəritəsindən silmək istəyirlər)
 Nə yazıq bizlərə farscanı ləhcəsiz öyrənmək istəyirlər
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
 *(20 illik dövlət programı)
 8
 Bizim vergiləriylə Əfğana, Tacikə TV açırlar
 Fars dilini təbliğ etməyə  imkan yarardırlar
 Başqa dilləri yasaqlayıb insan haqlarından danişırlar
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
 9
 Torpaqlarımızı bölüb yadlara verirlər
 İşsizlikdən xalqımızı sürgün edirlər
 Sürgündə başqa kültürlə manqurt edirlər
Azərbaycan igidi nə yatıbsan ayağa dur
 10
 Farbrikaların Azərbaycanda kapadırlar
 Yeraltı sərvətin farsistana daşıyırlar
 Farsistanda yerləşdirb yaradırlar
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
 11
 Aydınların asimiləşib manqurtlaşiblar
 Uşaqlarıyla farsca danışıb yazışırlar
 Nə yazıqlar olsun köklərindən ayrılırlar
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 12
 Toy, düyünlərində fars mahnısıyla hallanırlar
 Görəsən nə üçün farslara yaxınlaşırlar?
 Əlbəttə ki kökündən qopanlar satqınlaşırlar
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 13
 Niyə irqiçi firdosuşular bizə tərs yanaşırlar?
 Olmaya irqiçi olduqlarını başqalarinda arayırlar?
 İnsan haqların pozub, özlərini haqlı sayırlar
 Belə də iş olar? üz deyir dəllək qayişı
 Bunlara nə desən, gərçək yaraşırlar
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 14
 İrqiçi firdosuçular 2500 öncədən söyləyirlər
 21-ci əsirdə eynı imperya qurmaq istəyirlər
 Utanmayıb özlərini çağdaş insan göstərielər
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 15
 İrqiçi firdosuçular bilməlidirlər
 Beyinlərin geridən silməlidirlər
 Çağdaş insan haqlarını görməlidirlər
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 16
 2500 il öncədə tarix yaratdılar
 Firuteşlərin burnun kəsib asdılar
 Bistun daşlarında bu işlərin yazdılar
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 *- Cinayətlərin
 17
 İrqiçi firdosuçular cinayətlərinə fəxr edirlər
 Ənuşirəvan,  Kuruş kimi  cinayət edənlər
 Bugün adil adlanıb kəbirdə deyirlər
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 18
 Geçmiş 1200 il türk tarixin adın silirlər
 Fars tarixi adlandırıb millətinə yem verirlər
 İngilis gücü ilə damad olub bizlərə höküm edirlər
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
 19
 Tariximizdə Tomris kimi cəngavərlərin var
 Qatil kuruşlara öz qanını yedidənlərin var
 Ayaq üstə durmağa  böyük xalqın var
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
 20
 Sənin tarixində böyük ziyalıların var
 Baltacı Araz kimi istiqlalçı şairlərin var
 Vətənin qurtuluşuna yazmış 3- ciltdə əsərin var
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
 21
 "Azərbaycan hamilədir istiqlala"
 "Uyqarlaş" ilə "Otay butay vətindir" kitablar
 Azərbaycan övladına qalmışdır şairdən yadigar
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 22
 Sənin 40 milyon igid qoçağın var 
 Milli şüur və istiqlal üçün yazılmış əsərin var
 Bunları tiorizə edən Baltacı Araz kimi memarın var
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
 23
 Azərbaycan hamilədir istiqlala
 Adından bəllidir nə lazımdır Azərbaycana?
 Rəzalətdən qurtulsun yetişsin kama
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 24
 Uyqarlaşı oxuyan yetişər bugünki çağa
 Oyrənər öz ayağı üstündə durmağa
 Qurtarar təhqirdən ana bacısını Azərbaycanda
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
 25
 "O, tay Butay vətəndir", adindan bəllidir
 Param-parça olmuş  bir xalqın, Vətənin dərdidir
 Bu üç əsərin memarı Baltacı Araz şairdir
 Azərbaycan igidi nə yatıbsan ayağa dur 
 26
 Biz bugün milli şüura silshlanmalıyıq
 Taptalanmış haqqlarimızı zalımdan almalıyıq
 Öz ayağımız üstündə durmağa layiq insanlarıq
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
 27
 Milli şüura silahlanmaq üçün
 Haqqlarımızı tanıyıb almaq üçün
 Baltacı Araz şairi tanımalıyıq
 Vətənimizi, Xalqımızı əsarətdən qurtarmalıyıq
 Azərbaycan igidi nə yatıbsan ayağa dur
      Eldar Güneyli
      16.01.2014
http://www.otay-butay-vetendir.com/
		
		http://www.otay-butay-vetendir.com/





