Urmiyənin millət vəkili: Urmu gölünün nicatı üçün heç bir əməli tədbir alınmayıb

SANANEWS: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili hökumətin Urmu gölünə laqeyd münasibətindən danışıb.
abe6365421ab5590d78ff7be87df2433Cavad Cahangirzadə deyib: “11-ci dövlətin (Ruhani hökuməti) ömründən 5 ay keçir, ama Urmu gölü hələdə qurumaqda davam edir.
Prezidentin birinci müavininin Urmu gölü məsələsini üzərinə götürməsi, prezident tərəfindən müsbət hərəkətdir, ama Enerji nazirliyi Urmu gölünü qurtarmaq üçün heç bir əməli tədbir almayıb və bu vəziyyətdən dolayı Urmu gölündə ağır şərait davam edir.”
Qeyd edək ki, azərbaycanlıların apardığı bütün mücadiləyə baxmayaraq Urmu gölü getdikcə qurumaqdadır. Buna səbəb İran rejiminin bu günə qədər problemə çözüm tapmaq əvəzinə gölə axan çayların üstündə sədd vurmaq kimi yalnış layihələridir. Şərhçilərin fikrinə görə, Urmu gölünün qurudulması azərbaycanlıların bu bölgədən məcburi köç etməsinə yönəlib.
Artıq sözü gedən gölün 80 faizi quruyub.
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn